Şəbəkə Marketingi – Qarışıq Məlumatlar

Digər yazımda qeyd etdiyim kimi, Şəbəkə Marketingi haqqında çox sayıda suallar alıram və hələki bu suallar dayanmaq bilmir. Bu sualların çoxu qazanc metodları haqqında olur, yəni bu metodları “fırıldaq” kəliməsi ilə qarışdıran insanların sualları olur. Bu sektorda ölkəmizdə məlumat azlığı dəhşətli dərəcədə vardır. Şəbəkə Marketinginə qarşı dünyanın çox yerində ilkin mühakimə vardır, lakin Azərbaycanda bu daha çox hiss olunur. Səbəbini isə,insanlarda bu işlə bağlı məlumat azlığında görürəm. Buna görə də, Şəbəkə Marketingi haqqında məqalələrimi çoxaltmağa çalışacam. Bu yazımda bu sektorun yaranışı barədə danışacam.

Şəbəkə Marketinginin Tarixi
Şəbəkə Marketinginin tarixinə bağdığımız zaman, araşdırmalardan da göründüyü kimi ilk olaraq bu sistem Carl Rehnborg tərəfindən həyata keçirilmişdir. Carl Rehnborg 1934-cü ildə Şəbəkə Marketingi məntiqinə söykənən California Vitamin Company şirkətini açmışdır. Bu şirkətin açılışından sonra, 1945 – ci ildə Nutrilite Products şirkətinin də açılışını edir. Şəbəkə Marketingi artıq yayılmağa başlayırdı və bununda göstəricisi olaraq, Nutrilite Products şirkətində çalışan Rich Devos və Jan Van Andel bu şirkətdən ayrılaraq öz şirkətlərini qururlar. Qurduqları şirkəti isə, AMWAY adlandırırlar. Bundan sonra isə, bu şirkətlərin dünyanın müxtəlif ölkələrində nümayəndəliklərinin açılması, bu sektora daha da təkan verərək günü-gündən qaldırmağa başladı. Hal-hazırda sektorun qiyməti milyardlarla ölçülür. Şirkətlərin sayı çoxaldıqca sektorun da məhşurluğu artmağa başladı, və hal-hazırda bu işə “XXI əsrin işi” kimi baxan insanları da şəxsən tanıyıram.
2002-ci ilə qədər sadəcə Amerikada 7.7 milyon insan bu sahədə çalışırdı. 2002-ci ildə isə Şəbəkə Marketingi artıq 125 ölkədə fəaliyyət göstərirdi və həftə ərzində dünya miqyasında 150.000 dən artıq insan bu şirkətlərə üzv olurdu.
Bunlar təbii ki rəsmi olaraq təsdiqlənmiş nəticələrdir, və sektorun inkişafında böyük əhəmiyyərə malik məlumatlardır.

Şəbəkə Marketingiin Üstünlükləri
Məhşur iş adamı John Paul Getty bir zamanlar belə demişdi :
“Həyatda uğur qazanmaq üçün öz işinin sahibi olmalısan”

Şəbəkə Marketingi də insanlara öz işlərinin sahibi olmaq imkanını yaradan fürsətlərdən biridir.

Nəyə Görə Öz İşinizin Sahibi Sayılırsınız ?
– Nə qədər çalışacağınız
– Kiminlə çalışacağınız
– Harada çalışacağınız
– Nə qədər qazanacağınız
hamısı öz əlinizdədir. Buna görə, öz işinizin sahibi özünüzsünüz. Şəbəkə Marketingi sərbəst bir işdir. Bu iş “Home Business” olaraq qeydlərdədir və heç bir ofis şəraitinə ehtiyyac olmadan belə aparılır.

P.S – Lakin Azərbaycan, bu sahədə hələ o qədər inkişaf etməmədiyinə görə, heç kim yalnızca öz evindən Şəbəkə Marketingi ilə məşqul olmur (ola bilmir).

Üstünlükləri Sayaq
1 – Qazanacağınız pullara nəzərən,başlanğıc sərmayəsi çox azdır. (Az ver çox al prinsipi)

2 – Risksizdir. (Təbii ki, işləyan bir insan üçün. İşləməyən biri onsuzda uduzandır)

3 – Heç bir təcrübə və ya təhsil lazım deyil. (Cv, diplom kimi tələblər yoxdur)

4 – İkinci bir iş olaraq çox yaxşı bir qazanc qaynağıdır. Çünkü part time görülə biləcək bir işdir. (İstədiyiniz zaman istədiyiniz yerdə məşqul ola bilərsiniz)

5 – Sistemin hər cür dəstəyi sizinlədir. Bu dəstək və kömək həm şirkət tərəfindən həm də uplinelar tərəfindən edilir. (Normal bir şirkətdə üst qollarınız sizin nailiyyətiniz üçün sizə kömək etməyə hər zaman açıq olmalıdır)

6 – Sərhədsiz potensiala malikdir.Sisteminizi qurana qədər çalışarsınız, sisteminizi qurduqdan sonra isə çalışmadan pul qazanarsınız. (Yəni Erkən Pensiya)

7 – Şəbəkə Marketingi fərdi inkişafla əlaqədar sizə bir çox fürsət təqdim edir. Siz bir çox təhsil, motivasiya və fərdi inkişaf proqramları ilə tanış olacaqsınız. Təbii ki, normal bir şirkətdə. (Daha çox kitab oxumağa həvəslənərsiniz və sizi araşdırmaya yönləndirər.)

8 – Başqalarına kömək etməyi sevənlər üçün Şəbəkə Marketingi çox yaxşı bir fürsətdir. (Başqalarını xəyallarına və hədəflərinə çatdırmaq kimi)

9 – Bu işdə dünyanın hər yerindən insanlarla tanış olma fürsəti tapa bilərsiniz.

Şəbəkə Marketingi Mühəkimələri
Şəbəkə Marketingi haqqında yazdıqlarım hamısı doğrudur. Bunlara yalan olaraq baxan insanları qınamıram, çünkü Şəbəkə Marketingindən ziyana uğramış çox insan var. Yuxarıda qeyd etdiklərim isə, hər bir şəbəkəçi, normal qaydasında öz işini görsə (sərhədləri aşamamaq və yalan danışmamaq) bu sektor haqqında mühakimələr yaranmaz və yazıldığı kimi olardı hərşey.
İnsanlara çatdırmaq istədiyim odur ki, həqiqətən də Şəbəkə Marketingi qazanclı bir sektordur,qeyd etdiyim bütün maddələrdə yalan yoxdur. Lakin, bu sistemi gözdən salanlar da şəbəkəçilərin özləridir. “Şəbəkə Marketingini Ləkələyən Deyimlər”(kliklə oxu) adlı yazımda bunları qeyd etmişəm.

Hər bir şəbəkəçi bunu bilməlidir ki, Şəbəkə Marketingi sərbəst bir işdir, insanlara ciddilik öyrətmək üçün onları stresə salaraq ardıcıl zəng və mesajlarla bezdirmək olmaz. Bunun yerinə, düzgün təhsil verilməli və bu halların olma ehtimalı sıfıra endirilməlidir. Hər bir qaçan namizəd və qeydiyyatdan sonra görünməyən insan üçün yalnız və yalnızca UpLine günahkardır. Burada bir qızıl qanun vardır və bu hamıya aiddir.
Şəbəkə Marketingində Qızıl Qanun- Öyrənib ! Öyrətmək !
Qoyduğu sərməyəni itirmək istəməyənlər, uğur qazanmaq istəyənlər və özlərində qeydiyyat etdikləri insanlar üçün azacıqda olsa məsuliyyət daşıyan insanlar öyrənib-öyrətməlidirlər.

Abbaszadə Nurlan

Advertisements

2 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma