Texniki Mövzular > Dərs 1 – Domain Nədir

Bu vaxta qədər çoxlarınızın internet mühitində bir saytınız olub yəqin. Çünkü, son dövrlərdə (son 3-4 il) bloglar daha da məhşurlaşmışdır və hər kəs özünə pulsuz bir blog aça bilər. Lakin, pulsuz saytların açılması hər nə qədər də müsbət bir hal olsa da, bunun da mənfi cəhhətləri vardır. İlk olaraq bunu qeyd edim ki, bütün panellərin istifadəçilərə hazır və pulsuz olaraq verilməsi, istifadəçilərin işlərini nə qədər asanlaşdırsa da, onlarda olan “öyrənmək həvəsini” bir o qədər azaldır. Hətta, elə insanlar tanıyıram ki, saytları var lakin domain nədir bilmirlər. Bəs “Domain Nədir ?”

Domain Nədir ?
Domain sizin saytınızın internetdəki adı və adresidir. Yəni, saytınıza gedən yoldur. İstifadəçilər, bu adres vastəsi ilə sizin saytınıza daxil olurlar.
Misal üçün : Mənim saytıma daxil olmaq istəyən istifadəçilər “http://abbaszadehnurlan.info” yazaraq daxil olurlar. Deməli, mənim domainim “http://abbaszadehnurlan.info” dur.
Nəticə olaraq,
Domain – hər hansı bir saytın web brauzerdəki adresi, sayta gedən yoldur.

Domain Tipləri
Domainlər müxtəlif olurlar. Bunlar həm sonluqlarda, həm mənalarda, həm də məqsədlərdə fərqli olurlar. Hər domainin, öz mənası vardır. Bundan başqa domainlər “Ölkə Domaini”, “Beynelxalq Domainlər” “Şəxsi Domainlər” “Xüsusi Qurum Və Statusa Malik Domainlər”və b. kategoriyalara da bölünür. Bunların bəzilərinə misal çəkim.

Ölkə Domaini Olaraq
.az – Azərbaycan Respublikasinin domaini
.ru – Rusiyya Federasiyyasının domaini

Beynəlxalq Domainlər
.com – Ticarət təşkilatları (commercial)
.net – İnternet təşkilatları (network)
.org – Hər hansı bir qazanc məqsədi güdməyən təşkilatlar (organisation)

Xüsusi Qurum Və Statusa Malik Domainlər
.edu – Təhsil təşkilatları (education)
.gov – Dövlət təşkilatları (government)
.mil – Hərbi təşkilatlar (military)
.ac – Akademiya təşkilatları (bəzi ölkələrdə “edu” işlədilir)

Şəxsi Domainlər
.info – Daha çox fərdi saytlar tərəfindən seçilir.

Yuxarıda domainləri kategoriyalarına görə bölünməsini yazmışam. Elə anlaşılmasın ki, domain seçimi sırf olaraq kategoriyasına görə olmalıdır. Yox. Misal üçün :
.com domaini ticarət təşkilatları üçün nəzərdə tutulmuşdur, lakin bu o demək deyil ki hər hansı bir fərdi şəxs bu domaindən istifadə edə bilməz. Bəyəndiyim halda,mən də
http://abbaszadehnurlan.com və ya http://abbaszadehnurlan.az domainlərini ala bilərəm. Yəni, domain seçimi azaddır.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma