Ölkəmizdə QUEST mi ? BAZAR MI ? – Azəri MLM Müqayisələri Qİ Company Haqqında

Bu yazını yazmağımın səbəbi E-Mailimə bu barədə çoxlu məktublar gəlməsidir.Heç kimlə şəxsi qərəzliyim yoxdur.
Ölkəmizdə Networkerlər var ki, özlərini professional adlandırırlar. Artıq, necə professionaldırlarsa. Kiçicik bu məqaləmi sonuna kimi oxuduqda biləcəksən, niyə belə professional şəbəkəçilərimiz var.
/ P.S – Yazının ardında Network sözü yerinə “MLM (Multi Level Marketing)” yazacam /
İnsanlara iş təklifi olunur ofislərimizdə. Proses zamanı, çox vaxt 3 tərəf olur. İşi təklif edən şəxs (Şəbəkəçi – 1), İş Təklif olunan şəxs (Hər hansısa bir nəfər və yaxud Hədəf), Təklifi izah edən şəxs (Daha təcrübəli Şəbəkəçi -2, yəni Şəbəkəçi – 1in yaxını).
Şəbəkəçi 2 ilə Şəbəkəçi 1 ofisdə təlimata uyğun, siyahı çıxardır və hər hansı bir nəfəri iş təklifini izah etməyə çağıracaqlarını bəlli edirlər. Deməli, Hədəf bəllidir. Buna da, Namizəd deyək.

Şəbəkəçil 1 (Ş1) və Şəbəkəçi 2 (Ş2)nin hərəkət edəcəkləri strategiya.
Ş1 namizədi qarşılayır və Ofisə gətirir, izahat otağına aparır. Elə bu an içəri “Hörmətli, Cənab, Nüfüzlu Şəxs, Az qaldı olsun uje Prezident” Ş2 Müəllim Cənabları daxil olur. Niyə Hörmətli, Cənab, Nüfüzlu Şəxs və.s deyirəm ? Çünkü Ş2 içəri daxil olan zaman, Namizədi cəlb etmək üçün Ş2 – ni Namizədə belə tanıtdırırlar. Həqiqətdə belə olsada-olmasada. Super, ilk taktiki fənd uğurlu yerinə yetirildi. Artıq, Namizəd Ş2 – ə “əjdaha və əlçatmaz” bir insan kimi baxır.
Budur mu Online Marketing və ya MLM ? Yox normalda bu deyil, çünkü bu artıq namizədə yalandır. Yalan niyə danışırlar ? Çünkü, həqiqətlərlə namizədi cəlb edə bilmirlər də ona görə. Azərbaycanda MLM budur, yəni hələ bu harasıdır. Davam edək…
Bu insanlar “artist” olmalı idilər, şəbəkəçi yox =) Yazını sonuna kimi oxuyandan sonra hərşeyi anlayacaqsınız. Nəysə, ssenarini bəyəndiz mi ? )
Düzdür, taktiki gedir yaxşıdır “like” lakin bazarı olmüş bir işə bu səhv yollarla neçə nəfər cəlb edilə bilərki.
Ölkəmizin indiki vəziyyati üçün bu YALNIŞDIR ! YALNIŞDIR ! YALNIŞDIR ! Deyə bilərsiniz ki, bəlkə Ş2 doğurdanda elə biridir. İnkar etmirəm razılaşıram sizinlə ola bilər ki həqiqətəndə uğurlu bir karyerası olsun bu şirkətdə, lakin o böyük ehtimalla ya başdaduranlardandır, yəni şəbəkəni quranlardan ya da ki ilk zamanlarda qeydiyyat olanlardan.
Harda qalmışdıq, hə Ş2 artıq əjdahadır. Başlanılır, Namizədə işin detalları açıqlanmağa.
Ş2 danışır: “MLM – belə işdir elə işdir, hər şey professional biznesdir. Dünya artıq bu işlə məşqul olur falan filan..”
Namizəd Sual Verir: “Azərbaycanda Dövlət qeydiyyatı var ? Ya Qeydiyyatdadır, Qanunidir ? “
Ş2 – nin cavabına baxın: “Bəli, tam qanunidir. Dövlət qeydiyyatından keçib Azərbaycanda və Azərbaycanda vergi veririk. 5-6 Dənə Vergi və Adliyyə vərəqləri göstərir Namizədə”
Ş2 bu cavabı ilə Nazmiədi aldadır desək yanılmarıq. Niyə ?

Abbaszadə Nurlan olaraq mənim Ş2 – ə sözüm var..)

ooooooooooooooooPPPPPPPPPPPPssss bax Ş2 burada özünü yandırırsan. Axı sən professional idin, hörmətli uğurlu iş adamımız idin, canab Ş2 MLM üzrə çox savadlı bir idi axı.. ))
Ş2 GəL Ürək sözlərimi deyim sənə Mən(Abbaszadə Nurlan) .
MLM Nədir deyəcəm, başlayacaqsan danışmağa. Amma düzgün cavabı verə bilməyəcəksən. Mənim səndən gözlədiyin cavab “MLM Online Marketingin bir sahəsidir” bu idi. Bunu bilmirdin? İndi Bildin. Bəs əsasən Online Marketing dedikdə nə başa düşürsən ? Yəni, hansı terminə dayanır bu sahə ? Stop ! Danışma, onsuzda düzgün cavabı verə bilməyəcəksən. Düzgün cavab “Online Marketing əsaslı olaraq HOME BUSİNESS termininə dayanır” budur.
Yaxşı bəs, HOME BUSİNESS nə deməkdir ? Təbriklər Ş2, axır ki bunu düz dedin. HOME BUSİNESS – EV BİZNESİ deməkdir. Buna görə də, vergi məsələsində özünü yandırdın. Çünkü, yalnızca şirkət qeydiyyatdan keçməlidir şirkət olaraq qurulduğu ölkədə, və şirkət qazanclarından vergi verməlidir. İnsanlar YOX ! ÇÜNKÜ bu HOME BUSİNESSDİR. BURADA QAZANCLARA VERGİ YOXDUR ! Ay Savadli Ş2 sən bilməliyin ki,
Avropa və Amerika ölkələrində Evində uşaqlarına baxan bir qadın belə bu işnən məşqul olur. Hanı sənin savadın bəs ? Niyə düzgün şəkildə izah etmirsən ?
Gəlib artistlik edərək insanların gözündən pərdə asmaq asandır əlbəttə ki. Bilməliydin ki, bu iş bir evdar qadının görə biləcəyi qədər sadə işdir.
Ş2 qınamıram səni ! Sual düzgün sualdır, hər-halda namizəd bilməlidir ki, bu iş fırıldaq deyil. Lakin, verilən cavab tez namizədi cəlb edib danışığın
bu mərhələsini keçmək üçündür. Bəs deyəcəksiniz, göstərilən vərəqlər ? Onlar, doğru sənədlərdir. Azərbaycanda qeydiyaytdan keçmiş sənədlərdir. Lakin, əhəmiyyətini olduğunu düşünmürəm !!!

İzahat mərhələsini keçək, birazda qeydiyyatdan sonrakı mərhələlərdan danışaq. Fərz edək ki, bu namizəd artıq qeydiyyat oldu bu şirkətə və artıq üzvdür.
Təbrik edirəm, Ş2 – daha bir keyfiyyətsiz Şəbəkəçi hazırlayırsan gələcək üçün. Niyə, keyfiyyətsiz ? Çünkü, bu namizəd işi buraxacaq. İnanmırsan buraxacaq ? Yaxşı oxuyaq ardını.

Namizədimiz artıq Şəbəkəçi oldu, yəni Şəbəkəçi 3. Ş3.
Niyə demirsiniz ki, Ş1 – dən niyə xəbər yoxdur ? Çünkü, Ş1 hələ yazıq özü yeni qeydiyyat olub, işi yaxşı bilmir ona görə Ş2 – dən kömə istəmişdi. Amma, əsl MLM – də Ş1 qeydiyyatdan sonra özü işi tam öyrənməli idi və UPLİNE-lıq keyfiyyətlərini inkişaf etdirməli idi. İş təlimini bitirmədən, namizəd axtarmağa keçib. Buda bir yalnışdır.
Bəs, sizcə niyə bitirmədən keçib ? Böyük ehtimalla onu da , yuxarıda olan savadsız Şəbəkəçilər məcbur etmişdir. Daha bir yalnış. Azəri MLM )
Ş3 – dən danışaq birazda. Ş3 ilk həftəsində artıq, iş təlimlərini tamamladı… Aaaaaaaaaaaa, Ş3 indi bildiki təlimlərdə öyrədilir ki, izahatı belə vermək lazımdır yalannan artistlik eləmək lazımdır ki, namizədləri cəlb eliyəsən işə… vəəə Ş3 indi anladı ki, bir zamanlar onu da Ş2 və .Ş1 belə aldatmışdı. Həqiqətdə isə,Ş2 “Cənab, müəllim, hörmətli uğurlu biznesmen ” yox, sadəcə işini görən bir Şəbəkəçi imiş (əlbəttə ki, işini yalnış görən). Ş3 – artıq bu şirkətə pul qoyuluşu etdiyi üçün, onunda qazanmaq üçün ən azından qodyuğu pulu çıxartmaq üçün, başqalarını aldatmağa ehtiyyacı olduğunu başa düşür, və nəticədə bir gün bu aldatmaq da öz nəticəsini verməyəcək vəziyyətə gəlir. Yuxarıda dediyim kimi “bazarı olmüş bir işə bu səhv yollarla neçə nəfər cəlb edilə bilərki” yaxşı 3-4 nəfər aldadaraq gətirdi, hərəsi 2-3 nəfər aldatdı onlarda gətirdi, və nəticə olaraq da bu bir yerdə qırılmalıdır. Çünkü, insanlar artıq aldatmaqdan və qazanmamaqdan bezdi. Nəticə ? – Şəbəkə Dayandı… Ş3 – qoyduğu pulu çıxartdı mı ? Ola bilər hə, olə bilər yox. Bu dəqiq bilinmir, amma, biznesinin batdığı və çökdüyü dəqiq bilinir.
Gördünüz mü ?
Ş3 – də işdən çıxdı…
Bəs Ş3 – ün şəbəkəsi niyə dayandı ?
Çünkü, şəbəkədə olanların hekayəsi Ş3 ün hekayəsi ilə eynidir.
Hekayə ?
Bir zamanlar Ş3 Ş2 – ə aldanaraq necə gəlib sonra çıxmışdısa, Ş3 – ün şəbəkəsində olanlar da Ş3 – ə və digərlərinə aldanaraq çıxdılar.
Nəticə ?
Boşuna zaman, pul , və psixoloji itki.

Bu yazdıqlarım “Quest Qİ Company” şirkətində gördüyüm və şəxsən üzləşdiyim səbəblərdir. Nəticəni isə, təcrübəmdən yazıram. Amma bu o demək deyil ki, MLM – NETWORK MARKETING yalan işdir. Xeyir, 100% DÜZGÜN Və DOĞRU İŞDİR. Lakin, Azərbaycanda bu biyabırçılıqları yaradan insanlar, gözlərini qazanmaq hirsi bürüyərək digərlərini aldadıb pullarını mənimsəyən insanlar üzündən ETİBAR artıq qalmayıb bu sistemə. Lakin, düzgün şəkildə işləndiyi halda çox böyük qazanclar verən bir sistemdir NETWORK MARKETING

Artıq daha və daha çox danışa bilərəm, və danışacamda. Lakin, gələn yazılarımda bu yazının ardı olacaq. Hələlik isə, Azərbaycanda olan bu biyabırçı
MLM – i ilə Normal MLM-in bəzi müqayisələrini apardım sizlər üçün.

Bu sizcə Online Marketingdir mi , yoxsa Açıq Aşkar Bazardırmı ? Amma qoy Şəbəkəçilər (pis şəbəkəçilər) üzülməsinlər, ən azından onunla təsəlli alın ki,
marketing-də tərcümədə “bazar” deməkdi )) Satın yalanlarınızı bir-bir.


Müəllif
Abbaszadə Nurlan

Advertisements

6 comments

  1. Yazilarimin oxunmasi meni sevindirir. Bu yazima gore Sebekeciler menden incimesinler, ozumde bu sahe ile meshqul olmusham ve bu saheye meyilli insanam. Lakin, hershey qaydasinda ve normal olmalidir. Network Marketing – cox qazancli bir sistemdir eger insanlar onu duzgun istifade ede bilseler )
    Teshekkur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma