Azərbaycan Saytlarının Reytinqi Açıqlanıb

Dünyanın tanınmış “Alexa.com” reytinq saytı Azərbaycandan izlənilən ən populyar saytların adını açıqlayıb.

Onların açıqladığı rəqəmlərə görə, azərbaycanlıların ən çox izlədiyi saytların ilk beşliyində “Facebook”, “YouTube”, “Google.az”, “Google.com” və “Mail.Ru” yer alır. İlk 50-yə Azərbaycanın cəmi 23 saytı düşüb. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır.

Digər 8 saytdan üçü əyləncə portalı, ikisi alqı-satqı saytı, ikisi xidmət saytı, digəri isə mobil operatorlardan birinin rəsmi saytıdır.

Məlumat üçün bildirək ki, xəbər resurslarının reytinqində yer alan saytlardan ikisi rusdillidir: “Day.az” və “1news.az”. Biri isə qəzet saytıdır. Xəbər agentliklərindən yalnız ikisi bu siyahıya düşüb: “Apa.az” və “Trend.az”.

Onu da bildirək ki, “Alexa” saytların reytinqini tərtib edərkən, yalnız izləyici sayını deyil, digər nüfuzlu saytların ona istinadını, məlumatlarını paylaşmasını və s. bu kimi amilləri də nəzərə alır. Elə məhz bu səbəbdəndir ki, ölkənin yüzlərlə saytından yalnız çox az qismi sözügedən reytinq cədvəlinə salınıb.

Məlumatın Qaynağı :
http://weboxu.com/blog/2161.html

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma