Təməl Mövzular > Dərs 2 – Qazanc Strategiyası Və Xəritəsi

Online Kursun ikinci dərsinə gəldik. İlk dərsi oxumadan bu dərsi oxumağınızı istəmirəm, çünkü hərşeyi addım-addım getməyinizi istəyirəm. Bu dərsdə nələri öyrənəcəksiniz ? Bildiyiniz kimi, Blogging ilə internetdən pul qazanmaq barəsindədir bu kurs. Bu dərsdə, başdan-sona bu qazancı necə əldə etmək olar onu yazacam. Daha dəqiq desəm, qazanca gedən bu yolun xəritəsini göstərəcəm.

İlk olaraq qeyd edim ki, bu dərsdə sadəcə blogging ilə internetdən pul qazanmaq üçün hansı yolu gedəcəyinizi visual olaraq göstərəcəm. Kursun sonunda isə bir daha bu dərsi təkrar etdiyinizdə, hərşeyi tam başa düşəcəksiniz. Bilirsiniz ki, blogging ilə internetdən pul qazanmaq Affiliate Marketing üzərində qurulmuşdur, buna görə də Affiliate Marketing nədir bilməyən insanlar Affiliate Marketing Nədir ? (kliklə oxu) adlı yazımı oxusunlar, sonra isə ikinci dərsi oxumağa başlasınlar. Başlayaq.

P.S – Həmişə olduğu kimi bu dəfə də Maddələrlə izah edəcəm.

1) Kategoriya Seçimi
– Yadınızdadırsa ilk dərsin 8-ci maddəsində bir mövzu üzərinə ağırlaşmanızı demişdim. Bunun çox böyük əhəmiyyət kəsb etdiyi dəfələrlə vurğulamışdım və gördüyünüz kimi, ilk addım da elə mövzu seçimidir. Seçəcəyiniz mövzuda olan məhsulları blogunuzda satacaqsınız. Buna görə də, mövzu sevdiyiniz mövzu olmalıdır. Yazarkən yorulmayacağınız bir mövzu olmalıdır ki, daima bu mövzu haqqında yaza biləsiniz.

2) Kategoriya Haqqında Məlumat Toplamaq Və Daimi Araşdırmaq
– Yalnızca bir kategoriya seçməyiniz necə vacib idisə, seçdiyiniz kategoriya haqqında çox və dəqiq bilməyiniz də o qədər vacibdir. Qısacası, seçdiyiniz mövzuya marağınız böyük olmalıdır, mövzunu daima araşdırmalı və yeniliklərdən ilk növbədə siz xəbər tutmalısınız, yəni ilk olaraq sizin blogunuzda yayımlanmalıdır. Bu mövzu haqqında yayımlanan hər yeni xəbərin effektivliyi, blogunuzda satılan məhsulların (Affiliate Linklər İlə) satış sayına təsirsiz ötüşmür. Çünkü, yazılarınızla məhsullarınız eyni kategoriyadadırlar, hər yazı nə qədər təsiredicidirsə, oxuyucuda da bu mövzuya o qədər həvəs oyadır. Mövzuya artıq həvəsi oyanmış bir oxuyucu, daha da araşdırmaq istəyəcək. Buna görə də, istər-istəməz saytınızda satılan məhsullara baxacaq, yəni birbaşa olaraq bu məhsulların alıcısına çevriləcək. Təsiredici yazı yazmaqda məqsəd, oxuyucuda bu mövzu haqqında həvəs oyatmaq və satışa yönləndirməkdir.

3) Hədəf Kütlənizi Seçmək
Hədəf Kütlənin nə olduğuni bilirsiniz, çünkü saytda bu barədə yazmışam. Bilməyənlər “BURAYA KLİKLƏYƏRƏK” oxusunlar. Hədəf kütləniz saytınızda satılan məhsullara marağı olan insanlar və bu məhsulların alıcılarıdırlar. Saytınızda, yemək tarifləri kitabları satırsınızsa sözsüz ki, yeməyə həvəskar olan insanlar sizin hədəf kütlənizdir.

4) Mövzuya Uyğun Blog (Pullu/Pulsuz) Açmaq
– Mövzunuza uyğun olaraq bir blog açmalısınız. Bunu istər pullu olaraq, istər isə WordPress.ComBlogger.Com kimi sistemlər vasitəsi ilə pulsuz olaraq aça bilərsiniz.

5) Daimi Olaraq Yeni Yazılar Yazmaq
– Açdığınız blogda, blog kategoriyasına uyğun yazılar yazmaq lazımdır. Daimi olaraq yeni yazılar yazmalı və heçbir halda “Copy-oğurlanmış” yazılar yayımlamamalısınız. Normal yazılararası period haftədə 4 yazıdır. Həftə ərzində istəsəniz çox yaza bilərsiniz, lakin normal yazı limiti həftə ərzində 4 yazı olaraq qeyddədir.

6) Sosial Media Çalışması Etmək
– Blogunuzu sosial paylaşım (FaceBook, Twitter və.s) saytlarında paylaşmalısınız. Saytınıza bu bir səhifə də açmağınız və yazıları həmin səhifədə də paylaşmağınız vacibdir.

7) “External” Çalışmalarını Etmək
– External Çalışmalar saytınıza daha çox traffik gətirmək üçün lazımdır. Bu barədə gələcək dərslərdə danışacam.

8) Saytı Son Vəziyyətə Gətirmək Və Daimi Yazı Yazmaq
– Bütün bu addımları keçdikdən sonra, saytı son vəziyyətinə gətirmiş sayılarsınız. Bundan sonra isə, yalnızca mövzu haqqında daimi yazılar yazmaq kifayət edəcək.

Bu 8 addımın nəticəsi olaraq:
Seçdiyiniz bir kategoriyaya uyğun sıfırdan bir blog yaradaraq, bu blogda affiliate linklərinizi paylaşırsınız və bundan sonra sosial media və external çalışmaları edirsiniz. Geriyə isə sadəcə, daimi oalraq mövzu haqqında yeni yazılar əlavə etmək qalır. Bütün bu addımları etdikdən sonra, domain yaşı artmağa başlar və vaxt keçdikcə saytın mövzusunda uyğun açar sözlər axtarışlarında Google-da ilk sıralara qalxmağa başlayarsınız. Axtarışlarda ilk səhifədə çıxdığınız zaman, günlük daha çox ziyarətçi gəlməyə başlayacaq sayta. Günlük, 150-200 arası ziyarətçi sizə gün ərzində ən azı 2-3 satış gətirəcək.

Bütün bunlar, hərşey düzgün edildiyi zaman. 6-7 ay ərzində öz yerinə oturacaq və bundan sonra heçbirşey eləməsəniz belə gün ərzində 2-3 satış ediləcək saytınızdan.

Bu dərsin də sonunda gəldik. Ümid varam, “Blog Yazaraq İnternetdən Pul Qazanmaq” anlayışını öyrəndiniz.

Abbaszadə Nurlan

Advertisements

One comment

  1. Nurlan, həqiqətən çox gözəl sayt yaratmısan. Məqalələr də həqiqətən göründüyü kimi açıq aşkar görünür ki öz məqalələrindir. Yəni ki “copy” deyil. Bu məqalə haqqında sənə bir sualım olacaqdı. Doğru desəm, səndən bir məsləhət almaq istəyərdim. Əgər mən affiliate marketing işinə başlasam blog yaratmalı olsam, bu blogu Azəri userləri üçün yaratsam daha yaxşı olar yoxsa xaricilər üçün? Yəni təbii ki, Azəri userlər üçün yaratsam saytdakı məqalələri öz dilimizdə yayımlayacağam. Amma xaricilər üçün yaratsam gərək İngiliscə olsun. Amma bir şey də fikirləşirəm ki, Azərilər üçün blog yaratsam, inanmıram ki, məhsulları sata bilim 😀 Bu iş olsa olsa xarici blog-da olacaq. Yəni xaricilər daha fəal ola bilər məncə. İndidə sənin məsləhətini almaq istəyirəm. Blogu kimlər üçün açmaq daha yaxşı olardı? Azərilər üçün yoxsa xaricilər üçün? 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma