Kartla Online Ödəniş Qaydası (Şəkilli İzah)

Azərbaycan bu mövzuda hələ o qədər də inkişaf etməyib. Xarici ölkələrdə insanların yarısından çoxu bütün ehtiyyaclarını online olaraq sifariş verərkən, ölkəmizdə bunun necə edildiyini bilməyənlər də var. Hətta bilməyən insanlar bir qırağa, buna “fırıldaq və yalan” düşüncəsi ilə baxan insanları da görürəm :). Düşünürəm ki, bunun səbəbi insanımızın plastik kartlardan online olaraq çox az istifadə etməsi və qıraqdan eşitdikləri çox məlumatı bu mövzuya tərəf yönləndirməsidir. Bir nəfər fırıldaq bir şirkətə ödəmə edir və pulu yanırsa, bu mövzu haqqında bilməyən birinin yanında danışır və nəticədə insanlarda kartla online ödəmələrə qarşı soyuq fikirlər yaranır. Şəxsən öz təcrübəmdən qaynaqlanaraq deyirəm ki, bu kimi söhbətlər var və çox şahidi olmuşam. Keçək yazımıza.

Hər hansı bir saytda online ödəniş edən zaman istifadəçilərdən aşağıdakı 4 məlumat tələb edilir.
1) Kartın Nömrəsi
2) Kart Sahibinin Adı
3) Etibarlı Olduğu Tarix
4) Authorized Signature (CSC)

Kartın Nömrəsi
Hər bir karta uyğun onun 16 rəqəmli nömrəsi vardır. Kartın üzərində qeyd edilmişdir. (Şəkilə Bax)

2) Kart Sahibinin Adı
Kartın üzərində bu kartın kimə məxsus olduğu qeyd edilmişdir. Online ödəniş zamanı, kartın üzərində necə yazılıbsa ödəniş platformuna da elə yazılmalıdır. (Şəkildə Qeyd Olunduğu Kimi)

3) Etibarlı Olduğu Tarix
Kartı bankdan sifariş verən zaman, 1,2,3,5 illik və.b istəyinizə uyğun olaraq neçə il müddətinəsə sifariş edirsiniz. Son istifadə oluncağı gün kartın üzərində qeyd edilir. Bu da kartın etibarlı olduğu tarix olaraq götürülür. (Şəkildə Qeyd Etmişəm)

Yuxarıdakı şəkildə etibarlı olduğu tarix 07/08 olaraq qeyd edilmişdir. Bu o deməkdir ki, bu kart 7 – ci ay 2008 ci ilə qədər etibarlıdır. Daha açıq desəm, 2008 – ci il İyun ayının 30 – dan etibarən kart etibarsızdır.

4) Authorized Signature (CSC)
Bu məlumat kartınızın təhlükəsizliyi üçün vacibdir. Online ödənişlər zamanı tələb olunur. Hər bir kartın arxasında, Authorized Signature yazılan bölümdə qeyd olunur. 3 rəqəmdən ibarət olur. (Aşağıdakı Şəki Nümunə Olduğu Üçün Sıfırlardan İbarətdir)
Şəkilin Üzərinə Kliklə Böyüt

Və Nəticədə

Online Ödənişlər zamanı lazım olacaq bütün məlumatlar bunlardır.

Qeyd:
Bu məlumatları hər bir kart sahibi yalnız və yalnız özündə saxlamalıdır. İkinci bir şəxslə bölüşməməlidir. Ödəyəcəyiniz şirkət etibarlı olduqca, bu ödənişlərdən narahat olmağa dəyməz. Çünkü, Visa və MasterCard dünya səviyyəsində tanınan şirkətlərdir və bu şirkətlər indiyə kimi bir müştərisini aldatmamışdır. Aldadan sadəcə, fırıldaqçı insanlardır.

Abbaszadə Nurlan

Advertisements

3 thoughts on “Kartla Online Ödəniş Qaydası (Şəkilli İzah)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma