Çox Soruşulan Suallar – Hissə 1

Online qazanca doğru gedən yolda yeni olan insanların çoxu eyni yerdə, eyni səhvləri edirlər. Bu səbəbdən də, eyni suallar yaranır. Mailimə (və ya Face İbox-a) gələn ismarışların 80%-90% arası eyni suallardır. Bu mailləri tək-tək cavablamaq mənim üçün çətin olduğundan, bütün suallara ümumi olaraq bu yazımda cavab verəcəm.

Sual – Reklam İzləyərək Pul Qazandırsan Saytlardan Hansılarını Məsləhət Görürsünüz ?
Cavab – Mən ümumiyyətlə “Reklam İzləyərək Pul Qazanmaq” deyilən bir şeydən insanları çəkindirməyə çalışıram. Çünkü, bu sistemlərdə reklamı izləyənlər deyil, reklamı verənlər və izlədənlər qazanırlar. Sizin isə nəyinki qazanc, həttə itginiz olur. Çox təəssüf ki zaman və enerjinizi itirmiş olursunuz. Buna görə də, bu sistemin adı gəldikdə belə ciddiyə almayın.

Sual – Survey Saytları İlə Qazanc Necə Olur ? (Survery – Anket Dolduraraq Pul Qazanmaq İşi)
Cavab – Anket dolduraraq aylıq olaraq 1000$ və daha çox qazanacağını düşünən insanlar var, oxuyucularımın arasında. Sizə yalnızca onu deyə bilərəm ki, bir zamanlar məni də belə ümidləndirmişdilər. Bunların hamısı, ticari məqsəd güdən boş ümidlərdir. Şişirtmə və reallıqdan uzaq məsələdir. Tək məqsəd odur ki, anket kitablarının online satışı güclənsin. Yəni, sizin üzərinizdən pul qazanmaq istəyən online quldurluq işidir. Bir-iki nəfər bəlkə bu cümlələrimə görə mənimlə mübahisə edəcək ki, bu bir-iki nəfərdə ayda ildə maillərinə bir-ya iki ədəd 3$-4$ arası anket gələn insanlar olacaq. Türkiyə kimi bir ölkədə, anket maillərə az göndərilir, Azərbaycanda ümumiyyətlə ayda bir anket göndərilə ya göndərilməyə, bu da qalıb onların işlərinə. Deməyim budur ki, ANKET DOLDURARAQ ONLİNE QAZAN MÜMKÜN DEYİLDİR !

Sual – ZİP POSTAL CODE Nədir ?
Cavab – Poctunuzun indexidir. Burada istədiyiniz poçtun indexini yaza bilərsiniz. Lakin məntiqli olardı ki, evinizə ən yaxın poçtun indexini yazasınız. Poçtun özündən soruşarsanız sizə deyəcəklər.
Misal üçün :
AZ 1132 kimi.

Sual – PayPal Hesabımda Olan Pulu Karta Göndərə Bilmirəm. Səbəb ?
Cavab – PayPal hələlik Azərbaycan banklarına ödəmə etmir. PayPal hesabınızda olan pul saxlanılmır, çünkü normal təsdiqlənmiş bir hesab deyilsə pulu saxlamaq və xərcləmək mümkün deyildir. PayPal – da yalnızca pul göndərmək olur Azərbaycanda və ödəmə etmək. Ödəmə qəbulu isə PayPal – da mümkün deyildir.

Sual – Kartla Necə Ödəniş Etməliyəm ?
Cavab – Kartla ödəniş etmək qaydasını bu yaxınlarda saytımda dərc etmişəm. Bu Linkə Klikləyərək öyrənə bilərsiniz.

Sual – Google Adsense reklamlarından aylıq gəlirim var. Bunu necə artıra bilərəm ?
Cavab – Adsense ilə aylıq gəlirinizi artırmaq üçün, ilk növbədə saytınızın məzmununu zənginləşdirməlisiniz. Daha yeni, daha aktual yazılar yazmalısınız. Bundan sonra, reklamların yerlərini dəyişməlisiniz. Bir araşdırma aparın və istifadəçi gözü daha çox saytın hansı yerlərinə yönəlir, daha çox hansı rəngləri xoşlayır, hansı rəng daha çox klik alır bu kimi sualların cavabını tapın və saytınıza tətbiq edin. Mütləq gəlriniz artacaq.

Sual – İnternetdən qazanc üçün hansı bacarıqlar lazımdır?
Cavab – Bunun üçün xüsusi bacarıqlara ehtiyyac yoxdur. İngilis dilini bilməyiniz və azaciq kompüterdən anlayışınızın olması bəs edir. Sadəcə bu sahədə özünüzü olduqca çox inkişaf etdirməlisiniz, hər gün yeni bir məlumat öyrənməli və daima araşdırmalısınız. SCAM – lardan uzaq olmalı və düzgün araşdırma aparmağı öyrənməlisiniz.

Hələlik,suallara cavablar bu qədər. Yeni suallar olduqca, saytda yayımlayacam.

Abbaszadə Nurlan

Advertisements

6 comments

  1. salam məndə bir mudəti bu işlə maraqlaniram və məyən nəticələrdə əldə etmişəm.Baxiram sizde bu işi yaxşi bilirsiz bir sualim var siz özunuz Azerbaycan şəratində bu işdən pul qazana bilirsinizmi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma