İnternetdən pul qazanmaq – Aldanmaq Olmaz !

Sizlərə bu yazını yazmaqda məqsədim internetdəki yalançı internetdən pul qazanmaq kategoriyasında saytlar haqqında məlumat verməkdir. Çalışacam ki bu saytların bəzilərinin siyahısını da sizlərə verim. İlk öncə onu deyim ki, bu saytlar daha çox xarici saytlardır. İnternetdən pul qazanmaq üçün xarici saytların arasında çox güvəniləcək şirkətlər də var əlbəttə ki, amma  bu yazım yalançı saytlar barədə olacaq. Hətta bu saytların arasında elələri də vardır ki, sizin mobil telefon nömrənizi də götürüb əlaqə də saxlayırlar. Sizlərə hiyləgərlik olmağını bildirən bir neçə cəhhətləri deyim.

1. Reklam saytlarından başlayaq (BUX) – Yəni reklama tıkla hər klikə görə 10, 100, 150 hətta 200 dollar da verən olur. Lakin bunlar YALANDIR. Bux yəni reklam saytları hər klik üçün 0,01 dollar (1 cent) verirlər. Ortalama götürək 0,01-0,05 dollar (1-5 cent) arası verənlər doğru olur. Lakin bundan çoxu yalnız və yalnəz hiyləgərlikdir. Qalanları vaxt itgisindən başqa heç bir şey deyil. Bux saytlarından ən real və güvənilir saytlara aşağıdakı saytları misal çəkə bilərik.

1) Neobux.com

2) Onbux.com

Bu iki saytı da məsləhət görməzdim, düzdür qazandırır lakin aylıq çox cüzi miqdarlar. Sadəcə məlumatınız olsun deyə adlarını dedim. Daxil olmağınızı istəmərəm.

2. Affiliate saytlar – Sizin qarşınıza elə saytlar, əsasda xarici saytar çıxa bilər ki, onların tamahına aldanıb havayı yerə pul itirmiş olarsınız. (Başıma gəlib). Bəs bu saytları necə tanımaq olar. Məsəlçün : E-mailinizə təkliflər gələ bilər ki (XARİCİ SAYTLAR) “3 addımda yaxud da 5 addımda pul qazanın. Formu doldurun və hər doldurduğunuz forum başına 15 dollar qazanın gündə bu işi 10 dəfə görsəniz günlük 150 dollar qazanacaqsınız” falan, bu kimi sözlərə inanmayın ! QƏTİ ! Düşünün, özünüz üçün sayta klik edirsiniz və guya hansısa məhsulu reklam edirsiniz. Bunula sizə 15 dollar verirlər. AĞ YALAN ! İNANMAYIN ! ( Forum başına pul ödəyən bir sistem var oda CPA – sistemidir. Bu sistem haqqında gələcək yazılarımda yazacam). Bu saytların bir xüsusiyyəti də odur ki, CNN, BBC kimi dünya miqyaslı kanalların logoların vururlar saytlarına. İkinci xüsusiyyət də bu ola bilər ki, guya bu sistemdən qazanan insanlar var onlar da saytda öz fikirlərin yazırlar. Düzdür, xarici saytlardan həqiqətən də qazandıran saytlarda da qazanan insanların fikirləri var lakin, bunlar doğrudur. Türk saytlarının da aldadıcı və dolandırıcıları var. Məsləhətim saytımda olan işlərdən əlavə işlərə inanmayın (bu işlər barədə məlumat verəcəm). Qarşınıza hansısa belə bir şey çıxarsa mənə mail yazın. Araşdırım sonra, çünki əbəs yerə pul və vaxt itirməyinizi istəmərəm.

3. Saxta Referral sistemi – Referral nədir ? Siz referral sistemi olan saytlarda qeydiyyatdan keçən zaman sizə referral link verilir. Bu linki siz digər insanlara verərək onların da bu link üzərindən qeydiyyatdan keçməsini istəyirsiniz. Çünki sizin referral linkinizdən nə qədər çox adam qeydiyyat olarsa sizdə onların qazancının bir hissəsini əldə edirsiniz. Yəni faiz gəlir.  Beləliklə sizin referral linkiniz üzərindən qeydiyyatdan keçən hər bir insana referral deyilir . Referal sistemi əslində super bir sistemdir, ancaq bunu pis yönə çevirərək aldadıcı qazanc əldə edən insanlar çoxdur. Hər insan referral qazanmaqda maraqlıdır. Siz referral qazanmaq üçün çalışacaqsınız və qabağınıza yenə də xarici saytlar çıxacaq. 10 dollar – 10 referral, 100 dollar – 1000 referral, və bu cür təkliflər gələcək. Bunlara inamyaın. Yaxud da program satırlar 2-3 dollara ki, 1000 referral verir. YALANDIR ! Bunların hamısı eyni YALANDIR ! Pul ilə referral almaq sistemi deyilən bir şey var. Oda NEOBUX kimi saytların özü satır və yalnızca öz login və parolunuzu yazıb daxil olduqdan sonra paneldən referral ala bilərsiniz ki, bunu da heç məsləhət görmürəm.

P.S – Referral sistemi ilə işləyən saytlar çoxdur və bu saytların arasında QAZANDIRAN VƏ REAL saytlar var. Ümumiyyətlə, çox yayılmış bir sistemdir və qazandırıcı sistemdir. Lakin, referralı pul ilə almaq aldadıcı və hiyləgərlikdir. Bunların arasında realı da ola bilər, lakin 99% yalandır.

MƏSLƏHƏT GÖRMƏDİKLƏRİM

Aşağıda yazdığım işlər sizin qarşınıza çıxa bilər, və deyim ki çıxacaq. Lakin onlar haqqında yazdıqlarımı oxuduqdan sonra bu işlərə baş qoşmağınızı istəmərəm. Məqsədim sizi boş-boş işlərdən uzaq tutub, yalnızca qazandıran işlərə aparmaqdır. Ona görə də yazdıqlarımı diqqətlə oxuyun.

1. Program yaxud da Toolbar yüklə qazan – Bu kimi işlərə baş qoşmağınızı istəmərəm. Vaxt itirirsiniz və ortada isə yalnız və yalnız qəpik-quruş qalır.

2. Bux saytları – Düzdür bux saytları qazandırır amma düşünsək görərik ki, bu da bizə vaxt itgisidir. Düzdür referral sistemi var amma məsləhət görmürəm. Əgər internetdən professionalcasına qazanmaq istəyirsinizsə bu işləri boş verin.

3. Mail oxu pul qazan – Gündəlik mailinizə gələn reklamlara klikləmək və pul qazanmaq. İmkansız bir şey deyil. Olur, Mümkündur. Amma yuxarıda dediyim kimi klik üçün 10,100,150,200 verən təkliflər olacaq, bunlarda yalandır. Doğrunu tapdıqda isə nəticə də aylıq 4-5 dollar qazana bilərsiniz. Bu işi də boş buraxmaq ən yaxşısıdır.

4. Xarici saytların təklifləri – Sizə aşağıda 2 sayt verəcəm o sayta baxın. Və həmişə bilin ki bu cür xarici saytlar həmişə eyni olur və həmişə insanları aldatmaqla məşquldurlar.

http://data-typing-work.com

http://datatypingbusiness.com

Bu tip saytlara aldanmamağınız çox vacibdir. Mən özüm ilk başlarda 50 dollar itirmişdim yuxarıdaki birinci saytdan. Bu saytların görünüşünə baxın, bu tipli saytlar aldadıcı olur. (Bu görünüşdə qazandıran saytlar da var)

5. Çox yüksək təklif verən saytlar – Sizə ola bilər ki ilk 1-2 ayınızda aylıq 5000-15000-20000 dollar qazanc söz verən saytlar olsun. Lakin inanmayın. Bu tip xarici saytlar YALANDIR ! Əlbətdə ki bu pulları qazanmaq mümkündür, lakin 1-2 aya yox. Ciddi əziyyətdən sonra mümkündür. Bunlar haqqında danışacağam gələcək yazılarda.

Yəqin ki ilkin təsəvvür yarada bildim sizlərdə. Ümid varam ki aldanmarsınız.

Gələcək yazılarımda internetdən pul qazanmaq  haqqında etibarlı şirkətlər haqqında danışacağam.

Advertisements

4 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma