Texniki Mövzular > Dərs 2 – Hosting Nədir ?

Sizə anlatdığım üsullarla internetdən pul qazanmaq üçün bir sayta ehtiyyac böyükdür. Eyni zamanda sayta sahib olmaq üçün də domain və hosting zəruridir. Domain – in nə olduğunu ötən dərsdə oxuyuculara izah etmişdim. Oxumayanlar buraya klikləyərək oxusunlar. Bu dərsdə isə, hosting anlayışını izah edəcəm.

Hosting Nədir ?
İlk Öncə Sadə Dillə İzah Edim :
Domain adını aldıqdan sonra bu domaini bağlayacğınız bir hostingə ehtiyyac vardır.
Hosting – saytınızda olan scriptlər, səhifələr, şəkillər, yazılar, kodlamalar və bir sözlə saytınızda olan hərşeyin yığıldığı bir bazadır. Bu baza boş olarsa saytınız da boş olar, və ya əksinə.

Saytınızda olan bütün faylların, internet istifadəçilər tərəfindən istifadə oluna biləcəyi bir kompüter lazımdır. (evinizdəki kompüter ola bilməz bu)
Bu komputer rolunu isə “Web Server”lər oynayır.
Web Server – sayta aid faylları saxlayan və internet istifadəçilərinin ixtiyarına buraxan kompüterlərə deyilir.
Hosting – Web Serverlərin hər bir sayt üçün özündə açdığı və sayta aid faylları saxladığı bir qovluqdur.

Hosting Necə İdarə Olunur ?
Hosting aldığınız şirkət tərəfindən sizə “CPanel (Control Panel)” verilir ki, bu panel vasitəsi ilə hostingi idarə edirsiniz. Bundan başqa, saytınıza hər hansı bir scripti (WordPress, DataLifeEngine, Joomla və b.) yığmaq üçün FTP (FileTransferProtocol) – ə ehtiyyacınız vardır. FTP vasitəsi ilə qovluğa asanlıqla daxil ola bilər və saytı idarə edə bilərsiniz.

P.S – Domain və Hosting bir-birinə bağlanmadan sayt aktiv vəziyyətinə gəlmir. Bu barədə isə növbəti dərsdə.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma