Bu yazımda səndən bəhs etmişəm – SONUNA KİMİ OXUMALISAN !!!

İnternetdən pul qazanmaq istəyən insanlarla hər gün rastlaşıram, istər virtual olsun, istər real həyatda olsun. Bu insanların hamısında demək olar ki ortaq cəhhətlər eynidir. Kimisi araşdıraraq itirir, kimisi həvəsdən düşür, kimisi nəticə çıxarır. Lakin, bu insanların əksəriyyəti eyni bir ortaq nöqtəyə malikdirlər. Söhbət nədən gedir bəs ? Bu ortaq cəhhət hansıdır ?

Bu insanlar ya online oxuduqları hansısa bir yazıdan sonra, ya internetdən pul qazanmaq haqqında öz maraqları oyandıqdan sonra araşdırmaya başlayırlar. Bu araşdırma zamanını mən aşağıdakı mərhələlərə bölərdim.

1) Hər-hansı bir mənbədən internetdən qazanc haqqında eşitmək
2) Google və digər axtarış motorlarında araşdırmaya başlamaq
3) Qarşılarına çıxan saytlarda qeydiyyatdan keçmək
4) Ümidlənmək
5) Ümudlərin yavaş-yavaş sönməsi
6) Verilən vədlərin özünü doğrultmaması
7) Bu tipli başqa sistemlərin axtarışı
8) Yenə uğursuzluq
9) Bu işlərə inanmamaq
10) UĞURSUZLUQ

Yuxarıda saydıqlarım normal olaraq online qazanc işlərinə ilkin addımlarını atan insanların 99% da olur. Adlarını saydığım bəndləri qısaca açıqlayım.

1) Hər-hansı bir mənbədən internetdən qazanc haqqında eşitmək – Hər hansı bir forumda və ya saytda online qazanc haqqında bir məqalə yaxud reklam görən bir şəxsin bu işə marağı yaranır. Hər kəs istəyər əlbəttə ki, internetdən oturduğu yerdə passiv gəlir əldə etsin, lakin hamı bacarmaz. Maraq oyandqdan sonra ikinci addım artıq araşdırmaya başlamaqdır.

2) Google və digər axtarış motorlarında araşdırmaya başlamaq – Müxtəlif axtarış motorlarında “online qazanc” “internetdən pul qazanmaq” açar sözləri ilə axtarışlar edilir. Üstünlüklə, ya öz məhsullarını satmaq istəyən insanların saytlarına, ya da BUX sistemləri olaraq adlandırılan reklam izləməklə qazanc vəd edən sistemlərə gəlib çıxarlar bu insanlar. Azərbaycanda, bu sektorda olan məlumat azlığı ucbatından çoxluq dediyim saytlarla calışır və bu saytları “internetdən milyon qazanacaqmışıq” kimi reklam edirlər. Nə etməli ? 😦 Araşdıran insanlarda, məntiqi nəticə olaraq bu saytlara rast gəlirlər.

3) Qarşılarına çıxan saytlarda qeydiyyatdan keçmək – Bu saytlarda qeydiyyatdan keçdikdən sonra rahat-rahat öz işlərinə başlayırlar. Gün ərzində 5-10 qəpik arası pul verən bu sistemlərə inanaraq hər gün səbirsizliklə reklamları gözləyir və balanslarına pul oturmağını izləyirlər. Olmaz olsun bu qazanılan pullar 🙂 Gün ərzində 10 qəpik qazanmağı həqiqətən də gözləməyə dəyərmiş 😛

4) Ümidlənmək – Artıq balanslarına gündəlik 5-10 qəpik oturan insanlar bu sistəmlərlə 1 il sonra artıq “varlanacaqlarını” sanırlar. Reallıqda isə ziyanda olduqlarını bilmirlər. Çünkü buna sərf olunan enerji və vaxtı digər işlərə sərf etmək olardı.Nəisə. Referal sistemindən istifadə edərək,başqalarına link göndərmək və internetdə şişirdici məlumatlar yaymaq mərhələsi başlayır. Bununla da bu insanlar,referal yığmağa başladıqlarını sanırlar.

5) Ümudlərin yavaş-yavaş sönməsi – Maşallah,referallar artıq çoxalır bəs qazanc ? Ortada bir nəticə olmalıdır, bəs hanı ? Təbii ki yoxdur. 1 ay əvvəl balansında 5 qəpiyi olan insanın, 1 ay sonra balansında 2 manat pulu vardır. Yox, həqiqətən də inkişaf var 😛 Maraqlı burasıdır ki, bu qədər enerji sərf edən insanlar bu işə başladıqlarında aylıq 2 manata görə bunları edəcəklərini bilmirdilər ki ? Yenə nəisə. Artıq qazanc qane etmir bu insanları. Deməli, ümidlər də yavaş-yavaş ölməyə başlayır.

6) Verilən vədlərin özünü doğrultmaması – Müddət uzandıqca, inkişaf zəif gəlir bu insanlara. Reallıqda isə, sonradan peşmançılıq əvəzinə əvvəldən hesab etməli idilər bunları. Nəhayət ki, neçə aydır bu sistemdə çalışan biri enerjisini boşuna tükətdiyini anlayır və günlük 5-10 qəpiklə bir yerə çata bilməyəcəyini başa düşür. ŞÜKÜR.

7) Yeni araşdırma və bu tipli başqa sistemlərin axtarışı – İnsan tutduğundan bərk yapışar, düz deyiblər. Bu BUX Sistemlərindən yapışan insanların da, ondan ayrılması çox qəliz məsələdir, çünkü online qazanc qazanmaq istəyir və çox heyif ki Azərbaycan dilində araşdırmalar zamanı bunlardan başqa sistemlərə rastlamır bu şəxslər. Yeni araşdırmalar başlayır, və bayaq dediyim kimi günlük 5-10 qəpiyə qane olmayan şəxs əlbəttə daha artığını istəyir, amma çox hayif ki araşdırmalarını yenə BUX sistemlərinə yönəlmiş olaraq aparır. Bu vəziyyətdə də, qarşısına hər reklama görə 10$ verən bir sistemlə qarşılaşır (belə SCAMlar həddindən artıq çoxdur). Hesablasaq ki, gündə minimum 4 reklam verəcəyini vəd edən bir saytdır, gündəlik minimum 40$ qazanacağını düşünür bu insanlar avtomatik olaraq və “vəssalam axır ki məndə tutuzdurdum, aylıq 1200$ qazanacam” 🙂 kimi düşünməyə başlayırlar. Başa düşürəm çünkü, məndə bir vaxtlar belə idim və o qədər istəkli idim ki, reallığı görməməzlikdən gəlirdim. Hə, yaddan çıxmamış bunu da deyim, bu şirkətlər hesabda 10.000$ dan aşağı pul olarsa çıxarmağa icazə vermirlər. (Qaydaya bax da). Beləliklə, gündə, 40$ balansa oturur və artıq bu insanlar 10.000$ a çatacaqları anı gözləyirlər.

8) Yenə uğursuzluq – Super, artıq balansda 10.000$ vardır. Deməli, rahatlıqla pulları çıxartmaq olar. Vəəəəə, səbrsizliklə “Pulu çıxartmaq” düyməsinə kliklənilir. “Budur, 10.000$ cibinizdədir. Siz pulu problemsiz olaraq çıxartdınız. Təbrik edirəm” – belə bir şey gözləməyin, bunu ancaq və ancaq yuxunuzda görərsiniz BUX sistemindən :P. Yenə uğursuzluq, yenə fırıldaq, yenə yalan sistem. Nəticə, şirkət sizə rahatlıqla 2 ay öz reklamlarını izlətdi ? İzlətdi. Bunlardan pul qazandı şirkət ? Qazandı. Bəs Siz ? …. Bəxtinizi bir daha sınayın 😦

9) Bu işlərə inanmamaq – İkinci dəfə uğursuzluqla qarşılaşan bir insan artıq qeyri-ixtiyari olaraq bu işlərə inanmamağa başlayır. İnternetdən qazanc mövzusu ilə də yəqin ki, sağollaşır.

10) UĞURSUZLUQ – Nəticə, UĞURSUZLUQ !

Yuxarıda saydığım 10 məqam ortaq olan cəhhətlər idi. İnternetdən qazanc dünyasına ilk addımlarını atan insanlar 99% belə başlayırlar.
Məntiqi bir sual verə bilərsiniz mənə :
Bəs, hamı belə başlayır və hamı uğursuz olursa, onda internetdən pul qazanan insanlar kimlərdir ?

CAVAB: İnternetdən pul qazanan insanlar da bu işlərə belə başlamışlardır, lakin yalnız o insanlar uğur qazana bilirlər ki, həvəsdən düşməsinlər və itirməkdən qorxmasınlar. İtirdiklərindən nəticə çıxardaraq, itirməyi gözə alaraq yollarına davam etsinlər. Bu insanlar sonda, sözün əsl mənasında internetdən pul qazanan insanlardırlar.

Müəllif :
Abbaszadə Nurlan

Advertisements

15 comments

  1. men de internetden pul qazanmaq isteyirem,demeli men de sizin yuxarida sadaladiginiz kimi merhele-merhele ugursuzluqlara ducar olub,sonra 10 000 dollari eziyyet cekib yigib itirdikden sonra aglim basima gelib tezeden baslayacam?))yox qardas,men bele istemirem,uduzmus insanlardan ders goturmek ve oyrenmek isteyirem,cunki bu yazini oxuyandan sonra vaxtimibbos yere itirmek istemirem,onda men de qeydiyyatdan kecdiyim xirda-para saytlara daxil olmagi dayandirim/

    • =) Ümumiyyətlə bu sahəyə başlayan insanların 99% ı qarşılaşıb bu hadisələrə, siz və mən də daxil olmaqla ) Həvəsinizi alqışlayıram və inanıram ki əgər istəyiniz böyükdürsə, bu sahədə uğur qazana bilərsiniz. Səbr və sərmayə tələb edən işlərdir.

  2. Justbeenpaid indi olub profitclicking helelik yaxsi isliyir. Pullari 7gune otuzdururlar amma yubanmalar olur. Profitshiftden sonra 48saat soz veribler her halda 7-10gun cekecek pulun oturmasi. gecikir amma pulu hesaba otuzdururlar. Justgetmoney ve profitablesunrise saytlarinda ise pul 1gunnen tez oturuz hesaba hələ gecikmələri olmayib. bu 3 sayt yatirim sayti oldugu ucun 20$la baslamaq olar.

      • Real saytlari analiz elemek ucun vaxt teleb olunur. Sadece bu ishde heves yaranmalidir meqsed pul qoydum onu ne vaxt cixardacam kimi elave suallarda olur.Bunu realize etmek ucun reytnqli ve yuksek telabatla baxilan online qazanclarla maraqlanmaq lazimdir

      • Bu işlərdə pul qoyduqdan sonra, çıxarışı düşünməyi məntiqsiz sayıram. Müəyyən mərhələyə qədər çıxarış düşünmək olmaz ! Əgər çııxarış düşünürsənsə, onsuzda qoşulma bu işə. Qoşuldunsa da, bunu dərk et ki, pulu qoyan gündən çıxartmağı düşünməyə başlayacaqsansa, sən böyük yox kiçik düşünən olarsan… Pul pulu gətirər, məsələ budur. Çox pul çox pulu, az pul da azını gətirər.. Biz investorlarıq, investisiya ediriksə sözsüz ki bunu qazancımızı düşünərək edirik, lakin girdiyimiz işin də bir BİZNES olduğunu unutmamalıyıq, və hər biznesdə də RİSK var. Xüsusilə Online İnvesting işində.
        Rober Kiyosakinin bir misalı da var ki,
        “Əsl investor qoyduğu investisiyanı unudandır”

        Abbaszadə Nurlan

  3. Nurlan bəy çox sağolun bu qədər yazmısız.məntiqlə məsləhətinizə qulaq assaq gərək bu işə baş qoşmayaq.
    ama digər yandan vadar edirsiniz bəs sizin maraqiniz nədir səmimi cavab verin xahiş edirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma