Yeni Xəbərlər Var – Online Qazanc Layihəsi


Bir öncəki yazımda Online Qazanc Layihəsi haqqında danışmışdım. O yazını buraya klikləyərək oxuya bilərsiniz. İndiki yazımda isə, yeniliklərdən bəhs etmək istəyirəm bu yazımda. Bu layihəni gücləndirmək üçün əlavə olaraq işlər aparılır hal-hazırda…

DAHA BİR SAYT HAZIRLANIR !
Daha güclü, daha yeni scriptlərlə, daha gözəl və professional dizaynda sayt açılacaq. TAM Məxfi bir sayt olacaq bu sayt ! Yalnız iştirakçılara açıq olacaq sayt.

Sayt Nə Üçün Lazımdır ?
Demişdim ki, layihədə iştirak edəcək olan insanlara dərslər keçiləcək və layihəni tam anlamaları və sərbəst işləyə bilmələri üçün yol göstəriləcək. Bu dərsləri öz saytımda yayımlamaq düzgün deyil, çünkü layihədə iştirak etməyəcək insanların bu dərsləri görməsini istəmirəm. Buna görə də, yaradılacaq bu platformda inşallah bütün dərsləri sıra ilə görəcəksiniz və qazana gedən yolu addım-addım izah edəcəm.

Məxfilik
Lakin sayt yalnız və yalnızca layihədə iştirak edən insanlar üçün açıq olacaq, yəni iştirakçılara özəl olaraq istifadəçi adı və şifrə verəcəm ki, onlar bu məlumatlarla daxil ola bilsinlər sayta.
Bu nə üçündür ?
Layihədə iştirak etməyəcək insanlara bu xidmətlər göstərilməsin deyə, yalnız iştirakçılara panelə giriş icazəli olacaq.

Dəstək
Layihə iştirakçıları həm e-mail ilə, həm də platformda yerləşdirəcəyim xüsusi “ismarıc göndərmə” üsulu ilə suallarını verə biləcəklər. Bundan başqa iştirakçılar üçün sərmayələrinə uyğun “uğura aparan xəritə” tərtib etmək və online webinarlar təşkil etmək də var planlarımda.

İştirakçılar və Seçim
Layihədə iştirak edən insanların sayını 25-30 nəfər arası olmasını gözləyirəm. Düzdür, günü bu gün bu qədər istək var, lakin bu insanların arasından seçim etdikdən sonra layihəyə start verəcəm.
Seçim nəyə əsasən olacaq?
Seçim e-mail vasitəsi ilə online danışıqlardan sonra olacaq. Seçiləcək olan insanların adlarını isə sonda saytda açıqlayacağam.

Hələlik bu qədər. Yeni xəbərlər olduqca saytda yayımlayacağam.
Abbaszadə Nurlan

Advertisements

2 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma