Özünü İnkişaf Etdir (Hissə 2) – Şəxsi İnkişafa Təsir Edəcək Bəzi Saytlar

“Özünüzü inkişaf etdirin və öyrəndikcə öyrənin” keçmiş yazılarımda qeyd edirdim bu cümləni. İnternetdən minlərcə dollar pul qazana bilərsiniz və çox yaxşı bir gəlirə sahib ola bilərsiniz, lakin “ağıllı insan” olaraq yetişmədiyiniz təqdirdə bu maddiyyat sizi uğura deyil, uçuruma doğru aparacaq. Sadə bir misal çəkim: Sizcə niyə 80% hallarda narkomaniyaya qurşanmış insanlar varlı və zəngin insanlar olurlar ? Çünkü əllərində olan maddi resurslardan düzgün istifadə etmirlər, çünkü dediyim “ağıllı insan” forması onlarda formalaşmamışdır. Deyəcəksiniz ki, pul qazanırsa bu insan deməli ağıllı insandır da. Yox, mənim dediyim “ağıllı insan” forması maddi uğura çatmış biri deyildir. Bəs nədir mənim nəzərdə tutduğum bu forma.

Dediyim kimi pul qazanmaq hələ də dediyim formaya çatmaq deyildir. Özünü inkişaf etdirmədən, daima oxuyub öyrənmədən bu formaya çatmaq qeyri-mümkündür. (Sırf öz düşüncələrimi yazıram, razılaşmayanlar ola bilər).
Nəzərdə tutduğum “ağıllı insan” forması budur.
– İşlədiyi sahə üzrə daima araşdıran və yenilikləri öyrənən
– Nə qədər də çox bilsə, öyrənməkdən yorulmayan
– Öyrəndiklərini öyrətməyi bacaran
– Maddi resurslarını düzgün idarə edə bilən
– Şəxsi inkişafına qoyduğu “sərmayəni” daima artıran

Mənimdə saytımda öyrətmək istədiyim məqam, məhz Şəxsi İnkişafdır. Şəxsi inkişafa daima diqqət yetirmənizi istəyirəm, bu sizin bir “ağıllı insan” kimi formalaşmağınızda ən vacib faktordur. Şəxsi inkişafa diqqət böyük olarsa, yuxarıda saytdıqlarım və daha artığı qeyri-ixtiyari olaraq sizdə yaranacaq.

Haradan Başlamalı ?
– Sahənizə uyğun kitablar oxuyaraq
– Sizin sahənizdə uğur qazanmış insanları izləyərək
– Online Kurslara Qatılaraq
və b. yollarla buna başlaya bilərsiniz.

Sonda
Sizə tövsiyyə edəcəyim bəzi saytlar vardır ki, bu saytlardan bəhrələnə bilərsiniz.

1) Cabablar.Net
http://cavablar.net
Bu saytda istədiyiniz sahəyə uyğun suallara, cavablar tapa bilərsiniz. Çox danışmağa ehtiyyac yoxdur, daxil olub baxın.

2) WebOxu.Com
http://weboxu.com/
Azərbaycan İnternet Məkanında rast gəlinə biləcək ən faydalı saytlardan biridir. Blog yazarlarının birləşdiyi bir sayt da demək olar. Müxtəlif yazarlar öz yazılarını bu sayta göndərir və administrasiya qəbul etdikdən sonra saytda yayımlanır. Siz də bu saytdan həm yazıları oxuyaraq məlumatınızı artıra bilər, həm də öz məqalələrinizi göndərə bilərsiniz.

3) XariciDil.Net
http://xaricidil.net/
Rus və İngilis Dillərini online olaraq öyrənməyinizdə çox böyük kömək göstərəcək olan saytdır. Şəxsən özümün istifadə etdiyim sistemdir. 100% məsləhət görürəm bu saytı. Daxil olub özünüz qiymət verərsəniz daha yaxşı olar.

Məhşur bir məsəldə deyildiyi kimi :“Həyat paylaşdıqca gözəldir” 🙂

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma