Təməl Mövzular > Dərs 3 – İşinizi Psixoloji Qəbul Etmək

Birinci və ikinci dərsləri oxudunuz. Sıra üçüncü dərsdədir. Online pul qazanmaq üçün bildiklərinizi etməyiniz yetməz, hərşeyi nə qədər də düzgün yerinə yetirsəniz, müəyyən bir nöqtədə, müəyyən bir problem çıxa bilər və bu sizi bir xeyli həvəsdən sala biləcək situasiyadır. Bu situasiyalarda, bu vəziyyətlərdə yalnızca işini qəbul etmiş bir e-marketer ruhdan düşməyəcək. Buna görə də, işinizi qəbul etməli və bunun üzərinə ağırlaşmalısınız. Bəs işinizdə qəbul eləməli olduğunuz ən vacib nöqtə hansıdır ?

Qəbul etməli olduğunuz birinci vacib nöqtə
Qazanca gedən yolunuzun uzun olacağı, bu yolda qarşınıza problemlər çıxacağı və düşüncələrinizi birdən-birə deyil, yavaş-yavaş böyütmək lazım olduğudur. Online pul qazanmq o qədər də asan deyildir. Bunu hamı bilməlidir.

Hayatımdan Bir Nümunə :
Təxminən 1 il 7 ay bundan qabaq online qazanc karyerama ilk başlanğıclarımda bir layihəyə başlamışdım. Layihəmə görə, artıq 3 ay sonra həddindən artıq böyük pullara sahib olacaqdım. Planımı hazırlamışdım, lazımi yerlərlə danışmışdım və son addım hərşeyi başlatmaq qalmışdı. Lakin, burada çox böyük bir problem çıxdı və bütün layihəm batdı. Gözdən qaçırdığım bir məqam və hərşeyin sonu. Burada olan ikinci bir səhvim isə, çox böyük düşünməyim idi, çünkü 3 ay sonra o qədər pulu düşünürdüm və diqqətimin çoxu pullarda idi. Bunun nəticəsi olaraq da, səhvə yol verdim ləyihədə və sonu uğursuzluq oldu. Bilirəm ki, bir az kiçik düşünsəydim, bu layihəyə birdən-birə “varlanma” layihəsi kimi baxmasaydım hərşey daha yaxşı olacaqdı. Buna görə də, bu işlə bağlı düşüncələrinizi birdən-birə deyil, tədricən böyütməyinizi məsləhət görərdim.

Qəbul etməli olduğunuz ikinci vacib nöqtə

– Online pul qazanmaq işi ilə məşqul olursan, yəni bir “E-Marketer”sən.
– Blog yazaraq pul qazanmaq işi ilə məşqulsan, yəni bir “blog yazarı”san.

Bunları ilk öncə özün qəbul etməlisən.
“Sən internet qazanc sektorunda çalışır və bir Blog yazarı və ya E-Marketersən”
Yuxarıdakı cümləni qəbul etməli olduğunuzu bildiniz yəqin ki.
Bu nəyə görə lazımdır ?
Sizdən bir insan işinizi soruşduğu zaman, ürəklə “Blog Yazarı” “İnternet Marketer” deyə bilməyiniz üçün lazımdır. Bir öncəki dərslərdə dediyim kimi, işinizi ciddiyə almalı və bütünlüklə işinizi qəbul etməlisiniz. Nə qədər ciddi yanaşsanız işinizə,o qədər ciddi qazanclarınız olacaq.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma