Özünü İnkişaf Etdir – Səndə BLOG Yaz

Dünyada bir çox ölkələrdə artıq blog yazmaq 16-17 yaşlı uşaqlar arasında belə çox məhşurdur. Həttə, dərslərini belə blog vasitəsi ilə hazırlayan uşaqlar da vardır. Çox təəssüf ki, Azərbaycanda bu yaş arası gənclərin işi gücü ya Facebookda boş-boş vaxt öldürmək, ya da Çatlarda “fırlanmaqdır”. (Hər yaxşı mövzu haqqında yazarkən, Azərbaycan dedikdə bir mənfi cəhhət çıxmasa artıq təəccüblənərəm :). Bloglar çoxaldıqca, bizim gənclərdə çatlardan yığışmağa başlayar fikrimcə. Ümumiyyətlə, blog yazmanın faydaları çoxdur. Bunlara nəzər salaq.

Blog Yazmanın Faydaları Fikrimcə Bunlardır

1) Məlumatınızı Artırar
Yəni,bir blog yazarısnız və bu blogda müəyyən bir mövzu haqqında yazılar yazaraq paylaşırsınız. Mövzu üzrə oxuyuculara yaxşı yazılar yazmaq üçün, ilk növbədə sizin özünüzün bu mövzu haqqında çox yaxşı məlumatınız, biliyiniz olsun. Buna görə də, daimi olaraq yeni araşdırmalar edirsiniz, mövzunu internetdə izləyir və yeni xəbərləri öz sözlərinizlə siz yazırsınız. Beləliklə, artıq bu mövzu üzrə siz də professionallaşacaqsınız və hər gün yeni bir məlumat alacaqsınız. Oxuyucular professional məqalələr oxuduqca, gələcəkdə bu mövzu üzrə problem olarsa ağıllarına ilk sizin sayt gələcək.

2) Nitqinizi İnkişaf Etdirər Və Yaxşı Bir Yazar Olarsınız
Dama-dama göl olar məsəlini eşitmişik hamımız. Bu cəhhətdən yanaşaq başlığa, yəni gündəlik (ən azı həftədə 3 yazı) yazdıqca artıq danışıq dilindən uzaqlaşmağa başlayacaq və yavaş-yavaş daha gözəl sözlər işlədərək nitqinizi inkişaf etdirəcəksiniz. Hər yeni yazı, sizi daha da professional nitqə doğru aparacaq. Bundan başqa, bildiyiniz məlumatları qarşıdakı insanlara daha effektiv şəkildə çatdıraraq ifadə gücünüzü artıracaqsınız.

3) Prestij Sahibi Olarsınız
Aktual bir mövzuda, yaxşı yazılar yazırsınızsa blogunuzda sözsüz ki, daha çox oxunacaq yazılarınız. Bu isə daha çox trafik deməkdir. Trafikiniz artıqca, tanınan bir yazara çevriləcəksiniz və internet aləmində çox sayda izləyiciləriniz (oxuycularınız) olacaq. Daha doğrusu, sizə inanan, sizə güvənən və sizin haqqınızda “Bu insan deyirsə deməli bir bildiyi vardır ki deyir” tərzində düşünən kütləyə sahib olacaqsınız. Bu çox önəmli bir cəhhətdir online aləmdə.

4) Orfoqrafik Səhvlər Azalar
Sırf öz təcrübəmdən deyə bilərəm ki, blog yazmağa başladıqca çalışacaqsınız ki, yazılarınızda səhvə yol verməyəsiniz. Buna görə də yazılışı sizin üçün müəmmalı olan sözlərin düzgün yazılış qaydasını araşdırıb tapacaq, və yazınızda düzgün formada yazacaqsınız. Bununla həm də bilmədiyiniz orfoqrafik qaydaları da bilmiş olursunuz 🙂

5) Öyrənər-Öyrədərsiniz
Öyrəndikləriniz özünüzə xeyir. Lakin, düşünəndə ki sizin yazılarınızdan faydalanan insanlar var, siz kiməsə nəyisə öyrədirsiniz, kimsə sizdən məsləhət alır, inanın insanın özü fərəhlənir. Bugünkü günümüzdə, Abbaszadə Nurlan – dan kimsə ən xırda məlumatı belə öyrənirsə, deməli əziyyətim yerdə qalmamışdır. Buna görə də, yalnız özünüzü deyil blog yazmaqla başqalarını da düşünməlisiniz. Yazılarınızı özünüzə maddi fayda vermək üçün deyil, insanlara bu yazıdan nəyisə öyrədə bilmək üçün yazmalısınız.

6) Şəxsi İnkişafa Təsir Edir
Yuxarıda qeyd etdiyim bütün başlıqlara nəzər salaq.
– Məlumatınız Artır
– Nitqiniz İnkişaf Edər Və Yaxşı Bir Yazar Olarsınız
– Prestij Sahibi Olarsınız
– Öyrənər-Öyrədərsiniz
– Orfoqrafik Səhvlər Azalar
Sizcə yuxarıda yazdıqlarımızın özü artıq şəxsi inkişaf deyil mi 🙂 Ümid edirəm ki, fikrimi bir cümlə ilə ifadə edə bildim sizə.

Blog yazmağa günü bu gündən başlamalısınız. Heç kim oxumasa belə yazın. Utanmadan, çəkinmədən istədiyiniz mövzuda, istədiyiniz qədər yazın. Çünkü, bunun faydalarından artıq siz də xəbərdarsınız.

http://wordpress.com – saytına daxil olaraq dərhal özünüzə pulsuz bir blog aça bilərsiniz.

Qeyd:
Qızıl Qanun – Yazıları özünüz yazın, heçyerdən “Copy” “Paste” etməyin !

Advertisements

One comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma