Azərbaycan və İnternetdən pul qazanmaq – 7 Maddə !

Milyonlarla insanın günlük gəlirlərini internetdən qazandığını eşitmisən. Bunu səndə edə bilərsən, lakin sıfırdan başlamaq üçün mütləq və mütləq köməyin olmadan, bu biznesi uğurlu bir şəkildə apara bilməyəcəksən. Xüsusiylə də internetdən pul qazanmaq kategoriyasında  Azərbaycanda çox da önəmli saytların olmadığını bilərək. Bəs Azərbaycanda internetdən pul qazanmaq olar mı ? OLAR !

Ölkəmizdə internetdən pul qazanmaq o qədər də populyar deyil. Bunun səbəblərini açıqlamaq lazım olarsa aşağıdakı maddələri düşünək.

1) Azərbaycanda online pul qazanan insanların çox az olması

2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi

3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi)

4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması

5)  Sosial Mediadan düzgün istifadə olunmaması

6) Marketing sahəsinin araşdırılmaması

7) İnamsızlıq

8) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması

Online pul qazanmaq kategoriyasına həvəsi olan insanlar və ya bu işlə istər professional şəkildə, istərsə də adı şəkildə məşqul olan insanlar mənimlə razı olduqlarını bilirəm. Bu maddələri biraz daha açıqlayım.

1) Azərbaycanda online pul qazanan insanların çox az olması – Araşdırmalar zamanı ortaya çıxan nəticə heç də ürək açan deyil. Ölkədə insanlar online qazanc haqqında demək olar ki sıfır dərəcəsindədirlər. Bu insanlar xarici sistemlərdən istifadə edərək qazandıqları 3-5 qəpik ilə internetdən pul qazandıqlarını hesab edirlər. Halbuki, dünyada internetdən günlük 5000$ qazananlar mövcuddur.

2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi – Yuxarıdakı maddədə qazananların sayının az olduğunu qeyd elədim. Bəs bu qazanan insanların arasında 1 nəfər belə olsa, internetdən ciddi qazanclar əldə etmir mi ? Əlbəttəki qazananlar var. Lakin, bu insanların müəyyən səbəblər üzündən digərlərinə kömək etməməsi, vəziyyəti daha da acınacaqlı hala gətirir. Bir növ paxıllıq hissi olan bu insanlar “digərləri də qazanarsa mən az qazanaram” deyə düşünürlər. XƏTA ! YALNIŞ ! SƏHV DÜŞÜNCƏ ! Əslində, digərlərinə də öyrədərək daha da çox qazana biləcəklərindən xəbərləri belə yoxdur.  Ölkə bazarı genişlənərsə, bu bazardan daha çox qazanılacağı aydındır. Bu sözdə “qazanan” insanlar isə ancaq öz gəlirlərini düşürlər.

3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi)  – Şəbəkə sistemləri Azərbaycanda çox geniş yayılmışdır. Network Marketing adlanan bu sahədə insanların çox bir hissəsi demək olar ki qazanmırlar. Səbəb ? Yenə dediyim 2-ci maddə. Hər kəsin öz gəlirini düşünməsidir. Yəqin, hansısa bir şəbəkə sistemi haqqında eşitmisən. Burada işləyən insanların əslində şəbəkədən heç anlayışı da yoxdur. Sadəcə, başqalarını zorla, məcburən bu işə dəvət edərək onların qoyduğu sərmayədən qazanc götürməkdən başqa heçnə bilmirlər. Bir insan işini sevməlidir, zorla iş olmaz ! Şəbəkə marketingi azad marketingdir. Bir insanın öz evindən belə edəcəyi bir işdir. Ofisə ehtiyyac belə yoxdur. Kategoriyasından da məlum olur ki, .Şəbəkə Marketingi – Home Business (ev biznesi)dir .Lakin, bizdə ? “Yox, sən bu gün ofisə gəlməlisən”, “Sən adam çağırmalısan, qeydiyyat etməlisən”  . Bu insanlara sadəcə yazığım gəlir. Bu gördükləri iş bazardır. İnsanları zor gücünə işə dəvət edərək, onlardan qazanc əldə edərək, digər insanların bu işə olan baxış tərzini birdəfəlik mənfiyə yönləndirdiklərini bilirlər mi bunlar ? Yox ! Bildikləri tək şey, “adam çağır”, “ofisə gəl”. Başqa insanları mənfilədiklərini bir yana qoyaq, hələ öz işcilərini artıq bezdirirlər. Bu da bu insanların işdən soyumalarına və heç bir qazanc əldə edə bilməmələrinə gətirib çıxardır. Qazanc əldə etmək bir yana qoyduqları pulu belə çıxarda bilmirlər. Bu səbəb, üzündən də Online Qazanc bölməsinə həvəs azalır. Düzdür, online qazanc bölməsi Şəbəkə Marketingindən ibarət deyil əlbəttəki, çox gözəl və ev şəraitində görüləcək işlər var. Bu işlərlə saytımda tanış olacaqsınız sonrakı yazılarımda.

4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması – Tanınan sistemlərin siyahısına baxan zaman, insanlar fəxrlə forumlarda, saytlarda reklam edirlər. “Baxın, mənim aylıq qazancım 7$”, “Bu sistemlə aylıq 10$ qazanmışam ” kimi yazılarla qarşılaşırıq. Düzdür bu sistemlərlə qazanırlar. Amma gördüyünüz kimi aylıq 7$ -8$. Bu yazıları oxuyan insanlar da, elə bilirlər ki internetdən qazanc ancaq budur. Əlbəttə ki, belə də biləcəklər. Çünkü, göz önünə çıxarılan məbləğlər bunlardır. Mən bu forumlarda, bu yazıların altında şərh olaraq yazsam ki, “Aylıq 1500$ – dan çox qazanıram ” güləcəklər mənə. Yalan olduğunu sanacaqlar, çünkü onların beyninə artıq bu girib. İnternetdən qazanc aylıq 7$ -8$ kimi məbləğlərdir. Bu insanları öyrətmək və internetdən pul qazanmaq dünyasının əslində bir insanı ömürlük milyoner edə biləcək qədər böyük olduğunu başa salmaq lazımdır.

5)  Sosial Mediadan düzgün istifadə olunmaması – Sosial Media deyilən zaman Facebook, Twitter, DeliCoUs və.s  kimi sosial şəbəkələr nəzərdə tutulur. Bu şəbəkələrdən çox az sayda Azərbaycanlı qazanc məqsədi ilə istifadə edir. Hətta, bu sistemlərin “Qızla tanış olmaq” sistemləri olduğunu düşünənlər və bu məqsədlə istifadə edənlər də var =). Facebook isə əslində çox böyük bir online bazardır.İnternetdən pul qazanmaq üçün ideal platformlardan biridir. Sadə bir misal olaraq deyim. Qıraqda sağ tərəfdə şirkətlərin reklamlarını görmüsən yəqin. Əlbəttə, çox ağıllı bir strategiyadır. Bu qədər istifadəçisi olan bir sayta reklam vermək. Bu şirkətlərin bu bazardan istifadə etdiyini artıq bildin yəqin.

6) İnamsızlıq – İnternetdən pul qazanmaq olur deyən zaman 5 insandan 3-ü buna inanmır. İnanmamaqları bir yana, hələ bu işə çox cüzi inanan insaları da mənfiləyərək onu da ruhdan salırlar. Ən çox əsəbləşdiyim xüsusiyyət də budur. Özü test etmədiyi və sübut etmədiyi bir işi digərinə “yox boş şeydir” olaraq özündən əmin şəkildə deməsi. Bax, bu məni yandırar. Buna görə də bu saytda elə insanlara sübut edəcəm hərşeyi.

7) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması – Ən aktual maddə. Bizim insanlarımızın düşüncəsinə əlbəttə heç bir söz demərəm. Bu maddə də söhbət insanımızn “Online Pul Qazanmaq” mövzusunda düşüncəsindən gedir. Misal olaraq sənə isbat edim.

Valideyinlərin sənə hər zaman “Məktəbdə yaxşı oxu, dərslərini yaxşı hazırla,universitetə daxil ol, ixtisasını yaxşı öyrə və get İŞLƏ” deyiblər. Buna 100% əminəm. Çünkü bu hər zaman və hər evdə belədir.

Bəs sənin valideyinlərin sənə, nə zamansa “öz işinin sahibi ol” deyiblər mi ? Deyənlər olub düzdür, bu da Ticarət nəzərdə tutaraq deyənlərdir. Heç kim “internetdən pul qazana bilərsən gələcəkdə, internetdən varlı olacaqsan” demədi sənə və ya hansısa bir uşağın yaxud da yeniyetmənin “İnternetdən Pul Qazanmaqla məşqulam, İŞİM budur” dediyini görmüsən mi ?

Yəqin ki yox.

Ümid varam ki, 7 ci maddə bu misallarla sənə aydın oldu.

Beləliklə ilk yazımın sonuna gəldik. İlərləyən yazılarımda internetdən pul qazanmaq və internetdən düzgün və risksiz şəkildə qazanmağın yollarını yazacam.

Abbaszadə Nurlan

Advertisements

2 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma