Network Marketing Dərsləri – Şəbəkəni Avtomatik Qur ! – Giriş

Yaşadığımız dövrün ən tanınmış və effektiv qazanc yollarından biri Network Marketing sistemidir. Şəbəkə Marketingi olaraq bilinən bu sistem ölkəmizdə də kifayət qədər tanınmışdır. Şəbəkə Marketingi haqqında saytımda məlumatlar vardır, BURAYA tıklayaraq ilk addımları öyrənə bilərsiniz. Bu yazı silsiləsində isə sistemli olaraq Network Marketing dərsləri verəcəm.

Network Marketing Nədir ?
Uzun uzadı bu məsələ haqqında danışmaq istəmirəm. Verəcəyim linkdə bu sistem haqqında təsəvvürü olmayan insanlar oxuya və sonra bu yazımı oxumağa davam edə bilərlər.

Şəbəkə Marketingi Haqqında

Başlayaq !
Network Marketing sahəsində insanların üzləşdiyi bir çox problemlər vardır. Əsasən bu problemlər sistemli olaraq çalışma və öz şəbəkələrini yaratmaq mərhələsində olur. Qeydiyyat olunmuş hər bir şəxs biznes plandan asılı olaraq, öz gəlirlərini qazanır, lakin şəbəkə yoxdursa gəlir sıfır, gəlir sıfırsa nəticə uğursuzluq. Sözsüz ki,hər bir bu işə başlayan insan sonunun uğursuzluq olmasını istəməz. Bəs uğurlu olmaq üçün bu işdə necə olmaq və hansı addımları atmaq daha yaxşı olardı ?

Müasir Zəmanənin İşi Şəbəkə Marketingi !
Əbəs yerə müasir zəmanənin işi demirik buna, çünkü həqiqətən də bu sistemdə qazanmaq mümkündür və internet dövrü texnologiya dövründə daha daha asanlaşır işimiz. Bir çox alətlər vardır ki, sistemimizi inkişaf etdirmək və şəbəkəmizi qurmaq üçün bizə çox kömək edir və biz çalışmadan belə bizə müştərilər tapır.

Bu Yazı Kursumun Məqsədi və Fayadası !
Bütün yazılarım tamamlandıqdan sonra sizlər artıq müasir zəmanədə Şəbəkə Marketingində evdə oturaraq belə insanların sizi necə tapmasını edə biləcəksiniz. Düşünün, Network Marketing Azərbaycan sistemində, normal olaraq şəbəkəci öz sistemini qurmaq istəyən insan, dostlarını, tanışlarını, yaxınlarını müsahibəyə çağırır və onları iş ilə tanış edir, lakin biz bu kursu bitirdikdən sonra, insanlar və çoxluqla tanımadığınız insanalar belə, özləri özlüyündən sizi axtaracaq, sizinlə əlaqə yaradacaq və onlar özləri sizin işinizin nə olduğunu öyrənməyə çalışacaqlar.

Beləliklə, siz oturduğunuz yerdə insanlar sizi və sizin işi düşünəcək, araşdıracaq və sizinlə əlaqə saxlamağa çalışacaqlarar. Yəni, avtomatik bir sisteminiz olacaq ki, bu sistem vasitəsi ilə gündə neçə nəfər sizə yazacaq və sizin işinizi maraqlanacaq. Artıq, siz oturub potensial şəbəkə siyahınızı yazmayacaqsınız, işlə tanışlığa çağıracağınız insanları siz axtarmayacaqsınız, onlar özləri sizi axtaracaq !

Qısaca İzah Edək !
Kursun Sonunda Nə Öyrənəcəyik və bu proses necə olacaq ki, bizim xəbərimiz olmadan müştərilər bizi tapacaqlar və bizim işimizlə tanış olmaq istəyəcəklər !
Elə bir sistem yaratmağı sizə öyrədəcəm ki, sizi gün ərzində axtaran müştəriləri, sizə yazan müştəriləri,sizinlə maraqlanan hərkəsi siz online olaraq məlumatlarını biləcəksiniz, onları istədiyiniz zaman istədiyiniz yerə öz işinizlə tanış olmağa dəvət edəcəksiniz.
Sizdən istədiyim sadəcə olaraq yazcağım dərsləri sistemli olaraq oxumağınızdır, yəni hər dərsi addım-addım oxuyub düzgün əməl etsəniz sonunda təməl məntiqi anlayacaq və əlinizdə işinizi super sürətləndirəcək bir vasitənin olduğunu görəcəksiniz.
QEYD: Bu kursun sonunda siz haqqında danışdığım sistemi necə yaratmağı öyrənəcəksiniz, və AvtoMüştərilərinizi idarə edə biləcəksiniz. Kursun hədəfi yalnızca budur ki, necə etmək olar ki, insanlar siz danışmadan siz onları tanımadan belə onların sizi axtarb tapsın və könüllü olaraq işinizi öyrənmək istəsin ! Onları şəbəkənizə qeydiyyat etdirib-etdirməməyiniz isə tamamilə öz bacarıq və məsuliyyətinizdir.

Bu kursu pulsuz verməkdə məqsədim odur ki, Network Marketingə baxış açınızı dəyişdirmək və müasir zəmanədə şəbəkə qurmağın asan yollarını hətta avtomatik siz xəbərdar olmadan belə müştərilərin, işlə tanış olmaq istəyən insanların sizi tapmağını necə etməli olduğunuzu öyrətməkdir.

Uyğun Olacaq Vasitələr və Dərslərimizin Qısa Məzmunu !
Bu dərs silsiləmdə aşağıdakı yazıları yazacam və sistemli olaraq dərsləri formatlaşdıracam.

1) Blogging ilə Network Marketing formalaşdırılması və şəbəkənin qurulması
-1.1 Sistemin TƏMƏL MƏNTİQİ
-1.2 Blogging və Şəbəkə Marketingi
-1.3 Blogging ilə Sistem Qurulması
-1.4 Blog Yaratmaq və Məqlə Yazmaq
-1.5 Blogging ilə Müştəri Cəlb Etmək

2) İstifadə Olunacaq Texniki Alət və Vasitələr
-2.1 WordPress
-2.2 Sosial Şəbəkələr
-2.3 Mail Sistemləri və Avto Cavablar
-2.4 Reytinq və Statistika Taktikaları

3) Müştəri Davranışı
-3.1 Avtomatik Cəlb Olunan Müştərilər
-3.2 AvtoMüştərilərin İdarə Olunması

Hələlik bu qədər.
Bu sadəcə giriş hissə idi və bu yazımda sizə kursun faydasını və nəticəsini yazdım. Əmin olun ki, əgər kursun sonunda hərşeyi düzgün anlayıb,düzgün əməl etsəniz dediyim kimi bir sistemə sahib olacaqsınız.

Məqalənin Müəllifi
Abbaszadə Nurlan

Advertisements

9 comments

  1. abbaszade beyefendi
    ben turkiyeden didem dırak.
    yeni nesil bir marketing konusuyla ilgili size ulaşmaya çalışıyorum. eğer ilginiz varsa bana dönermisiniz.
    e posta adresimden dönüş bekliyorum

  2. abbaszade beyefendi ben turkiyeden didem dırak.
    yeni nesil bir marketing konusuyla ilgili size ulaşmaya çalışıyorum. eğer ilginiz varsa bana dönermisiniz.e posta adresimden dönüş bekliyorum

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma