Milyonlardan Qorxmayın!! – Çingiz Eyvazov

Hər iki səmt bizləri əslində çox qorxudur. İnsanlar milyonlarla manat və ya digər valyuta civarında pul qazanmağı həttə xəyalında belə təssəvvür etməkdən qorxurlar. Yalnız çox az sayda insanlar bunu ən azından öz xəyalında canlandıra bilirlər. Qorxu insanları çox imkanlardan məhrum edir. Qorxuya qalib gəlmək üçün siz hara doğru irəlilədiyinizi dəqiq bilməlisiniz.

Məqalənin müəllifi: Çingiz Eyvazov.

Müəlliflik hüquqları AR-nın “Müəlliflik hüquqları və Patent” haqqında Qanunu ilə qorunur. Müəllifin şifahi və ya yazılı icazəsi olmadan məqalədən şəxsi maraqlar üçün istifadə edilə bilməz.

 

Milyonlardan Qorxmayın

Əslində bu məqaləmin adını 2 səmtdə yozmaq olar:

1) Milyonlar – pul, valyuta kimi;

2) Milyonlar – İnsan kütləsi kimi.

Hər iki səmt bizləri əslində çox qorxudur. İnsanlar milyonlarla manat və ya digər valyuta civarında pul qazanmağı həttə xəyalında belə təssəvvür etməkdən qorxurlar. Yalnız çox az sayda insanlar bunu ən azından öz xəyalında canlandıra bilirlər. Qorxu insanları çox imkanlardan məhrum edir. Qorxuya qalib gəlmək üçün siz hara doğru irəlilədiyinizi dəqiq bilməlisiniz. Bunu bilməyəndə hədəf sizlərə qaranlıq otaq kimi görsənir. Sizləri, bizləri də qorxudan məhz budur. Qorxu çox güclü təsir qüvvəsinə malik qüvvədir. Qorxuya qalib gəlməyin yeganə üsulu özunə inamlı olmaqdır. Bunu unutmayın. Qorxunun ən yaxın dostlarından birisi də tənqiddir. Məsələ burasındadır ki, insan cəmiyyət tərəfindən tənqid olunmamaq üçün hər hansısa hərəkəti etməkdən çəkinir. Əslində bu da qorxudan irəli gəlir – tənqid qorxusundan. Əgər hər hansısa dünyaca məşhur zəngin (maddi cəhətdən təbii ki ) insanın həyatı ilə yaxından tanış olsanız, görəcəksiniz ki, bu insan həyatda CekPot qazanmaq üçün bütün fikirlərini, hədəflərini və resurslarını məhz adı çəkilən məqsədə yönəldibdir. Eyni zamanda uduzmaq və tənqid qorxusuna öz daxilində qalib gəlibdir. Bu tipdə insanları digərlərindən fərqləndirən də məhz bu amildir! Əlavə olaraq bir özəl xüsusiyyət də var ki, bu insanları digərlərindən fərqləndirir. Məsələ burasındadır ki, bu qəbildən olan insanlar hədəflərini vizual olaraq canlandırmağı bacarırlar. El arasında bu cür insanlara Uzaqgörən deyə çağırırlar. Onlar hədəfləri vizual olaraq canlandıranda öz niyyətlərini ALLAHa çatdırmış olurlar. Nəticədə ALLAH onun niyyətini onun mənzili edir! Mən beyinin bu zaman cahana saçdığı enerjidən hələ danışmıram (İnanin bu həqiqətən də belədir və elmdə də sübut kimi öz əksini tapıbdır).Alimlər sadəcə olaraq ALLAHın əvəzinə Kosmos sözünü işlədirlər. amma əslində bizlərə bütün nemətləri yetirən məhz ALLAHDIR! Bu tip insanlar həddən artıq optimist olurlar. Çox az sayda insan tapmaq olar ki, bank hesabında milyon və ya milyardlarla dollar həcmində vəsaiti olsun amma eyni zamanda pessimist olsun )) ALLAH optimistləri sevir, çünki bu tipdə insanlar hətta pis və yaxud da onun üçün əlverişli olmayan situasiyadan belə özü üçün nə isə faydalı bir element tapır. Optimistlər səbrli olurlar. Səbr ALLAH tərəfindən artıqlaması ilə əvəzlənir. Bunu unutmayın! Milyonlardan qorxmayın!!!! Milyonlarla insanlar bir-birindən seçilmək istəmirlər, çalışırlar digərlərinin həyatı ilə yaşasınlar. Öz individuallığını itirirlər. Bütün problemlər də məhz elə bu andan başlayır. Çalışın individuallığınızı itirməyəsiniz. Həyatda hər zaman OPTİMİST olun! Unutmayın ki, mövcud situasiya lap pisləşə bilər. Çalışın ətrafınızda baş verənləri müşahidə edəsiniz. Sizin həyatda uğur qazanmaq üçün ən əlverişli alətiniz ətrafınzın müşahidəsidir! Başqalarının səhvi sizin üçün dərs olsun, onların etdikləri səhvləri siz təkrarlamayın! Çalışın özünüzün etditiniz səhvlər sizi amalınızdan uzaqlaşdırmasın, əksinə bu sizin gördüyünüz işi daha da dərk edilmiş formada yenidən başlamağınız üçün yeni imkandır.

Son olaraq sizlərə tövsiyyəm budur ki, uğur əldə etmək (istənilən sahədə) üçün uğuru əldə etmiş insanlardan öyrənin! İnanın peşman olmazsınız!

Advertisements

21 comments

      • Cingiz Eyvazov menim hem yaxin dostum, hem taniwim hemde Azerbaycanda bu sektorda rast gelinecek olan nadir sexslerden biridir. Insallah gelecekde anlayacaqsan bu dediklerimi. Copy – Paste etmirem sexsi icazesi ile aliram meqaleleri. Ve birseyi de her zaman yadda saxla hersey suyun uzunde olmur, suyun dibine de nezer salmaq lazimdir 🙂

  1. INternetle yaxwi pul qazanmaq ucun:
    1. Inqilis dili yuksak saviyada bilmalisan,
    2. ya ela Dizayner olmalisan, yada her hansi Programlawdirma dillerinden birini yuksek seviyyede bilmelisen.
    3. Yuxarida yazdiglarim eger sende varsa:
    websayt hazirlamaq, compiter (Windows, MAC OS) ucun oyun ve ya program teminaty, smartfonlar (iOS, Android, WindowsPhone ve s.) ucun oyun ve ya program teminati (application) yaradib satmaqla, muwterilerden sifarisler qebul etmekle qazana bilersen.

    Qalan INternetde her gun rast geldiyimiz Make Money Onlayn, Make 1000$ per day … bunlar hamisi bos-bos vedlerdi,
    Sen de Ay Nurlan, ozuvu bele seylerle yorma, otur ingilis dilini + rus dilini oyren, Her hansi daha maraqli bir movzuda blog yarat, onda yaxwi qazana bilersen, oz bloguva reklamlar yerlewdirmekle. Ingilis dili ve Rus dili ona gore lazimdi ki daha genis auditriyaya sahib ola bilesen. Azerbaycan dilli blogla cetin birsey qazana bilesen. Cunki bizde internet istifadecilerin sayi diger olkelerle muqaisede cox azdi.

    • Sen dediklerinle raziyam, duzdur, Lakin qacirdigin cox sey vardir. Men ozum qazanmasam insanlara bunlar barede yazmaram, 1000$ Per Day duz deyirsen, bos-bos seydi yeni SCAMdir. SCAM lar haqqinda oxuyub arasdira bilersen. Internetden sen deyen yollardan basqa bir gune 5000 de qazanmaq mumkundur, 10000 de. Sadece dediyim kimi, sende olan melumat azligi sene bu sozleri demeye cesaret verir. Qardasim sene meslehetim, sektoru yaxsica arasdir ve her qarsina cixana da inanma. Dediyim kimi, ozum qazaniram ki yaziram.

      P/S – Web dizayn meselesine qalsa ozum web dizaynerem ve Tac.az mix.az ve bir cox mehsur Azerbaycan saytlari ile emekdasligim olub.

      Internet herkesin yuzminlerle dollar qazana bileceyi qeder boyuk bir sahedir. Bu saheden oz payini ala bilen sexler alir.

      • Nurlan, birdaha deyirem, bu dunyada pul qazanmaq ucun mutlet istehsal ve satis olmalidir.
        istehsal – kimisi masin istehsal edir, kimse kitab, kimse websayt, kimse erzaq mehsullari ve s.
        Satis – kimse masin satir, kimse erzaq satir, kimse oz emek quvvesini satir, kimse xidmet (meselen, meslehet-consalting, huquq xidmetleri, dizayn, biznesle bagli analitik proqnozlar ve s.) satir ve s.
        3cu kateqoriya da var, onlar firildaq islederek oz xidmetlerini, yalan, sisirlilmis, heqiqete oygun olmayan vedler satirlar…
        Yani ki, umumdunya Iqtisadiyyat sistemi bu cur qurulub, formalawib…

        Nurlan, Sene sualim budur?
        Internetden pul qazanmagin hansi yollarini oyretmeye calisirsan Bizlere??

  2. Hörmətli Quest, sizin fikrinizə hörmətlə yanaşıram. Neqativ fikirli insanların da rəyi mənim üçün çox önəmlidir. Dəyərli məsləhətlərinizə görə də sizə minnətdaram (Nurlana ünvanladığınız), yəqin bu məsləhətləri verirsinizsə, o zaman siz də yəqin bu sahədə artıq milyonersiniz ya da ki, dahi!
    Gələcəkdə də mənim yazdığım məqalələr haqqında sizin rəyinizi öyrənmək xoş olardı. Hörmətlə, Çingiz Eyvazov (Lawyer/Coacher and Co-Founder of Modern Business & Consulting Co).

    • Hormetli Chingiz, az once Nurlana yazdigim serhi siz de oxuyun.
      Eger menimle razi deyilsinizse ve internetde satisdan basqa milyonlar qazanmagin yolunu bilirsizse neye lazimdi bu qeder eziyyet 4il universt oxumaq, sirket qurmaq??? : Lawyer/Coacher and Co-Founder of Modern Business & Consulting Co

      • – Quest Sene Cavabim Beledir-
        1) – İstehsal – Abbaszadə Nurlan şəxsi blogu istehsala aid deyil mi səncə ? )) Özün qeyd etmisən “websayt”.
        Deməli, burada istehsal var.

        2) – Satış – sene evvelki commentimde demishdim qacirdigin cox sey vardir. Eger saytdaki yazilari diqqetle oxusan, satis oldugunu gorerdin. Affiliate Marketing – satis uzerine qurulmush bir sistemdir, ve mende insanlara (oxuyuclarima) Blog Yazaraq Affiliate Marketing Ile Pul Qazanmagin yollarini oyretmeye calisiram, Bunun nece alinacagini ise gelecekde siz deyeceksiniz. Meslehetim, dediyim kimi herseyi yaxsi arasdir, cunku 100% bilmeden irad tutmaq her halda etikadan kenar cixir. En azindan ona gore ki, artiq sen bu serhimi oxuyanda bileceksen ki sehv elemisen, cunku menim saytimda danisdiqlarim da ele Satis olmaqla internetden pul qazanmaq usullaridir. İstədiyin satış idi.
        Deməli, burada satış da var.

        3) – Fırıldaq – Fırıldaq sistemlər barədə saytımda ilk günlərdən yazmışam. Deyirəm axı, çox şey qaçırdırsan gözündən. Saytı diqqətlə oxu sən dediyin kimi “1000$ Per Day” kimi sistemləri və bu sistemlərin hiyləgər olduqlarını mən səndən öncə insanlara bildirmişəm və onları bu məsələdə xəbərdar eləmişəm.
        Deməli, fırıldaq sistemlərdən başım çıxır və fırıldaqdan uzaq bir insanam.

        4) Sualının Cavabı – Mən İnsanlara Affiliate Marketing ilə Blog Yazaraq Necə Pul Qazanmağı Öyrədirəm, yəni BLOG YAZARAQ NECə SATIŞ OLUNACAĞINI ÖYRəDİRəM !!!!

        Başqa sualın varsa, buyur faktlarnan danışaq.

        Hormetle
        Abbaszade Nurlan

  3. Nurlan dostum internetde pul qazanmaq ucun sermaye buraxmag lazimdi,ozudeki 200-300 dollar yox daha boyuk sermaye men inaniramki senin sermayelerin sene belke nese qazandirdi amma bu gederde boyuk pul olmayacag.Men milyonlar sozunu ewidende menim gulmeyim gelir esasidaki az-da internet texnologiyalarda qazanmaq isteyen wehslerden.Qoyma seni aldatsinlar pis oglana oxwamirsan sene pislik arzulamiram.

    • Cosagolasan Alkozar,
      Azerbaycan Internet Mekaninda – istifadecilerine pul qazandiran bir sayt yox kimidir. Varsa da bunlar 1-2 denedir, ve BUX sistemleridir ki bu sistemlerle de, cox cuzi qazanclar olur. Men cox aldanmisham, amma cox da arasdirmisham. Ishlediyim sistemler de Azerbaycan Sistemleri deyil, yeni AzNet mekani ile elaqesi olmayan sistemlerdir. Her hada qazanmaram da ki, hec bir sey itirmish saymayacagam ozumu cunku, bu islerden oyrendiklerim menim oz shexsi inkishafima cox boyuk qatqi verdi. Insan bu dunyada ne edirse ozu ucun edir xeyiride ziyanida, Buna gore de en azindan CEHD olaraq deyerlendire bilersen ishlerimi =)

  4. Eger satisi bele yaxsi bacarirsansa, onlayn magaza ac, topshops-az, aromat-az, mycomp-az ve s.
    Affilate marketingle ne satmagi orgedeceksen Azerbaycan internet istifadecilerine?? Turkiye Affilate sebekelerinden aldigin elektron kitablari (Facebook cini, TeooBook) yoxsa ClickBank sebekesinin ingilis dilli mehsullarini???

    “”1) İstehsal – Abbaszadə Nurlan şəxsi blogu istehsala aid deyil mi səncə ? )) Özün qeyd etmisən “websayt”. Deməli, burada istehsal var.””
    Xeyr aid deyil. Demek isteyirsen oz blogunu satacaqsan??? Eger yox deyirsense, demeli blog istehsala aid deyil.

    O ki qaldi mix-az, tac-az saytlarini dizayninda istirak etmeyive, bele cixir ki tecruben az web design sahesinde. Bakida irili-xirdali 50-den cox web studiya var. Niye gedib onlardan birinde islemirsen? Orda coxlu tecrube qazanarsan, plus paralel olaraq ingilis dili biliyivi mukemmellewdirersen, sonra da bawlayarasn Freelance Web Designer kimi islemeye.
    Plus Rus dilini de ela bilsen MDB olkeleri freelance bazari da sene aciq olar.

    Affilate marketing, ekinci, ovcu … Eger sende

    • Evvelki reylerinde Azerbaycan Internet Mekaninda Satisin zeif oldugunu danishirsan, indi de deyirsen ki online magaza ac ozude azerbaycan dilnde. Bilmelisen ki Azerbaycanda hele bu sahe o qeder de inkishaf elemeyib, adini cekdiyin saytlarda ise oz sexsi mehsullaridir ki satisha qoyulmushdur. Satishi yaxwi bacariram beli ! Buna emin ola bilersen !
      Satishdan yaman behs edirsen, onda WhoSale bilmelisen nedir ? Bilmirsense yeqin Google da arashdirib bu commentime bir cavab yazacaqsan 🙂

      Blog Meseleme Qalsa – Blogum XIDMET SAHESINE aiddir, ve bunu istesem pullu, istesem pulsuz ederem, Gorduyun kimi de pulsuzdur. Ve istehsal var burada, cunku blogu sifirdan men yaratmisham(wordpress vasitesi ile) =)

      Web Dizaynerliyim – 13 yashimdan Web Dizayni hec bir kursa getmeden, ev daxilinde ozum tekbashina oyrenmishem. Yalniz 2 saytla ishlememishem, elbetteki cox komandalarda olmusham ve taniyanlar da taniyir. Insanlar, sen dediyin web studiyalarda ishleyen zaman, men hefte erzinde onlardan cox ish teklifi alirdim. =) Bunu bilenler bilir ve hele de adimi yaxsi taniyirlar. Meslehetin ucun choxsagol

      Sen Meslehetlerinq Qalsa Quest, Cingiz Eyvazov demishken yeqin bu meslehetleri mene verirsense ozun MDB olkelerinin bazari uzune aciq olan bir freelance webdizaynersen ya da ki, 50 web dizayn studiyasinin 10 da calishmish birisen. Eslinde, menim ne demek istediklerimi anlaya bilmirsen, cunku dediyim kimi sende olan melumat azligi buna imkan vermir. Insallah saytimi izlemeye davam et ve herseyi aydin goreceksen. Heqiqeten de bu cur muzakireler xoshdur =)

      Ve sene bir konkret sualim var Quest.
      Sen mene neyi subut elemeye calishirsan ? Subut elemeye calishdigin shey Azerbaycanda Internetden Pul Qazanmaq Mumkun Deyil budur mu ? Eger budursa, raziyam, Lakin bunu da bilmelisen ki, Azerbaycanda Xarici Bazarlara Cixis Var =)

  5. whosale?? kim satdi???
    Yegin WholeSale yazmaq istemisen. Facebiikcini-ni, Teomanin yazdigi kitablari Topdan alib burda perakende satacaqsan??
    Onlayn magazalarda telefon etir, kitab ve s, satmaqla mesgul olanlar qazana bilirler. Daha dorusu onlar esasen Tekrar musterilerle isleyirler.
    Menin sene anlatmaga calisdigim budur: Bizde elektron mehsullarin satisi prespektivli deyil!!!
    Men de bilirem xarice cixis var. Simali Koreyada yasamiriq ki ))
    Eger xarici bazarlari nezerde tutursansa OXUCULARIVA herseyden once xarici dil orgenmeyi meslehet gor!!!

    • WhoSale – deyilisini esitmemisen yeqin Quest ? WholeSale ve WhoSale ferq etmez, sohbet tercumeden getmir ! Sen mene anlatmaga calisdigin seyi, yeni olkemizin veziyyetini men 1 il bundan qabaq anlamisam, ve yaratdigim kursda da insanlara ingilis dilini bilmeden qazanmagin usullarini oyredecem. Bundan emin ola bilersen. + da Ingilis Dilini bilenler ucun de ayri kurs olacaq. Herseye bele qapali baxmaq lazim deyil. Insallah bunu zaman gosterecek. Sene de son meslehet ve son sozum budur ki, biri bir sey eden zaman tenqid atesine tutmaqdansa destek vermek gerekdir. Bizde bu yoxdu o yoxdu demekdense, neyinse olmasini temin etmeye calisaq.

  6. salamlar duzdu menim yasim azdi 15 yasim var amma men inaniramki internetden maksimum pul qazanmaq olar . amma hele risk etmirem sadece her seyi oyrenirem men reklamla pul qazanmagi sinadim cox az qazanc oldu . anket doldur qazanla calisdim bir seye nail ola bilmedim indi ise clickbankala calismaq isteyirem amma ingilis dilini yaxsi bilmirem amma ALLAHin komekliyi ile onu da oyrenecem tezlikle men pul qazanacam bunada inaniram men ayri ayri adamlarin saytlarina mini kursa abune olmusam artik az cox sey bilirem get get bunu tekmillesdirecem ve inaniramki yaxsi pul qazanacam . nurlan qaqas sende cox sagol bize destek ucun . sende mene yardimci olsan sad olaram mene deqiq melumatlar lazimdi bunun ucun senden de komek isteyirem . men biliremki internetde olan qazanc butun azerbaycan girse azalmayacaq eksine artacaq . cingiz qardas senede sozum var insan calissa nail ola bilmeyeceyi sey yoxdur sadece dilinde ALLAH kelaMI olsun . ve temiz urekle kimese zerbe vurmadan qazan . Nurlan qardas mene komek etsen sad olaram menim emailim bumlu_elnur@mail.ru xais edirem sende mene komek olki mende menden komek isteyenlere komek olum gelin unutmayaq INSANLARIN EN XEYIRLISI BILDIKLERINI BASQALARINA DA OYREDENDIR . gelin hamimiz bir yerde insanlarin en xeyirlisi olmaga calisaq mene komek etsez sad olaram

  7. bezdim e yalandan klik elemekden,pul toplanir,sonra harasa gedir/Nurlan,qardas mene ele bir ssilka ver ki,0,2-0,5$ gelsin her klik edende/amma vaxti gelende yigdigin pulu cixartmaq olsun.Yeni cox qazanmaq istemirem

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma