Blogger Olmaq İstəyənlərə Məsləhətlər

Blog yazmanın faydaları haqqında əvvəlki yazılarımda danışmışam. Həm şəxsi inkişaf baxımından, həm internetdən pul qazanmaq baxımından, həm də ünsiyyət və güvən qazanmaq baxımından blog yazmanın faydaları çoxdur. “Səndə Blog Yaz” adlı yazımda blog yazmanın faydalarından daha çox bəhs etmişəm. Bu yazımda isə blogger nəmizədlərə bəzi məsləhətlərim olacaq. Bir blogun sıfırdan yaradılması və alt strategiyanın hazırlanması barədə danışacam.

Blogun yaradılması təkcə WordPress.Com – saytında qeydiyyatdan keçməklə bitmir. Çox insan ilk addım olaraq qeydiyyatdan keçməyi seçir. Lakin, mənim məsləhətim belə deyil.
Bəs Necə ?

Blogun Sıfırdan Yaradılması Üçün Alt Strategiyam
Aşağıda yazdıqlarım blog açmaq istəyən hər kəsin, blogu açmazdan öncə bilmələri lazım olan məlumatlardır.

1) Blogun Məzmunun Seçilməsi – Blogunuzun bir mövzusu olmalıdır təbii ki. Yəni, gah “meyvəli tortu neçə bişirirlər” gah “10 günə 5 kilo arıqlamaq” gah daki “internetdən necə pul qazanmaq olar” adlı yazılar olan bir blog açsanız, ilk növbədə ciddi qəbul edilməz, ikinci növbədə isə reytinq qazana bilməzsiniz. Mözvu seçiminə diqqət etməlisiniz. Çalışmaq lazımdır ki, ən yaxşı bildiyiniz sahəni blogunuza mövzu edəsiniz. Səbəbi,
– Yazacağınız yazılar faydalı və düzgün olar.
– Özünüzundə bu sahə üzrə biliyi möhkəmlənər, çünkü sayta yazı əlavə etmək üçün, mövzu haqqında daima araşdırma edər və yeni məlumatlar tapmağa çalışarsınız.
– Verilən sualların qarşısında aciz qalmazsınız.
– Düzgün və faydalı məlumatlar verdikcə oxuyucular arasında nüfuza malik olarsınız. Bununla da, oxuyucular hər gün sizin yeni yazılarınızı səbirsizliklə gözləməyə başlayar 🙂

Buna görə də, düşünün ən yaxşı bildiyiniz sahə hansıdırsa, o mövzu haqqında da yazmağa başlayın.
Misal üçün: Abbaszadehnurlan.info blogunu yaradarkən mən heç düşünmədən “Online qazanc” mövzusunu seçdim. Çünkü, həm çalışdığım sahədir, həm də ən çox bildiyim sahədir. Buna görə də,seçimim belə oldu. (Nə dərəcədə uğurlu alındığını oxuyucular bilər artıq :))

2) Blogun Hədəf Kütləsini Müəyyənlədirmək – Hədəf kütlənin nə olduğunu əvvəlki yazılarımda yazmışam. Blog yaradılmadan əvvəl, onun hədəf kütləsi təyin olunmalıdır, yəni “bu blogun oxuyucuları kimlər olacaq?” sualına cavab tapılmalıdır. Bu ən vacib addımdır, çünki blogun hədəf kütləsi qarışıq olarsa, faydası da olmayacaq və standard saytlar arasında olacaqsınız.
Hədəf Kütlə Necə Seçilir ?
Blogu hansı mövzuda yazırsınızsa, sizin hədəf kütləniz də həmin mövzuya marağı olan insanlardır. Yaratdığınız bu blogdan hansı insanların faydalanmasını istəyirsinizsə, sizin hədəf kütlənizdə həmin şəxslərdir.
Misal üçün:
Ababszadehnurlan.info – saytı “İnternetdən Pul Qazanmaq” haqqındadır. Deməli, mənim məqsədim yazılarımı “internetdən pul qazanmaq istəyən insanlar” ın oxumasıdır. Başqa sözlə, hədəf kütləm “İnternetdən Pul Qazanmaq İstəyən İnsanlar”dır. Sizində, blogunuzun mütləq və mütlq bir hədəf kütləsi olmalıdır.

P.S – Blogunuzu bir mövzuda yaradın. Qarışıq mövzudan olan bloglar sadəcə lazımsız materiallar olan bir saytdır. Başqa da heçnə !

3) Blogun Nə Məqsədə Yönəlik Olmasını Dəqiqləşdirmək – Məqsəd, yəni bir blog yaradılırsa ən azından boş bir sayt olaraq yaradılmamalıdır. Fərqli olmağa çalışın. Deyək ki, mövzunu və hədəf kütləni seçdiniz. Bir də, məqsədinizi müəyyənlədirdinizmi….əla bax bu tam bir blog olacaq. Buna görə də, blogun xidmət etməsində bir məqsəd olmalıdır. Belə düşünün, daima yazılar yazırsınız, yazır yazır yazır və yenə də yazırsınız. STOOP ! Yalnış buradadır ! Düşünün, bu qədər yazmaq hara kimi ? Düşündünüz mü ? Oke, baxın mən deyim cavabını.
Yazacaq yazacaq və yenə də yazacaqsınız və artıq yazmaqdan bezib dayanacaqsınız. Çünkü, blogu çatdırmaq istədiyiniz bir məqsəd, bir hədəf yoxdur. Məqsəd və Hədəf bir blog üçün mütləqdir.
Blogun Hədəfi Nə Ola Bilər ?
Yenə öz blogumdan misal gətirim: (Öz blogumdan misal gətirməyim özümü tərifləmək deyil, sadəcə nümunə göstərməkdir.)
Mənim blogumun məqsədi, 1 il sonra online qazanc sahəsi üzrə Azərbaycanda Rəqibi Olmayan Mega (nəinki mega, hətta super,möhtəşəm,gözəl, çəkici, №1, bir sözlə əjdaha) blog olmasıdır. Məqsəd bəlli olduğu üçün, bu hədəfə çatmağıma görə, daima yazılar yazıram, faydalı məlumatlar paylaşıram. Buradan belə bir nəticə çıxartmaq olar ki, blogumun məqsədi blogumun inkişafına təkan verən ən vacib amildir. Çünkü, istər-istəməz məqsədimə çatmağım üçün, faydalı və daimi yazılar yazmaqdan başqa yolum yoxdur 🙂

Məncə, hərşey aydın oldu.
Siz də bir blog yaratmaq istəyirsinizsə, mütləq yuxarıda dediklərimə əməl edin.

Abbaszadə Nurlan

Advertisements

13 thoughts on “Blogger Olmaq İstəyənlərə Məsləhətlər

  1. Qardaw bilmirem bu suala cavab vemeye hevesin var ya yox, her halda verecem 🙂
    Wordpressde pulsuz blog acmaq olur, amma men pullu ‘com’ domaini isteyirem. Pullu domaini hem wordpressden, hem de ‘godaddy’den ve s. almaq olur. Qiymetlerde cuzi ferler var. Azerbaycan saytlarindan da domain almaq olur, hosting xidmeti veren wirktler var me. Delta Telecom kimi. Bunlarin ne ferqleri var? Sen hansini meslehet gorursen?
    Yeni ele-bele sade sayt acmaq istemirem.

  2. Orxan Azərbaycan şirkətlərinin fərqini belə izah edərdim.
    Hər şirkət ayrı “Provayder” ilə çalışır. Bəzisi Amerikada yerləşir,bəzisi Avropada, bəzisi Kanadada və.b ölkələrdə. Bu provayderlərin də sürətində, trafikində, tezliyində və müxtəlif detallarında fərqlər var. Bəzilərinin CPANEL – ləri ayrıdır, bəzilərinin bazası çoxdur fərq.. Amma üzdə baxan zaman hamısı eyni şeydi. 🙂

    Məsləhət isə, mən Xaricdən GoDaddy Azərbaycandan isə Qeydiyyat.Com ilə çalışmışam.
    Yeri gəlmişkən, abbaszadehnurlan.info domainini də GoDaddy – den almışam. 🙂 Professional sayt açmaq istəyirsənsə, məsləhətim Qeydiyyat.Com ilə çalış, çünkü hostda bir problem olan zaman, biri var birbaşa Azərbaycan şirkətinə Ofisə zəng edəsən, biri də var (əgər GoDaddy və başqa xarici şirkətdən alsan ) e-mail ilə yazasan xarici şirkətə arada nə qədər vaxt itirəsən. Təbii ki, bu əsas səbəb deyil, amma professional bir saytda dəstək vacib faktordur.

    P.S – Azərbaycan şirkətləri ilə Xarici şirkətlər arasında qiymət fərqi yüksəkdir. 🙂

  3. Salam men blogumu teze açmışam ilk önce az-ca açmaq fikrim varıydı amma bu yazını oxuduqdan sonra fikrimi dəyişdim.ingilizcə yazmamağımın sebebide eyni mövzuda çox blogun olmasıdır.Bu sahədə bir az yeniyəm açarkən bir az çətinliklərlə üzləşdim hələdə bilmədiyim çox şey var.Ümid edirım bu sahə Az-da inkişaf edər.Məsləhətlərinizə görə sag olun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma