Texniki Mövzular > Dərs 3 – Domain Və Hosting Necə Alınır ?

Dərslər öz qaydasında olaraq davam edir. Online qazanc əldə etmək üçün, domain və hosting mütləqdir. Domain və Hosting – in nə olduğunu bildiniz. İndi isə, domain və hosting necə alınır ondan danışım. İlk öncə onu bildirim ki, alış qaydası iki cür olur. İstər, online olaraq, istərsə də bu işlə məşqul olan yerli firmalardan ala bilərsiniz.

1) Online Olaraq Alış
Online olaraq domain və ya hosting almaq üçün ilk növbədə bir plastik karta (müəyyən bir bankdan) ehtiyyac vardır. Ödəmə plastik kartla olacağı üçün bu mütləqdir.
Xarici şirkətlərdə domain və hosting qiymətləri yerli şirkətlərə nisbətən qat-qat aşağıdır. Buna görə də, online olaraq sifariş sizə maddi cəhhətdən sərf edir.
Alış Qaydası
Sizlərə tövsiyyə edəcəyim iki sayt vardır ki, bu saytlar həm güvənli, həm də cəld işləyən saytlardır.
1) Name.Com – Bu şirkət çoxdandır fəaliyyət göstərən bir şirkətdir. Müştərilərinə (mən də bu müştərilər sırasındayam) çox böyük əhəmiyyət verir və istər ödəmə zamanı, istərsə də ödəmədən sonrakı dövrdə heç bir problem yaratmır. http://name.com saytına daxil olaraq istədiyiniz domain və ya hostingi ala bilərsiniz. Almaq istədiyiniz domain və hostinigi seçdikən sonra lazimi məlumatları qeyd edirsiniz. Bundan sonra, ödəmə səhifəsinə yönləndiriləcəksiniz. Kartın məlumatlarını daxil edərək ödəmənizi edirsiniz. 5-10 dəqiqə sonra e-mailinizə bütün lazimi məlumatlar gəlir.
2) GoDaddy.Com – Bu şirkətdə yuxarıda adını çəkdiyim şirkətə aid olan bütün xüsusiyyətləri özündə saxlayır. Etibarlı, güvənli və problemsiz şirkətdir. Lakin, bir üstünlüyü vardır ki müxtəlif vaxtlarda müştərilərinə (eyni zamanda bu şirkətində müştərisiyəm) çox yaxşı dərəcədə endirimlər edir. Həttə, bir qiymətə 2 domain adı belə ala bilirsiniz bu endirim zamanı. Şirkətin ünvanı: http://godaddy.com

P.S – Bu şirkətlərin saytları İngilis Dilindədir. Sifariş zamanı dəstək və köməyə ehtiyyacınız olarsa mənimlə əlaqə saxlaya bilərsiniz.

2) Yerli Şirkətlərdən Alış
Yerli şirkətlər siyahısında indiyənə qədər çalşdığım 2 şirkət vardır. Azərbaycan şirkətləri haqqında o qədər də çox danışmağa ehtiyyac yoxdur. Hərşeyi saytda öyrənə bilərsiniz. Şirkətin saytında daxil olaraq bütün məlumatlarla tanış olun. Bunlar aşağıdakılardır:
1) Azerilinux.Com – http://azerlinux.com
2) Qeydiyyat.Com – http://qeydiyyat.com

Domain və Hostingin alış işlərini hər bir istifadəçi bacara bilər. Buna görə də, video və ya şəkilli dərsə ehtiyyac duymadım. Lakin, yenə də hər hansı bir problem yaranarsa mənə müraciət edə bilərsiniz.
E-MAİL: Nurlanabbaszadeh93@gmail.com

Qeyd: Yuxarıda adlarını çəkdiyim bütün şirkətlər şəxsən mənim tərəfimdən yoxlanılmış şirkətlərdir. Tam əminliklə bu şirkətlərə müraciət edə bilərsiniz.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma