İnternetdən Niyə Pul Qazana Bilmirəm ?

Çalışırsınız, çalışırsınız lakin hələ də qazana bilmirsiniz, yəni ortaya bir nəticə qoya bilməmisiniz hələki. Düz etdiyinizi sanaraq vaxt və enerji sərf edirsiniz, sonra ….OoOoOpPsss 🙂 Nəticə sıfır. Bəs niyə internetdən pul qazana bilmədiyinizi araşdırmısınız ? Mən sizin yerinizə araşdırmışam. Nəticələri ardında görə bilərsiniz.

Səbəblərini belə düşünürəm:

1. Bir mövzu üzərində ağırlaşmırsınız – Öncəki yazılarımda da həmişə qeyd etmişəm ki, bir mövzu üzərində ağırlaşmalısınız. Bu mövzu haqqında biliyinizi artırmalı və qazanc planınızın içində bu sahə də olmalıdır. (Nə şəkildə artıq o sizin planınıza baxır)

2. İki gün çalışıb, üçüncü gün alınmır deyə mızıldanmağa başlayırsınız – Düzgün yolları tapırsınız, lakin heç bunun fərqində belə olmursunuz çox zaman. Sizdə olan səbrsizlik ucbatından davam edə bilmir və yarıda qoyursunuz işləri.

3. Bilirsiniz amma hərəkət eləmirsiniz –Qarşıma elə insanlar da çıxır ki, baxırsan bilirlər lakin bildiklərini tətbiq etmirlər, halbuki hərəkətə keçsə uğur qazana bilər. Bu tip insanlarda vardır, qəribədir 🙂

4. Hər zaman daha asan yolunu axtarırsınız – Qorxunuza qalib gələ bilmirsiniz və bu qazanc yolu loru dildə desək sizin “gözünüzə durur”, buna görə də daima bu qazancı verən amma daha asan olanına qaçırsınız. Bir az əziyyət çəkməkdənsə, özünüzü daha da dolaşıqlara salırsınız, yəni “qabağa düşmək əvəzinə, dala gedirisniz”.

5. Yetərincə əmək vemrirsiniz işinizə – Yeyim, içim, yatım pulum gəlsin. Bu mümkündür, lakin başlanğıcda bu yolverilməz bir səhvdir. Lazımı əməyi vermədən, nəticəyə çatmaq olmaz. Buna görə də, ilk olaraq əziyyət çəkmək sonra isə bəhrələrini görmək lazımdır. Eynən, “əkinci” misalında olduğu kimi.

6. Sistemli,planlı çalışmırsınız – Qazanacağına inandığın bir sistem tapmısan, araşdırmısan və müsbət fikirlər yaranıb səndə işə qarşı. Oke, lap əla, artıq işləməyə də başlamısan. Lakin,bir planın bir sistemin var mı, bu işi necə aparacağın haqqında ? Varsa, super. Təəssüf ki planının olmaması, sistemli çalışmamağın səni heç də yaxşı yerlərə aparmır. Qazanacağına inandığın bir iş üçün, bir planın da daima olmalıdır.

7. Qazanacağınıza inanmırsınız – İnamsızlıq ! Təkcə bu işlərdə deyil, bütün işlərdə inamsızlıq sizin böyük düşmənləriniz sırasındadır. “Nə olar olar daaaaa…” düşüncəsi ilə işa başlarsanız, qazanacağınıza inanmazsanız, sistem qazandırsan sistem olsa belə, başqaları qazansa belə siz qazanmayacaqsınız. Niyə ? Çünkü, inamsızlığınız sizi içdən yeyərək bu işi buraxmağınıza səbəb olacaqdır. Düzdür, elə anlar olur ki, “Nə olar olar daaaaa…” düşüncəsi ilə başladığımız işlər uğurlu olur, bu da yalnızca o halda olur ki, inamsızlığa görə deyil də, sistemdə olan riskə görə belə düşündüyümz zaman. Yəni, “nə olar olar da, amma yenə də risk etməyə dəyər” kimi düşündüyümüz zaman uğurlu ola bilərik bəzi anlarda. Çünkü, inamsızlıq yoxdur, deməli bizi içdən yeyən bir düçüncə də yoxdur.

8. Şəxsi inkişafa diqqət etmirsiniz – Bildiklərinizlə kifayətlənməyin, daima yeni nəsə öyrənməyə çalışın, əks halda bu sektorda tab gətirə bilməyəcəksiniz və planınız hardasa qırılacaq. Hər gün yeni sistem çıxır,bəziləri qazanclı, bəziləri fırıldaq şistemlər. Bunları bir-birindən ayırmağı bacarmaq üçün, ən azından özünüzü daima inkişaf etdirməlisiniz.

9. İnadkar deyilsiniz – İnadkar deyilsiniz çünkü,istəkli deyilsiniz. İstəyiniz yoxdur bu işə qarşı,dediyim kimi başlanğıcda çoxu ziyana uğrayır, lakin nəticədə inadkar olanlar, itirməkdən qorxmayanlar və risk etməyi bacaran insanlar, bu sektordan pul qazanan insanlardır. Bunu da bil !
“BURAYA KLİK EDİN” və bu maddəylə bağlı olan digər bir yazımı da oxuyun. Məsləhət görürəm.


Müəllif:
Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma