Təməl Mövzular > Dərs 4 – Ovçu Strategiyaları

Bu dərs online pul qazanmaq kursu (Abbaszadə Nurlan) daxilində yeni dərs sayılsa da, sayt daxilində əvvəlki yazılarımımın arasında vardır. Sırf E-Kurs üçün dərslərin sırasının pozulmaması üçün bu dərsi bilməyənlər öyrənəcək, bilənlər isə daha da möhkəmləndirəcək. Affiliate Marketing ilə online pul qazanmaq üçün 2 yol vardır. Biri “ovçu”, digəri “əkinci” strategiyasıdır. Bu dərsdə isə ovçu strategiyalarından bəhs edəcəm, daha doğrusu bu strategiya nədir onu izah edəcəm.

Ovçu olaraq online qazanc əldə etmək istəyən insanlar qısaca desək bu addımları yerinə yetirir:
1) Niche Məhsul seçərlər (Niche – Çox Qazandiran və satılmağa uyğun olan bir məhsul)
2) Ödənişli Reklam kampaniyası başladırlar (Google Reklamı kimi)
3) Reklamın məhsuldarlığını test edirlər (Məsələn; 10 AZN reklam ilə nə qədər qazandığını ölçər, 10 AZN ilə 20 AZN qaanırsa, buna görə sərmayə edər, qazanc onu təmin etməzsə başqa məhsul seçər)
4) Reklam testlərinin sonunda ən çox qazandıracaq məhsulu taparlar və test reklamı deyil əsil reklam kampaniyasını başladarlar.
5) Sonra gündəlik işlərinə baxarlar. Reklam yayınlandıqca, qazanc əldə edərlər.

Affiliate Marketing ilə Ovçu olaraq pul qazanmaq kimlər üçün sərfəlidir ?
1) Əlində biraz sərmayəsi olan insanlar üçün; çünkü bu sərmayə test reklam kampaniyası üçün lazım olacaq.
2) Yenə sərmayəsi olan insanlar üçün; çünkü test reklam kampaniyasından razı qaldıqdan sonra, əsil reklam kampaniyasına start verəcəklər və bu zaman sərmayə tələb olunacaq.
3) Gündə bir dəfə reklamlarına nəzarət etmək üçün 1 saat və daha çox vaxt ayıra biləcək insanlar üçün.

Ovçu olmanın mənfi cəhhətləri hansılardır. Bunlara baxaq:
1) Əlində sərmayəsi olmayan insanlar ovçu olaraq internetdən pul qazana bilməzlər. Sərmayəsiz olmaz yəni.
2) Gündə bir dəfə reklam kampaniyasını lazım olarsa düzəltməlisiniz, reklama nəzarət çox çaşdırıcıdır.
3) Reklamlar bəzən aldadıcı da ola bilir. Misal olaraq, ilk 70 klikləmədə 3-4 dənə satılan məhsul, digər 70 klikləmədə heç satılmaya bilər. Buna görə də, nəzarət mütləqdir.

Ovçu olmanın müsbət cəhhətləri hansılardır ?
1) Sıfırdan başlamış olsanız belə, pulunuzu 24 saat ərzində 2 qat artıra bilərsiniz. Uğurlu reklam kampaniyası daima qazandırır.
2) Daha çox qazandıqca sərmayəniz artacaq. Sərmayəniz artıqca da, reklamlarınız artacaq, reklamlarınız artıqca isə qazancınız artacaq. Daha da aydın desək, ovçu olaraq online qazanc sərmayə artıqca daha çox artır.

Azərbaycan daxlində Ovçu olmaq nə kimi yaxşıdır ?
Əlində sərmayəsi olan və online qazanc üçün ovçu strategiyalarından istifadə etmək istəyənlər İngilis Diilni bilən insanlar olmalıdır. Bunun üçün Xarici Affiliate Networklara qeydiyyat olmaq və uzun araşdırmadan sonra çox satıla biləcək bir məhsul taparaq o məhsul üçün test reklam kampaniyası başlatmalarını və test reklam kampaniyasından razı qalarlarsa əsil reklam kampaniyasını başlatmalarını məsləhət görə bilərəm.

Affiliate Marketing barədə heçbirşey bilməyən və təzə öyrənməyə başlayan insanlara ovçu strategiyalarının heç birini məsləhət görmürəm. Çünkü;
1) Reklam vermək, nəzarət etmək ciddi işlərdir. Bunları yaxşı öyrənmək lazımdır.
2) Bilmədən başlayarsanızsa, əlinizdə olan sərmayəni itirəcəksiniz. Buna əmin olun.

Abbaszadə Nurlan

Advertisements

4 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma