CPA Sistemi Qazandırır – +Qeydiyyat İzahı

İnternetdən pul qazanmaq dediyim kimi sadəcə bir yoldan ibarət deyildir. Bu böyük bir okeana bənzəyir ki, biz bu okeanın sadəcə sahilindəyik. Hər gün yeni sistem, hər gün yeni ideya, hər gün yeni qazanc yolları üzə çıxır. Lakin, doğru və sabit qazanc üçün sözsüz ki doğru və etibarlı sistemləri tapmaq lazımdır. Adını çəkdiyim CPA (Cost Per Action) sistemi də bu yollar arasındadır. Nədir bu CPA sistemi ?

CPA (Cost Per Action) Nədir ?
Açıqlaması Cost Per Action olub, hər hansı bir hərəkət başına sizə pul qazandıran online qazanc sistemidir. Daha da açıqlarsam:
Sizin vasitənizlə hansısa bir sayta üzv olan və ya o saytdan nəsə alan insan sayına görə, sizə veirlən qazancdır.

CPA Hissələri
1) CPA Şəbəkəsi (Network)
2) CPA Şəbəkəsinə Reklam Verən Sayt, Məhsul Sahibi (Vendor və ya Advertiser)
3) CPA Üzvləri Yəni Siz (Publisher)

Hər hansı bir məhsulunun reklamını başlatmaq istəyən bir məhsul sahibi, CPA Şəbəkəsinə məhsul sahibi (Vendor və ya Advertiser) olaraq üzv olur. Onun məhsulunun saytında qeydiyyatdan keçən hər bir insan üçün CPA Şəbəkəsinə müəyyən qədər pul ödəyəcəyini qeyd edir. CPA Şəbəkəsi də öz növbəsində bunu üzvlərinə (yəni sizlərə,publisherlərə) reklam edir və reklamında göstərir ki, bu sayta sizin tərfinizdən qeydiyyat edilən hər bir kəs üçün sizə müəyyən qədər pul ödəyəcək. Deməli:
– Məhsul Sahibinin məhsulu reklam edilir, və kütlə yığılır.
– CPA Şəbəkəsi məhsul sahibindən pul qazanır.
– Üzvlər isə CPA Şəbəkəsindən pul qazanır.

Bir misal çəkərər, daha da aydın izah edim. Misal Üçün:
Sağlamlıq məhsulları satan bir firma, yeni çıxan bir məhsulunu online reklam etmək üçün və bu məhsula müştəri kütləsi yığmaq üçün CPA Modelini seçir. O CPA Şəbəkəsinə, yeni məhsulun saytında qeydiyyatdan keçəcək hər bir nəfər üçün 4$, hər satış üçün isə 25$ ödəyəcəyini deyir. CPA Şəbəkəsi bu reklamı qəbul edir və üzvlərinə (sizlərə) onların vasitəsi ilə saytda qeydiyyatdan keçəcək hər bir nəfərə görə üzvlərə 1$, hər satışa görə isə 12$ ödəyəcəyini deyir. Beləliklə,
– Üzvlər gün ərzində 10$ istifadəçi qeydiyyat edərsə öz linkləri vasitəsi ilə, gündəlik 10$ qazanları olur. (Hələ satışları saymadım :))
– Gündəlik bir kompaniya üçün, bir üzvdən yalnızca qeydiyyat başına, CPA Şəbəkəsinin 30$ qazancı yaranır. (Üzv sayının və kampaniyasının sayı bilinmir, yəni çoxdur)
– Məhsul sahibinin, müştəri kütləsi artır və bu brendə daimi alıcılar meydana gəlir. Media reklamlarından qat-qat ucuz başa çıxır bu reklam məhsul sahibi üçün. Buna görə də, hər 3 tərəf razı qalır.

CPA İlə Addım-Addım Online Qazanc
Addım 1 – İlk növbədə bir CPA Şəbəkəsinə üzv olursunuz.
Addım 2 – Paneldən istədiyiniz bir reklam kampaniyasını seçirsiniz.
Addım 3 – Saytın sizə verdiyi xüsusi Affiliate Link vastisi ilə istifadəçini sayta yönləndirirsiniz. İstər qeydiyyatdan keçər, istərsə də satış edər.

CPA Xüsusiyyətləri
CPA ilə Affiliate Marketing sistemi demək olar ki eynidir. Lakin CPA – nın ən böyük üstünlüyü odur ki, satış olmasa belə sadə bir formu dolduraraq qeydiyyatdan keçən hər insan sayına görə də pul verir. Lakin, Affiliate Marketing – də satış olmasa pul da yoxdur. Aşağıdakı şəkildə, CPA Qeydiyyat Formuna bir nümunə gətirmişəm.

Şəkildə sadə CPA qeydiyyat formunu görürsünüz. Sizin affiliate linkinizə klikləyərək şəkildəki sayta yönləndirilən istifadəçi, soldakı formu doldurduqdan sonra sizə dərhəl vəd edilən pul ödənilir.

CPA Şəbəkəsinə Üzvlük
CPA Şəbəkələrinə qeydiyyat olmaq üçün ilk növbədə bir sayta ehtiyyac vardır. Saytsız da olur, lakin professional şirkətlərə qəbul olmaq üçün sayt önəmlidir.
Bu sayt hansı xüsusiyyətlərə malik olmalıdır ?
Sayt ingilis dilində olmalı, daimi olaraq yazılar yazılmalı və bir kategoriyaya aid sayt olmalıdır. Qarışıq kategoriyalara aid sayt olmamalıdır. Misal üçün, ingilis dilində sağlamlıq kategoriyasına aid sayt (blog) aça bilər və daimi olaraq yazılar əlavə edə bilərsiniz. Blogunuza əlavə etdiyiniz yazıları isə özünüz yazmalısınız. Blogunuzun yazıları 30-a çatdıqdan sonra CPA Şəbəkəsinə qeydiyyat ola bilərsiniz. Çünkü, CPA Şəbəkələrinə qeydiyyat o qədər də asan deyildir və hamını qəbul etmirlər. İngilis dilində və sırf eyni kategoriyada olan bir blog mütləqdir. İngilis dilini mükəmməl bilən insanlara 100% tövsiyyə edirəm bu sistemi və bu insanlara qazanmaları üçün lazimi köməyi etməyə də hazıram. Hal-hazırda 350 – dən çox CPA şirkəti vardır. Lakin, bunların arasından ən professionallarına qeydiyyat olmaq lazımdır. Azərbaycan şəraitində bu hamı üçün uyğun deyil, lakin dediyim kimi ingilis dilini mükəmməl bilən və sayt yaratmağı bacaran insanlar üçün o qədər də problem olmaz.

Bu yazım bu qədər. Bundan sonra da, CPA sistemi haqqında yazılarımın ardı olacaq.

Abbaszadə Nurlan

Advertisements

15 comments

    • Salam.
      Hevesden dushmeyin, arasdirmalariniza davam edin ve bir gun duz yere gelib cixacaginizdan emin olun. Tebii ki, her ziyanda hevesden dushmek evezine, netice cixartsaniz ugura catacaqsiniz.

      Sizin sualiniza qaldiqda ise, ayri bir muhitde ayri cur cavablandiraram inshallah 🙂
      Esas onu bilin ki, qazancim bu blog uzerinden deyil ve blogumda kimlerese neyise satmaga calishmiram 🙂

      Mesleet olaraq da deyim ki, blogu izlemeye davam edin, faydali olacagindan emin ola bilersiniz 🙂

      Sonda bir sualim var: Hansi sistemle calishirsiniz ve hansi qirilmalar olur ? Buyurun muzakire edek

  1. Diqqetiniz ucun minnetdaram.Bilirem ki qazanmaq mumkundur ancaq sermaye qoymaga risk etmek istemirem.Blogunuzu izlemeye davam edecem mutleq hetta layihede de istirak etmek isterdim.Qaldi ki qirilmalara Ilk evvel reklam izlemekle pul qazanmaga basladim ancaq 1 dollari kece bilmedim halbuki sayt 100 dollar olduqdan sonra pulu cixarmaga imkan verirdi ve sonra imtina etdim.Sonra referallarla pul qazanmaga basladim ancaq sonda melum oldu ki pulu odemir sayt.Affilate basladim ancaq yari yolda qoydum.Qeliz isler kimi gorundu ancaq bilirem ki qazananlar var

    • Umumiyyetle bele deyim, online qazanc elde eden insanlarin hecbiri bashlayan kimi qazanmamiwdirlar. Ziyana hami ugrayir ve herkes pul yandirir. Men bele addimlara bolerdim ugura geden bu yolu :
      1) Arashdirmaq
      2) Pul Yandiraraq Ziyana Ugramaq – SCAMLAR
      3) Pul Yandiraraq Ziyana Ugramaq – BUX SISTEMLERI
      4) Pul Yandiraraq Ziyana Ugramaq – Mail oxu, reklam izle, anket doldur ve.s
      5) Netice cixartmaq
      6) Yene Arashdirmaq
      7) Duz yolu tapmaq ve azaciq qazanmaga bashlamaq
      8) Sebr Etmek Ve Duzgun Ishlemek
      9) Ozunu inkiwaf etdirmek ve qazanclari artirmaq
      10) Ishinin herterefli professionalinca cevrilmek

      Yuxarida saydiqlarimi sirf oz tecrubemden deye bilerem, duzdur hele mueyyen merheleler var ki elave ede bilerik bura, amma dediyim kimi arashdiran ve hevesden dushmeyen insan ve birazda sebr etmeyi bacaran insansansa UGUR QAZANACAQSAN 🙂 Yeter ki iste ve hereket et, sen uguru deyil de ugurun gelib seni tapdigini goreceksen 🙂

      ve birde bu yazimi oxumagini meslehet gorurem:
      https://abbaszadehnurlan.wordpress.com/2012/05/10/internetdən-pul-qazanmaq-aldanmaq-olmaz/

      • Tamamile destekleyirem.ya bu ise girmeyesen ya da axira kimi gedesen.heyif ki o yazini aldandiqdan sonra oxumusam.Sistemli melumatlar ucun minnetdaram.Inaniram ki tezlikle online pul qazanacam)

  2. InsALLAH. Dediyim kimi hevesden dushme ve blogu da izle 🙂 Bayaq qeyd etmisen ki, sermaye qoymaga risk etmirem. Online pul qazanmaq bir biznesdir ve bilirsen ki biznesde de risk olmalidir.
    Bax tutaq ki, elinde 100$ sermayen var bunu risk edib yatirmirsan onda 2 hal bash vere biler.
    1) Yatirmayacaqsan – onsuzda o pul bir gun xerclenecek. Netice ise hecbir elave gelir getirmeyecek.
    2) Yatiracaqsan – YA UDACAQSAN, YA DA BIRINCI EHTIMAL.

    Yenin , yuxaridaki birinci ehtimal her zaman var, yatirdigin halda da yatirmadigin halda da. Ferqli olan , yatirib UDACAGIN ehtimalidir. Yeni her iki halda da, ziyana ugramiw sayilmirsan, cunku dediyim kimi sermayeni qoysanda qoymasanda, birinci ehtimal hemiwe kecerlidir 🙂

  3. Bosh-Bosh Seylerdi deyir facebook ka meni elave et nebilim sayitima gir orda etrafli deyim yadda saxlayin o dediyi yere girsez o pul qazanir siz yox, bosh yere sizi get gele salacaq o bele seylerle pul qazanir ona xeyir gemeseydi seherden axsama kimi sizle vaxt itirmezdi.

  4. 1) Mənə bu blogdan heç bir maddi xeyir gəlmir.
    2) Qazanclarım məni qane edir, yəni sənin qazanmadığını qazanıram internetdən !!!! Başa düşürüəm səni 😀
    3) Deyirem facebook – a daxil olun orda danışaq ətraflı telefonda heçkimə heçnə demirəm. OOOO əgər facebook – a siz girəndə mən pul qazansaydım Mark Zuckerbergi keçmişdim artıq.
    4) “O” deyil adım Nurlan soyadım Abbaszadədir !!!!
    5) Sənə iş həyatında uğurlar.

    Nurlan Abbaszadə !!!!!

  5. Ceyhun senin yazdigini oxudum gulmeyim geldi :)) Kimlerse Nurlanin facebooku dostuq elave olununda, ya da kimse bu blogdan yazi oxuyanda Nurlana 1 qepik pul da getmir.

    Cox adamlar var ki internetden pul qazanmaq isteyir, amma bilmir nece, hem vaxtini itirir, hem de ki pulunu. Nurlanin meqsedi bu kimi adamlari biliklendirmekdir. Men ozum (menim kimi de minlerle insan var ) bir cox firildaq saytlarda vaxt ve pul itirmisem, yalniz saytin admini kullu miqdarlarda pullar qazanirdi. Bu kimi firildaq saytlar istemezdim ki, saf insanlarin pullari ve vaxtlari hesabina pul qazansin. bu blog saytinda yazilari oxuyuram, melumat baximindan bizler ucun cox YARARLIDIR!

  6. Ceyhun yazdiqlariniz cefengiyatdir, Eger bow weylerdise, niye o zaman siz Nurlanin bloqundaki movzulari izleyirsiniz ve oxuyursunuz? Bir wey deye bilerem ki, sizin bu iwlere simpatiyaniz var, sadece olaraq ne ise sizi qiciqlandirir. Sebebini yeqin ozunuz yaxwi bilersiniz. Insanlarin eziyyetlerini acilamaq, kimise yalanci ve ya deleduz adlandirmaq ucun ilk novbede bunu esaslandirmaginiz lazimdir. Nurlan burada sadece informativ meqaleler yazir ve hec kimi hec bir iwe devet etmir. Devet etmek fikri olsaydi basqa metodikalardan istifade ederdi, yeqin 🙂 .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma