4 Qazanc Metodu – YouTUBE (İlk Hissə)

İnternetdən pul qazanmaq illər öncə olduğu kimi hazırki ilimizdə də mümkündür. 2015- ci ildə bu cür sistemlərlə pul qazanmaq daha da böyük potensial vəd edir. Lakin, bu hər kəs üçün keçərli deyil. Hər internetə bağlantısı olan insan internetdən pul qazanmaq üçün yararlı sayılmır. Bunun üçün bir sıra kriteriyalar vardır. Əgər internetdən pul qazanmaq asan olsa idi, bunu hər kəs bacarardı. Baxaq görək bunun üçün ilimizdə hansı kriteriyalar vardır, və kimlər daha çox qazana bilər.

4 ƏSAS MADDƏ BÖLƏK !

1) Video Hazırlayaraq İnternetdən Pul Qazanmaq

2) Məqalə Yazaraq İnternetdən Pul Qazanmaq

3) Proqramlaşdırma ilə İnternetdən Pul Qazanmaq

4) Forex Sistemi ilə İnternetdən Pul Qazanmaq

Bu yazımda sizlərə ilk olaraq birinci maddə haqqında danışacağam.

YouTube internetdən portalından video hazırlayaraq internetdən pul qazanmaq haqqında yəqin ki çoxlarınız eşitmisiniz. Lakin, bu sistemin necə işlədiyi haqqında təsəvvürünüz yoxdur.

Təməl Məntiq !
YoUTube – dan pul qazanmaq üçün əsas alqoritm belədir.
Kanal yaradırıq , kanalımıza videolar yerləşdiririk, kanalımızı reklam edirik və abunəçilərimizi artırıq. Kanalımıza YouTube- reklamlar yerləşdirir yəni, videolarımıza avtomatik olaraq bu videolar yüklənilir YouTube tərəfindən. Bu videolara tıklama və göstəriş sayısına görə isə YouTube – bizə pul ödəyir. Ödənilən pul Google Adsense hesabımıza yüklənilir, buradan isə bizim bank hesabımıza nağd olaraq göndərilir

Nədən Başlamalı ?
Birinci addım olaraq özünüz haqqında düşünün. Hansı sahəyə daha çox marağınız var və hansı sahə haqqında videolar hazırlaya bilərsiniz ?
Abbaszadə Nurlan olaraq mən internetdən pul qazanmaq mövzusunda videolar hazırlamağı seçirəm.
Bunun üçün ilk olaraq YouTube- da qeydiyyatdan keçməliyəm.
Qeydiyyat üçün ilk olaraq bizə Google Account lazımdır, istənilən bir GMAİL hesabı ilə mümkündür. GMAİL.COM – saytında qeydiyyatdan keçərək özümüzə bir hesab açırıq. Hesab açdıqdan sonra bu hesabımızla YouTube-a daxil oluruq. Gələk ən əsas addımda daxil olduqdan sonra, KANAL YARATMALIYIQ.
Kanal yaradan zaman, ölkə seçimimizi Amerika olaraq seçmək daha yaxşıdır çünkü Azərbaycandan olan kanallar gec təsdiqlənilir internetdən pul qazanmaq üçün.

Kanalımız Hazırdır !
Kanal hazır olduqdan sonra ilk 3 həftə daimi olaraq videolar hazırlamalı və kanalımıza yerləşdirməliyk. Diqqət etməmiz gərəkən əsas nöqtə isə, videolar oğurluq olmamalı və tamamilə özümüzə aid olmalıdır. Sıfırdan video hazırlamaq daha məsləhətlidir. Təxmini 5-10 video hazırladıqdan sonra, kanalımızı YouTube-da pul qazanmaq funksiyasına açıq edirik.
Bunu necə etməli ?
Texniki mövzuları çox yazmayacağam bunu sizə bunu aşağıdakı videoda başa salacaqlar ətraflı.

Kanalı İnkişaf Etdirmək !
Kanalımızı inkişaf etdirmək, və abunəçi sayımızı artırmaq əsas addımdır. Çünkü, abunələr çox olduqca baxış sayı və tıklama çox olacaq, yəni qazanc daha çox olacaq.
Nə qədər çox kütləmiz olarsa, qazancımız da çox olacaq.
Əsas olaraq çalımaq lazımdır ki, keyfiyyətli və maraqlı videolar hazırlayaraq insanların marağını qazanmaq. Buna görə də , öz üzərinizdə daha çox çalışın yeni-yeni proqramlar öyrənin və daha keyfiyyətli videolar yükləyin. Kanalınız inkişaf etdirmək üçün, digər kanallara reklam yerləşdirin və kanal sahibləri ilə danışaraq abunəçilər alın. Pullu reklam yollarını da yoxluya bilərsiniz. FaceBook – səhifəsi açmaq da məsləhətlidir. İşinizi professionalı olmaq üçün nə lazımdırsa edin.

Ritmik Olmaq !
Ritmik olmaq dediyimiz zaman, yəni özünüzə bir ritm müəyyən edin. Həftəlik olaraq və ya 3-4 gündən bir videolar yükləyin. Bir ritm üzərində gedin. Misal üçün, ritminzi həftəlik olaraq müəyyən edərsəniz, hər həftə yeni bir video yaratmalı və paylaşmalısınız.
Ritmik olduğunuz və eyni tempdə getdiyiniz zaman, YouTube – tərəfindən daha tez cəlb olunacaqsınız, yəni YouTube sizi daha çox ciddiyə almağa başlayacaq.

İPUCLARI !
Hansı tip videolar hazırlamaq daha məntiqlidir və YouTube – tərəfindən daha tez cəlb olunur ?
– Kanal yaradan zaman kanalın yeganə mövzusu olmalıdır və yalnızca o mövzuya aid original videolar hazırlanmalıdr. Kanalda, mövzuya zidd videolar yayımlamayın.
– Kanalınızın dizaynına diqqət yetirin. Daha cəlb edici olması, sizi daha professional və işinizə məsuliyyətli göstərəcəkdir.
– Videolar zamanı, daha çox özünüzün öz səsinizlə danışdığınız videoları da seçməyiniz çox ağıllı və məntiqli addımdır. Bu kriteriyanı göz ardı etməyin.
– Arxa planda özünüzün olduğunuz videolar da daha reytinqli videolar sayılır.
– Seçdiyiniz hər-hansı bir kateqoriyada video hazırlayan zaman, diqqət yetirin ki, video original olsun. Yəni, videoda digər vidolardan oğurlanan musiqi və ya rəsmlər olmasın.
– Digər qaynaqlardan məlumat aldığınız zaman, videolarınızın açıqlama bölməsinə aldğınız qaynaqları yazmanız daha yaxşı olar.
– Videolarınızı daha yaxşı hazırlamağınız üçün internetdə araşdırma edərək, keyfiyyətli video hazırlama proqramları yükləyə bilərsiniz və bu proqramlar vasitəsi ilə, birbaşa kanalınıza yükləyə bilərsiniz.

RƏSMİ YOUTUBE İPUCLARI VƏ MƏSLƏHƏTLƏRİNİ BURAYA TIKLAYARAQ OXUYA BİLƏRSİNİZ !

Potensial !
İlk başlardan bu işdən pul qazanmaq çətin görünə bilər, lakin ciddi işlədiyiniz zaman müəyyən müddətdən sonra bunun alındığını görəcək və ilk pullarınızı qazanmağa başlayacaqsınız. Təməllərinizi güçlü qoyduqdan sonra, professional yanaşdıqdan sonra alındıracaqsınız.
YouTube – sizə sadə gələ bilər lakin , dünyada kifayət qədər YouTube üzərindən pul qazanan insanlar yəni kanallar vardır. Buna misal olaraq PewDiePie adlı YouTube kanalı il ərzində YouTube – dan 1milyondan çox pul qazanır. Bu işi professional görən zaman sizdə yüksək məbləğlər qazana bilərsiniz.

Texniki Baxış !
Yuxarıda yazdıqlarım sizə təməl məntiq və bu işin prinsipləri idi. Texniki mövzuları aşağıda yerləşdirdiyim VİDEO Linkdən baxa bilərsiniz.

VİDEONU İZLƏ !

Məqalənin Müəllii
Abbaszadə Nurlan

Advertisements

7 comments

  1. Salam Nurlan bey men siz yazdiqlarinizi oxudum bir nece video da yuklemiwem ama video kanal da var ama pul nece qazanmaq olar onu nece edilr bilmirem…Yazmaqimda hem adawiq hemde soyadimizda eynidi.komek etsez minnetder olaram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma