Online Ödəniş Sistemləri – Azərbaycanı Təsdiq Edən Şirkət

Son zamanlar online qazanc barəsində maraqlı olan insanların mənə ən tez-tez verilən suallardan biri qazandığımız pulları necə əldə edəcəyik. Bir çox sistem adları sayılır lakin bunlardan çoxsu Azərbaycana ödəmə zamanı problemlər yaradırlar. İnternetdən pul qazanmaq və online qazanc üçün müəyyən strategiyaları getdiniz və qazandınız. Bəs bu pulu ən güvənli yolla necə nağd edə bilərsiniz, bu yazımda onu açıqlayacağam.

Ümumiyyətlə, online ödənişlər zamanı çox insan qorxaraq addım atır. “Birdən pullarım yanar”, “Hackerlər oğurlayar”, “Birdən pulum oturmaz hesaba” bu kimi düşüncələr insanların beynində olarkən necə güvənmək olar bəs. Buna görə də, ilk öncə bunu qeyd etmək istəyirəm ki, ilk olaraq belə düçüncələri ağlınızdan silin. Online ödənişlər qanuni olaraq aparılır və aradaki vasitəçilərə də faizlər ödənilir. Bu sistemlərin isə, müəyyən qoruyucu şirkətlərlə müqavilələri olur ki, bu müqavilədə qoruyuc şirkət istifadəçilərin hesablarındakı pulun hackerlər tərəfindən oğurlanmasının qarşısını alır.

Aşağıda müəyyən kategoriyalar üzərə məsləhət gördüyüm etibarlı şirkətlər var.
– PayPal
– AlertPay
– SolidTrustPay

Düzdür,bu siyahını artırmaq olar, lakin yuxarıda yazdığım 3 sistem etibarlı olanlarıdır.

1) PayPal – kredit kartı rekvizitlərinizi paylaşmadan, internet üzərindən güvənli alış-veriş etmənizi və ya istədiyiniz bir adama istədiyiniz qədər pul göndərmənizi təmin edən bir sistemdir. Dünyanın 160 ölkəsində istifadə olunur və bu ölkələrdə çox gözəl tanınır. PayPal hesabınıza istədiyiniz zaman pul köçürə bilər və müxtəlif astəcəlara ödəmə edə bilərsiniz.

Vacib Qeyd : PAYPALIN BÜTÜN FUNKSİYALARINDAN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ, LAKİN AZƏRBAYCAN BANKLAR PAYPALIN PUL GÖNDƏRDİYİ ÖLKƏLƏRİN SIRASINA DAXİL DEYİL. PAYPAL İLƏ ÖDƏMƏ EDƏ BİLƏRSİNİZ, KİMİNSƏ SİZƏ PUL GÖNDƏRMƏSİNİ İSTƏYƏ BİLƏRSİNİZ, AMMA ÇOX TƏƏSSÜF Kİ BU PULLARI NAĞD OLARAQ ƏLDƏ EDƏ BİLMƏYƏCƏKSİNİZ. BU SƏBƏBDƏN DƏ, AZƏRBAYCAN İSTİFADƏÇİLƏRİNƏ HANSISA BİR QAZNC PALTFORUMDA PAYPAL İLƏ QEYDİYYAT OLMALARINI MƏSLƏHƏT GÖRMÜRƏM, ONSUZDA PULLARI NAĞD EDƏ BİLMƏYƏCƏKSİNİZ. E-BAY VƏ BAŞQA YERLİ VİRTUAL MAĞAZALARDAN NƏ İSƏ SİFARİŞ VERƏ BİLƏR, RAHAT ŞƏKİLDƏ ÖDƏNİŞ EDƏ BİLƏRSİNİZ.

2) AlertPay – daha əvvəldən qurulan bir şirkətdir. 2004-cü ildə, etibarlı e-balans xidməti olaraq, ticarət firmalar və müştərilər arasında etibarlı fond transferi etmək məqsədiylə qurulmuşdur. Kanada mərkəzli bir firma olub dünya üzərində bütün müştəriləri qəbul edir.Firma Kanada qanunlarına tabe olub, Kanadada olan bir çox təşkilatın qoyduğu standartlara uyğun gəlməkdə olub bu təşkilatların nəzarəti altındadır.

AlertPay’e yatırdılmış bütün pullar müxtəlif sığorta təşkilatlarının yoxlamasından keçən ABŞ və Kanada banklarında tutulmaqdadır yəni möhkəmdir.

AlertPay’in missiyası:
Açıq və şəffaf bir şəkildə xidmət təmin etmək.
Üzvlərə və hesab hüquqlarına hörmət göstərmək.
Rəqabətçi nisbətlərdə rəqabətçi xidmət təqdim etməkdir.

AlertPay üç növ fond transferi təqdim etməkdədir.

1) Üzvdən Üzvə Transfer
Hər hansı bir AlertPay üzvünə ödəmə göndərə bilərsinz. Ödəniş anında reallaşdırılmaqda olub ödənişin sübutu kimi hər iki tərəfə bir təsdiq maili göndərilir.

2) Üzvdən Üzv Olmayana Transfer
Üzv olmayan kəslər AlertPay üzvlərindən ödəmə ala bilərlər. Bu kəslərə AlertPay üzərindən bir ödəmə aldıqlarına və ödəməni ala bilmək üçün pulsuz üzvlük proseduralarını yerinə yetirmələri lazım olduğuna dair bir mail çatdırılmaqdadır.

3) Üzvdən satıcıya Transfer
Məhsul və xidmətlər üçün ödəniş etmə üsuludur. Satıcının saytında hər hansı bir sifariş verdiyinizdə birbaşa olaraq AlertPay saytına yönlendirərək əməliyyatı AlertPay saytında tamamlayır. Ödəniş anında reallaşdırılmaqda olub ödənişin sübutu kimi hər iki tərəfə də təsdiq maili göndərilir.
Hesabda yığılan pul üçün, AlertPay yalnız ABŞ və Kanadada olan hesablara transfer həyata keçirir. Digər ölkələrə yalnız çek göndərir.
AlertPay hesabınıza müxtəlif əməliyyatlarda istifadə etmək üçün pul köçürmək olar.

Qeyd : Azərbaycan istifadəçiləri üçün bu sistemi də məsləhət görmürəm.

Sistemi bu linkdən ziyarət edə bilərsiniz.
http://alertpay.com

3) SolidTrustPay – Bu sistem şəxsən öz istifadə etdiyim və ödəmələrimi etdiyim şirkətdir. Azərbaycan istifadəçiləri üçün məsləhət gördüyüm bir sistemdir. Bu sistemə güvənərək çox rahat bir şəkildə ödəmə edə və ödəmə ala bilərsiniz.
Sistem yuxarıda bəhs etdiyim sistemlərin xüsusiyyətlərinin hamısını özündə cəmləşdirir. Yəni, daha açıq desək digər sistemlərdən bir əksiyi yoxdur. Bütün əməliyyatları bu sistem üzərindən apara bilərsiniz.
Bəzi cəhhətləri
• Müxtəlif valyuta növləri ilə ödəmələr.
• Online alış-verişdə istifadə edilə bilir və istədiyiniz insanlara pul göndərə bilirsiniz.
• Şəxsi məlumatlarınız 100% qorunur.
• Maliyyə məlumatları heç vaxt paylaşılmır.
• Bank təsdiq müəssisələrində təsdiq olunub.
• Əlavə olaraq, Bonus Programı vasitəsi ilə pul da qazana bilirsiniz.

SolidTrustPay sistemi barədə ətraflı yazılarım olacaq. Sistemi izah edəcək olan yazılar paylaşacam. Necə istifadə olunacağı barədə faydalı məlumatları gözləyin. Aşağıdakı linkdən sistemi ziyarət edə və qeydiyyatdan keçə bilərsiniz.
http://SolidTrustPay.CoM Kliklə

Abbaszadə Nurlan

Advertisements

6 thoughts on “Online Ödəniş Sistemləri – Azərbaycanı Təsdiq Edən Şirkət

    1. Nömrəmi saytda lap aşağıda əlaqə bölməsindən götürə bilərsən. Saytımda bu sistemlərdə necə qeydiyyatdan keçək lazımdır – bu mövzuda bir xəbər qoya bilərəm. Sən hansı sistemdə qeydiyyat olmaq istəyisən ? Yəqin ki, SolidTrustPay – də . Bu mövzuda xəbər yerləşdirərəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma