İş yoxsa şəxsi biznes? – Çingiz Eyvazov

Bu sual sizləri düşündürürmü? Deməli siz tərəddüd içindəsiniz. Tərəddüdün mənbəyi bir sıra amillərlə qidalanır. Əslində bu heç tərəddüd də deyil bu hamıya çox yaxşı tanış olan CƏNAB QORXUDUR. Bu cənabı çoxlarımız xoşlamırıq amma onun bizlərdən çox xoşu gəlir və çoxlarımızla gələcəyə doğru irəliləyir. Çox insanlar da bu qorxulu CƏNAB-dan ömrünün sonuna kimi çəkinir və onunla açıq-aydın mübarizəyə girməkdən müxtəlif bəhanələrlə yayınırlar. Mən gələcək məqalələrimdə bu CƏNAB-ın üzərində necə qalib gəlməyin üsulları haqqında bəhs edəcəm. Sadəcə niyə qorxu faktorunu məqalədə qeyd etdim, çünki mətləblə birbaşa əlaqəsi var. Amma bu ayrıca mövzudur.

İş yoxsa biznes? (İş və işləməyin mənfi və müsbət cəhətləri haqqında əksəriyyətimiz məlumatlıyıq.) Bu sualı özünə verən insan (ən əsası da söhbət Azərbaycanda yaşayan insanlardan gedir) ilk növbədə nədən çəkinir? Şəxsi biznes ağıla gələndə insan indiki zamanı unudur və başlayır uzaq gələcəyə səyahət etməyə. Çoxlarınız məlumatlısınız ki, uğurlu insanlar sözün əsl mənasında bu günki günlə yaşayırlar. Yəni verdikləri qərarlar bu günki günlə ölçülür, mövcud situasiya və yaxın gələcəkdə yarana biləcək problemlər və onların həlli üsullarını araşdırırlar, kritik situasiya yaranacağı halda isə alternativ yolları düşünürlər. Adı çəkilən insanlar gözəl anlayırlar ki, şəxsi biznesdə uzaq gələcəyi planlamaq nəinki mənasızdır hətta ziyan verə biləcək dərəcədə təhlükəlidir. Niyə təhlükəlidir sualını verə bilərsiniz. Cavabı isə motivasiya rolunu oynayan ilkin yaranan arzularda gizlənir. Çünki istənilən işin və ya uğurun ilkin təməli məhz arzulardı. İnsanın beyni ilk növbədə arzu generasiya edir. Arzu ilk vaxtlarda xarici təsirlərə məruz qala biləcək dərəcədə zəif olur və arzuların müəllifi yəni sizlər tərəfindən qorunmasına böyük ehtiyac duyur. Əgər siz uğurun ilkin forması olan arzularınızı qorumasanız nəticədə sizin motivasiyanız da yox dərəcəsində olacaqdır. İnsan arzu edə bilirsə, deməli ona nail ola bilər ki, beyin bu intellektual məhsulu yaradır. İdeya fiks deyilən anlayış əslində mövcud deyil. Bunun sübutu keçmişlə indiki zamanın müqayisəsidir. Keçmişdə hamıya ideya fiks kimi görsənən maşın, təyyarə və.s. bu kimi xəyallar indiki zamanda gerçəklikdir! Və heç kim 200 il bundan əvvəl heç ağlına belə gətirməzdi ki, bu nə vaxtsa reallığa çevriləcəkdir.

İndi isə gəlin baxaq uğursuz insanların fəaliyyət planına (uzaq və naməlum gələcəyə yönəlmiş fəaliyyət planı): ”Mən əgər bu addımı atsam birdən ziyana düşərəm? “Dövlət orqanları başımı ağrıdacaq!” və sair buna oxşar primitiv suallar bu cür insanlarda yaranır. Bu suallar faydasızdır və hətta ziyan törədən suallardır. Bu kimi suallar insanın beynində yenicə yaranmış və müdafiəsiz qalan arzuları məhv edir. Və nəticədə həmin insan onda qorxu yaradan gələcək perspektivlərinin qoynunda həyatın sərt qanunları qarşısında aciz qalır Bu cür suallara cavab axtarmaqdansa, praktik fəaliyyət planı hazırlamaq daha məqsədə müvafiq olardı.

Əslində hər şey göründüyü qədər mürəkkəb və qorxulu deyil. Şəxsi biznes mütləq surətdə inzibati bina (ofis), katibə, mühasib demək deyil. Şəxsi biznes internetdə də qurula bilər ev şəraitində. Şəxsi biznes intellektual məhsulların yaranmasında da özünü biruzə verə bilər. Dərindən düşünsək buna dair daha çox misallar tapa bilərik. Mənim sözlərimin sübutu Bill Geyts-dir. Unutmayın Bill Geyts ilk komputeri dostu ilə qarajda yığıbdır! Hal-hazırda Forbes jurnalına əsasən o dünyanın ən nüfuzlu insanlarından birisidir. Bu tip misallar çox çəkmək olar. Sizlərdə də bu potensial mövcuddur! Bu potensialı üzə çıxara bilsəniz özünüz hər şeyi anlayacaqsınız. Şəxsi biznesinizin uğurlu olması üçün siz:
Biznes Plan qurmalısınız – biznesinizin fəaliyyət göstərəcəyi sahə;
Təzəcə yaranacaq biznesinizin büdcəsini yaratmalısınız. Bunu siz öz biznes planınızda da əks etdirə bilərsiniz;
Bazarda mövcud olan potensial rəqibləriniz və onların təqdim etdiyi xidmətlərin sizin təqdim edəcəyiniz xidmətlərdən üstün və zəif cəhətlərini bilməlisiniz.
Mövcud bazara daxil olacağınız dəqiq tarixi təyin etməlisiniz;
Hərəkətə keçməlisiniz.

Diqqət etsəniz mən sizin yaradacağınız şirkətin dövlət qeydiyyatı haqqında heç nə söyləmədim. Siz dövlət qeydiyyatından keçmədən belə şirkət yarada bilərsiniz. Bu qanuna zidd deyil. Sadəcə gəlir qazanmağa başlayanda siz bunu etmək məcburiyyətində olacaqsınız. Əks halda nəticə sizlər üçün faciəvi bitə bilər.

İndi isə gəlin şəxsi biznesin mənfi cəhətlərinə toxunaq. Mənfi cəhətləri azdır:
Şəxsi biznes özündə yüksək risk mənbəyini ehtiva edir. Heç kim və heç zaman sizə zəmanət verə bilməz ki, siz biznesinizin sayəsində uğur və çoxlu pul əldə edəcəksiniz;
Sizin fəaliyyətiniz sizin biznesinizin uğur və qazanc ekvivalentidir, yəni nə qədər çox vaxt ayırsanız, nə qədər çox çalışsanız bir o qədər də çox gəlir və qazanc əldə edəcəksiniz. Eyni zamanda sizin biznesinizin inkişafı və onun verdiyi mənfəət sizin uğurunuzun göstəricisidir.
Biznes də gözəllik kimi qurban tələb edir. Siz öz vaxtınızı və enerjinizi sərf etməli olacaqsınız. Bunun əvəzi olacaq ya olmayacaq bunu heç kimi deyə bilməz.

Bu sahəyə addım atanlara isə yalnız uğurlar arzu etmək qalır! Qeyd etmək istərdim ki, bloqumda yalnız nəzəri məqamlar öz əksini tapır. Bütün yazılmış və yazılacaq məqalələrin mövzularına dair ayrı ayrılıqda treyninqlər – praktik məşğələlər keçiriləcəkdir. Bu treyninqlərdə iştirak etmək istəyənlər mənə aşağıdakı qaydada müraciət edə bilərlər:

Adınız, soyadınız:
Özünüz barədə qısa məlumat:
Maraqlarınız və nailiyyətləriniz:
İş yeriniz:(əgər yoxdursa, boş buraxın)
Oxuduğunuz ali təhsil ocağı:(əgər yoxdursa, boş buraxın)
Əlaqə yaratmaq üçün mobil nomrəniz və elektron poçt ünvanınız:

İştirak haqqı və buna dair ətraflı məlumat sizlərə əlaqə saxlananda təqdim ediləcəkdir. Yerlərin sayı məhduddur!

Yuxarıda qeyd edilənləri mənim aşağıdakı elektron poçt ünvanıma göndərə bilərsiniz: chingiz_eyvazov@yahoo.com

Məqalənin müəllifi: Çingiz Eyvazov.

Müəlliflik hüquqları AR-nın “Müəlliflik hüquqları və Patent” haqqında Qanunu ilə qorunur. Müəllifin şifahi və ya yazılı icazəsi olmadan məqalədən şəxsi maraqlar üçün istifadə edilə bilməz. ©

Advertisements

25 comments

  1. Bill Qeyts kompyuter yigmaqla mesqul olmayib. Onun Kompyuter yigmaqla , qarajla elaqesi olmayib 🙂 Insanlara yalnis melumatla vermeyin.
    Bill Qeyts Proqram teminatinin (software) hazirlanmasi, yazilmasi ile mesgul olub. Ilk defe 13 yasinda oxudugu mektebde valideynler klubunda olan kompyuter ucun coxumuzun uwaq vaxti vereq uzerinde oynadigimiz “iks-nolik” 🙂 ( tic-tac-toe ) hazirlayir. Ilk kommersiya meqsedli programi ise 17 yasinda iken Paul Allen ve Paul Glbertle birlikde hazirladiqlari Traff_O_Data programi ((yollarda neqliyyatin hereketini, hereket intensivliyini qeyd etmek ucun program, indi Bakida olan Neqliyatin intelektual idaretme sistemin ilk versiyasi 🙂 )) olur.

    • SINTA fikrine de hormetle yanasiram.

      Bu yazinin meqsedi Bil Qeytsi tanitmaq deyil ilk novbede bunu bilmelisen, ikinci novbede bilmelisen ki,yazida yalnis melumat ola biler, amma bu yalnis melumatin yaninin mezmununa bir ziyani yoxdur. BIL GEYTS komputer yigib mi, yigmayib mi qarajda bilmirem men, amma yazinin faydali yazi oldugundan eminem. Sehv tutmaq yerine, en azindan hormet olaraq deyerlendirsen yazini. Bir yazida sehv tutmagi herkes bacarar, ama gelin ilk novbede siz de bizim kimi bloglar acib, faydali yazilar paylasin, sonra bizde sehv tutun.

  2. Sinta Salam,ilk növbədə təşəkkür edirəm ki, məqaləmi diqqətlə oxumusunuz. Məqaləmdə bəzən mən xırda səhvlər bilərəkdən buraxıram. O elə səhvlər olur ki, mövzunun mətləbini dəyişdirmir. Bunu etməkdə yeganə səbəb odur ki, oxucunu məqaləni nə dərəcədə diqqətlə oxuduğunu üzə çıxarmağa şərait yarana bilsin! Sizin söylədiyiniz tamamilə həqiqətdir ki, Bill Geyts 13 yaşında proqram təminatı yaratmışdır. Amma xırda səhv mövzunun ümumi kontekstini bir zərrə olsun belə dəyişmir. Çünki mövzuda Bill Geytsin həmin istedadını mənim yazdıqlarıma əsaslı tutar kimi gətirmək vəzifəsi ön planda gedir. Sizin diqqətli insan və diqqətli oxucu olmanız təqdirəlayiqdir. Gələcəkdə çıxacaq yeni məqalələrimdə də sizin şərhlərinizi görməkdən məmnun olaram. Diqqətinizə görə təşəkkür edirəm.
    Hörmətlə, ChE.

  3. Kompyuterler, programlar meni daha cox maraqlandirdigi ucun bu sehv melumat menim diqqetimi celb etdi. Burda hormetsizlik etmek fikrim yoxdu. Sadece fikrimi, ve melumatin heqiqete yugun olmadigini yazmiwam.
    Meselen, men eger Affilate ile bagli meqle yazsam ve qeyd etsem ki “Dunyanin en nufuzlu ve boyuk affilate wirketleri EBay, Amazon ve Nenemin Tendiri magazasidi” o deqiqe oz etirazinizi bildirersiz. Cunki “Nenemin Tendiri” magazasinin online affilate ile yaxindan uzaqdan hec bir elaqesi yoxdu 🙂

  4. Hormetsizlik kimi qebul etmeyin , amma, bele anlawilir ki, Nurlan ve Chingiz her ikiniz onlayn qazanc usullarini yaxwi bilirsiz ve inaniram ki yaxwi qazana bilirsiz bu usullarla.

    Sual: Niye blogunuzu pullu domain ve pullu xostinqde hazirlamirsiz?

    Nurlan, artiq 10 gun olar ki, senin bloqunla taniwam ve caliwiram hergun izleyirem, faydali melumatlar yerlewdirirsiz, buna gore tewekkur edirem. Internetde bir nece gun arawdirma etdim, affilate yolu ile mehsullari satanlar, hemin mehsul haqqinda cox EYBECER vebsehife hazirlayirlar. Demek olar ki butun bu nov sehifeler hamisi eynidi, bunun kimi http://cpa-satis.blogspot.com/
    Bunu izah edin de, sayti bele eybecer dizayn etmekde meqsed nedir? Alicilari uzaqlawdirmaq ucun? Shexsen men bele bir saytdan hecvaxt mehsul almaram.

    • Xos sozlere gore minnetdaram.
      Sualinin Cavabi Sinta: Domain ve Hosting pullu isteyirsinizse pullu da edek, lakin mesele orasindadir ki, men sayti yaradanda tez zamanda gunluk ortalama 70-80 nefer arasi (statistika bele gosterir) trafika catacagini bilmirdim,duzdur meqsedim insanlara faydali melumatlar vemek idi, ve bunu da sade bir blog uzerinden etmeyi de daha rahat gordum. Lakin, bele gorurem ki artiq istifadeciler coxaldiqca professional dizayna ve pullu hostinge kecmek mutleq olacaq.

      Sual 2 Cavabi:
      Onlara landing page deyilir, yeni her hansi bir mehsulun sade satis sehifesi, tanitim sehifesi, duzdur mende seninle raziyam ki ciddi gorunmur, lakin hetta maraqlansan gorersen ki Sinta, xaricde bele affiliate landing pageler bu stilde olur hamisi. Hem hazirlamaq asandir, hemde mehsul haqqinda sisirdici (hamisinda yox) yalanlar yazmaga kifayet qeder yer var 😛

    • Aqşin Hüseynov – yaxin adamdi mene, yeni yaxsi tanislardan biridir. O goturub herseyi uzerine, insallah xeyirlisi.
      Mumkunsuz kimi baxma, cunku mumkundur lakin dediyim kimi sistem ozunu dogrultsa ve Azerbaycanda lazimi kutleni yiga bilse ishleyecek ve qazandiracaq bu sistem. Bunu zaman gosterecek.

  5. Yeni dizayn eladi. Ugurlu secimdi, tebrik edirem.
    Ag, Mavi, Yashil rengler esl Biznes, Satish, Maliyye saheleri uchundu. Yani ki istifadecilerde, oxucularda, mushterilerde shirkete qarshi inam, etibar yaradir.

  6. – Kursu Necə Alacam ? Bütün bu mövzuları günbəgün inşallah saytımda yayımlayacağam.

    – Kurs Pullu Olacaq Mı ? Nə indi, nə də gələcəkdə “Abbaszadə Nurlan Online Qazanc Kursu” pullu olmayacaq. İsitfadəçilərə tam pulsuz olaraq veriləcək.

    Burda tezad var. Mence birinci suali deyiwdirmelisen. Cunki, teze oxuyucu bloqun bu boumunu oxuyanda NECE ALACAM ifadesini goren kimi blogdan uzaqlawacaq hech sonraki cumleleri oxumadan 🙂 . Meslen, KURS MATERIALLARINI NECE ELDE ETMEK OLAR?

  7. Yuxarıd yazmısan ki, Müəlliflik hüquqları AR-nın “Müəlliflik hüquqları və Patent” haqqında Qanunu ilə qorunur. Müəllifin şifahi və ya yazılı icazəsi olmadan məqalədən şəxsi maraqlar üçün istifadə edilə bilməz.
    Dostum bu məqaləni sən özün oğramısan. Biznesdən dəm vurursan, fərli başlı bir saytında yoxdu. Sənin kimiləri yalnız fırıldaqla millətdən pul qoparmaq istəyirlər.

    • Qardaş sən heç bloglar arasında link paylaşımı, məqalə paylaşımı görməmisən mi ? ))) Görməmisən və ya eşitməmisənsə buyur bax və gör. Bu məqalə oğurluq olsa Çingiz Eyvazov yazılmazdı müəllifi. Belədə bilmək istəyirsənsə , Çingiz Eyvazov yaxın dostumdur, məqalənində burda yayımlanması özünün razılığı ilə olub.
      Həə, əgər buna oğurluq deyilirsə oğurlamışam ))
      Fərli başlı sayt mövzusu deyirsən qardaş mənə, bax buna ancaq gülərəm ))))) Google-da SEO və Açar sözlərdə ilk səhifələrdə olan saytdır üstəlikdə pulsuz hostingdə ola-ola. Dedim ki birdə biləsən, NURLAN ABBASZADƏ WEB DIZAYNERDI VƏ PROFESSİONAL SAYT İSTƏSƏ ÇOXDAN AÇARDI. SADƏCƏ BLOGGİNG SADƏLİK TƏLƏB EDİR, YADIMDAN ÇIXIB YƏQİN PƏRDƏ FİLAN ASARDIQ VƏYA GÜL FİLAN QOYARDIQ SAYTA. NURLAN ABBASZADƏ HAL-HAZIRDA AZƏRBAYCANDA NÖMRƏ 1 OLAN SAYTLARLA ƏMƏKDAŞLIQ EDİR VƏ ONLARA DİZAYN YIĞIRDI. NURLAN ABBASZADƏ 17 YAŞINDAN WEB DIZAYN OFISI İŞLƏDİRDİ QARDAŞ.
      Nəysə, professional bir şey eləmək istəsək eləmişdik. Nəzərə al ki, bu mənim qeyri-professional işimdir bu cür paxıllıqlar var )) nəbilim, bura Azərbaycandı qabağa gedən hər zaman gözə girir. Saxlıyın saxlıya bilirsizsə, yada keçin keçə bilirsizsə. Mən özümü sübut eləmişəm. Belədə, sizə uğurlar.

  8. When players are knocked around or are consistently making contact with the ground,
    synthetic grass absorbs the energy created by the impact.

    So there are a lot of people to contend with if
    you’re the one holding the ball. The front of the car features signature Buick design cues including a waterfall grille and portholes on the elongated hood.

  9. Nurlan niye paxilliq edirsen ona gore ki bu idea senin aglina gelmeyib ve bunu bil ki xalva xalva demekle hec bir ish asan alinmir her boyuk islerin arxasinda boyuk zehmet durur.Mende bu ideyani tetbiq edenlere ancag ugurlar arzuluyuram….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma