Network Marketing Dərsləri – Şəbəkəni Avtomatik Qur ! – Giriş

Yaşadığımız dövrün ən tanınmış və effektiv qazanc yollarından biri Network Marketing sistemidir. Şəbəkə Marketingi olaraq bilinən bu sistem ölkəmizdə də kifayət qədər tanınmışdır. Şəbəkə Marketingi haqqında saytımda məlumatlar vardır, BURAYA tıklayaraq ilk addımları öyrənə bilərsiniz. Bu yazı silsiləsində isə sistemli olaraq Network Marketing dərsləri verəcəm. Continue reading “Network Marketing Dərsləri – Şəbəkəni Avtomatik Qur ! – Giriş”

Ölkəmizdə QUEST mi ? BAZAR MI ? – Azəri MLM Müqayisələri Qİ Company Haqqında

Bu yazını yazmağımın səbəbi E-Mailimə bu barədə çoxlu məktublar gəlməsidir.Heç kimlə şəxsi qərəzliyim yoxdur.
Ölkəmizdə Networkerlər var ki, özlərini professional adlandırırlar. Artıq, necə professionaldırlarsa. Kiçicik bu məqaləmi sonuna kimi oxuduqda biləcəksən, niyə belə professional şəbəkəçilərimiz var.
/ P.S – Yazının ardında Network sözü yerinə “MLM (Multi Level Marketing)” yazacam /
İnsanlara iş təklifi olunur ofislərimizdə. Proses zamanı, çox vaxt 3 tərəf olur. İşi təklif edən şəxs (Şəbəkəçi – 1), İş Təklif olunan şəxs (Hər hansısa bir nəfər və yaxud Hədəf), Təklifi izah edən şəxs (Daha təcrübəli Şəbəkəçi -2, yəni Şəbəkəçi – 1in yaxını). Continue reading “Ölkəmizdə QUEST mi ? BAZAR MI ? – Azəri MLM Müqayisələri Qİ Company Haqqında”

Şəbəkə Marketingi – Qarışıq Məlumatlar

Digər yazımda qeyd etdiyim kimi, Şəbəkə Marketingi haqqında çox sayıda suallar alıram və hələki bu suallar dayanmaq bilmir. Bu sualların çoxu qazanc metodları haqqında olur, yəni bu metodları “fırıldaq” kəliməsi ilə qarışdıran insanların sualları olur. Bu sektorda ölkəmizdə məlumat azlığı dəhşətli dərəcədə vardır. Şəbəkə Marketinginə qarşı dünyanın çox yerində ilkin mühakimə vardır, lakin Azərbaycanda bu daha çox hiss olunur. Səbəbini isə,insanlarda bu işlə bağlı məlumat azlığında görürəm. Buna görə də, Şəbəkə Marketingi haqqında məqalələrimi çoxaltmağa çalışacam. Bu yazımda bu sektorun yaranışı barədə danışacam. Continue reading “Şəbəkə Marketingi – Qarışıq Məlumatlar”

Network Marketingi (Şəbəkə Marketingini) Ləkələyən Deyimlər

Şəbəkə Marketingi haqqında çoxlu suallar alıram, buna görə də artıq bu suallara son qoymaq istəyirəm. Hər kəs sənin gördüyün iş “adam tapmaq, 2 qolun olmalıdır, fırıldaq işdir,” və.s kimi sözlər yazır. Kobud səslənsə də, bunu qeyd etməliyəm ki, mənim gördüyüm işin heçkimə bir aidiyyatı olmadığı kimi, Şəbəkə İşçisi olub olmamağımında heçkəsə aidiyyatı yoxdur. Maraqlıdırsa bilməlisiniz ki, hal-hazırda Şəbəkə Marketingi ilə məşqul deyiləm. Hər kəs Şəbəkə Marketingi sözünü eşidən kimi “məni asıb-kəsmədikləri” qalır bircə. Deyək ki, siz deyən kimidir və Abbaszadə Nurlan hərkəsə yalan danışaraq onları ziyana uğratmaq istəyir. Mənim yazdığım məqalələr ilə ziyan edəcəyini sanan insanlar, oxumaqda məcbur deyillər, oxuyan insanlar isə nəyin nə olduğunu biləcək qədər anlayışlıdırlar. “Şəbəkə Marketingi cəmiyyətə yararsız və hərkəsi ziyana uğradan bir programdır” sırf bu kimi düşünən insanlar üçün bu məqaləmii yazdım. Başlayaq. Continue reading “Network Marketingi (Şəbəkə Marketingini) Ləkələyən Deyimlər”