Network Marketingi (Şəbəkə Marketingini) Ləkələyən Deyimlər

Şəbəkə Marketingi haqqında çoxlu suallar alıram, buna görə də artıq bu suallara son qoymaq istəyirəm. Hər kəs sənin gördüyün iş “adam tapmaq, 2 qolun olmalıdır, fırıldaq işdir,” və.s kimi sözlər yazır. Kobud səslənsə də, bunu qeyd etməliyəm ki, mənim gördüyüm işin heçkimə bir aidiyyatı olmadığı kimi, Şəbəkə İşçisi olub olmamağımında heçkəsə aidiyyatı yoxdur. Maraqlıdırsa bilməlisiniz ki, hal-hazırda Şəbəkə Marketingi ilə məşqul deyiləm. Hər kəs Şəbəkə Marketingi sözünü eşidən kimi “məni asıb-kəsmədikləri” qalır bircə. Deyək ki, siz deyən kimidir və Abbaszadə Nurlan hərkəsə yalan danışaraq onları ziyana uğratmaq istəyir. Mənim yazdığım məqalələr ilə ziyan edəcəyini sanan insanlar, oxumaqda məcbur deyillər, oxuyan insanlar isə nəyin nə olduğunu biləcək qədər anlayışlıdırlar. “Şəbəkə Marketingi cəmiyyətə yararsız və hərkəsi ziyana uğradan bir programdır” sırf bu kimi düşünən insanlar üçün bu məqaləmii yazdım. Başlayaq.

Şəbəkə Marketinginin Bu Cür Pis Qarşılanmasının Səbəbləri Mənim Üçün Aşağıdakı Kimidr.

1) Yalan Və Şişirdici Vədlər
– Şəbəkə Marketingi ilə məşqul olan insanlar, yəni şəbəkəçilər sırf qeydiyyat və məhsul sata bilmək xatirinə insanlara yalan vədlər verirlər. “Çox asan bir işdir”, “İşdən çıx gəl burada milyonçu olacaqsan”, “Bu işə girərsən səni filan yerlərə qaldıracam”, “Filan müddətdə filan qədər pul qazanacaqsan”, və.b yalan vədlər verirlər.İşə qatılan yeni insanlar zaman keçdikcə bu vədlərin yalan olduğunu görür və sırf qeydiyyat xatirinə bu vədləri verən insanın xətasını bütün sektora aid edir. Bununla da, əhatəsinə də yaşadıqlarını danışır və sektor haqqında ümumi ilkin rəy yaranır insanlarda. Bu rəy də, əlbəttə ki mənfiyə doğru. Burada “şəxs” məsələsi var, “sektor” məsələsi deyil. Bir insanın səhvi üzündən, yalanları üzündən bütün sektor haqqında belə düşünmək olmaz. Onsuzda, səmimi və dürüst olmayan insanlar bütün sektorlarda mövcuddur.

2) İş Haqqında Yalnış İzahat Verilməsi
– Bəzi şəbəkəçilər, işlərini tanıtmaq üçü düzgün yollardan istifadə etmirlər. Kimi gördülər “qabaqlarına qaçaraq” iş təklifi edirlər. Bunun nəticəsini heç düşünmürlər də, çünkü hələ səhvlərini qavramırlar bu insanlar. İnsanları işdən daha da soyudurlar bu hərəkətlərlə. Misal üçün: Şəbəkə Marketingini eyni insana 5-6 dəfə, və hər birində də bir cür tanıdırlar, hədd artıq “yalvarmaq” dərəcəsinə belə çatır. Bunu görən qarşı tərəf, bu işin belə görüldüyünü zənn edir və o insanda bu işə qarşı daha da mənfi fikirlər yaranır.
Şəbəkə Marketingi bir ev xanımının görə biləcəyi qədər sərbəst, və bir iş adamının görə biləcəyi qədər hörmətli bir işdir.

3) Məcburi Qeydiyyatlar
– Şəbəkə Marketingi ilə məşqul olduğum vaxtlarda, gözümün önündə UV(point) xatirinə insanları məcbur edərək qeydiyyat etməyə çalışırdılar. Kiminsə kiminləsə yaxınlığından istifadə edərək, “bu sənin qardaşındır,bu sənin dostundur bu insana görə 700$(və daha çox) nə puldur ki gətir qoy” və ya “Borc al dostlarından, sənin elə bir layiqli dostun yoxdur ki sənə filan qədər pulu versin” kimi ifadələrlə insanları bir növ qıcıqlandırırdılar və məcbur da olsa onları qeydiyyat edirdilər.
Nəticə ?
Maksimum, 1 ay sonra həmin qeydiyyat olan insandan xəbər kəsilir, telefonlar açılmamağa başlanır, mesajlara cavab yazılmır və hətta insanlar arasında düşmənçilik belə yaranırdı.
Bu səbəblərə görə də, sektora baxış tərzi daha da mənfiyə doğru gedir.

4) Yalnış Qurulmuş Ssenarilər
– Bir nəfərlə görüş təyin olunur və bu nəfərə iş haqqında məlumat verilməlidir. Bunun üçün, əvvəldən artıq ofisdaxili ssenarilər hazırlanır. Deməli,ssenariyə görə, görüş zamanı otağa bir nəfər daxil olmalı və özünü guya bu işdən milyonçu olmuş biri kimi göstərməlidir. Bununla da həmin nəfərə psixoloji təsir olunur və nəfər də, o insana milyonçu kimi baxır artıq və o bacarıbsa özünündə bacaracağını hesab edərək qeydiyyat olur. Düzdür, məntiqli və ağıllı addımdır. Lakin, bu cür ssenarilərlə aldanaraq qeydiyyat olan şəxs müəyyən müddət sonra, əslində vəziyyətin heç də bu cür olmadığını görür və o da işdən soyumağa başlayır.
Nəticə ?
Nəticə sıfır. Yenə də, həmin insanın işdən soyuması və 3-cü maddənin sonunda yazdığım məsələlər. Buna görə də, şəbəkəçi başa düşməlidir ki, bu işin içində yalana yer yoxdur. Hamımız eşitmişik və həyatda da təcrünə etmişik ki “Yalanın ömrü 40 gün olar”. Bəs görəsən bu şəbəkəçilər bunu niyə hesablarına daxil eləmirlər ?
Qeyd etdiyim kimi, sırf “şəxs” məsələsi vardır, sektor yox.

5) Müxtəlif Şirkətlərdən Olan Şəbəkəçilərin Bir Birini Pisləməsi
– Tez-tez şahidi olurdum ki, bu sektorda çalışan şəbəkəçilər müxtəlif yığıncaq və tədbirlərdə digər şəbəkə marketingi şirkətlərini pisləyirlər. Bu insanları görən kimi anlamaq olur ki, ya bu insan adı çəkilən şirkətdə ziyana uğrayıb (öz məsuliyyətsizlikləri ucbatından), ya da bu insanın xasiyyəti budur. Bəzən bu hallarda, bu tip insanların çalışdıqları şirkətdən, pislədikləri şirkətə keçən insanlar olduğu üçün belə danışdıqlarını da görmüşəm. Xasiyyətləri budur bu insanların, öz işi ilə deyil də, başqalarının pis tərəfləri ilə çırpışır. Ola bilər, əlində dəqiq faktlar var həmin şirkətə aid və canı yandığı üçün deyir, bununla mən razıyam və pis baxmıram, lakin dediyim kimi öz işlərini buraxıb da başqalarının pisləri ilə çırpışan insanların səhvləri ucbatından ümumi baxış çox amma çox aşağı düşür. Şəbəkə Marketinginə yeni-yeni addım atan bir şəxsin yanında belə söhbətlər olunduqca, bu insan kökündən işə qarşı dəyişir və bu işi artıq fırıldaq və yalan olaraq görür.
Nəticə ?
Yenə sıfır.

Bunu bilməlisiniz ki Şəbəkə Marketingi haqqında pis deyimlər hər zaman olub və hər zaman da olacaqdır. Məntiqlə fikirləşəndə yuxarıda yazdıqlarımın düz olduğunu və bu kimi səbəblər üzündən insanların bu işə qarşı soyuduğunu özünüz başa düşəcəksiniz. Şəbəkə Marketingi çox gözəl və qazanclı bir işdir, lakin düzgün şəraitdə və düzgün formada edildiyi halda, əks halda daima və daima uğursuzluq yaxanızda olacaq.

Fərdi səhvlər üzündən, ümumi sektora mənfi baxmaq olmaz və bu çox böyük bir yalnışdır.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma