Təməl Mövzular > Dərs 1 – 8 Maddə

Online Kursun ilk dərsinə başlaya bilərik. Bu dərs yazılı dərs olacaq və online qazanc dünyasında ilk-ilk addımlayan insanlar üçün bir başlanğıc yazısı olacaq. İnternetdən pul qazanmaq üçün haradan başlanılmalıdır ? İlk addımlar nələrdir bu dərsdə bunları öyrənəcəksiniz.

Dərsin Adı : İnternetdən Qazancın İlk Addımları
Dərsin Müəllifi : Abbaszadə Nurlan

1.) Sabit E-Mail və İstifadəçi Adı
Bir çox insan hər forumda və ya blogda (başqa saytlarda həmçinin) müxtəlif növ e-mail və istifadəçi adından istifadə edir. Bu həm yorucu, həm də təhlükəli olur. Sabah hesablarınızı və şifrələriizi səhv saldıqda bunun günahı yalnız özünüzdə olacaq. Məsləhətim, özünüzə sabit e-mail və istifadəçi adı seçməyinizdir. Deməli,
-1 Yeni və təmiz bir e-mail açırsınız özünüzə (Gmail daha məsləhətlidir)
-2 Sırf özünüzə uyğun bir istifadəçi adı seçirsiniz.
– İstifadəçi adını seçən zaman başqaları tərəfindən seçilməyən adlar seçməyiniz məsləhətdir. Misal üçün, öz adınızın qısaltması və ya başqalarının sizi çağırdığı bir ad, olmazsa istədiyiniz bir ad seçə bilərsiniz. Bu sizin öz seçiminzdir. İstifadəçi adını seçərkən, 0-9 arası rəqəmlərdən də istifadə etməyiniz yaxşı olar. (Mənim istifadəçi adımı 99% hallarda vaxt b4nurik seçirəm)

2) Sabit Bank Hesabı Və Online Ödəniş Sistemi
Söhbət online qazancdan gedirsə bir bank hesabı mütləqdir. 18 yaşına çatmış hər bir gənc özünə istəklərinə uyğun olaraq bank hesabı açmalıdır. Bunu yalnızca online istifadə üçün deyil, həmçinin öz istəkləriniz üçün də istifadə edə bilərsiniz (şəhərin əksər nöqtələrində Pos-Terminallar fəaliyyət göstərir)
Hansı Bank ?
Məsləhət görəcəyim bank UniBank-dır. Aşağıdakı səhifədə “UniBank Plastik Kart Xidmətləri” barədə ətraflı məlumat ala bilərsiniz.
http://unibank.az/
– Hansı Online Ödəniş Sistemləri ?
Bu barədə sizə məsləhətim ilk olaraq aşağıdakı yazıları oxuyun və sonra seçəcəyiniz online ödəniş sistemini özünüz biləcəksiniz.
-1 PayPal sistemini seçə bilərsiniz.

3) Doğru və Təsir edici Nitq
Bildiyiniz kimi bu kursda blog yazaraq pul qazanmaq üsullarından bəhs olunur. Buna görə də, işinizin böyük qisimi yazmaq ilə keçəcək və yazdıqlarınız ümumiyyətlə təqdimat yazıları olacaq. Bu deyimi xatırlayaq:
“İki adam eyni məhsul haqqında təqdimat yazısı yazar, iki yazını da eyni sayda adam oxuyur amma biri digərindən daha çox satar! Niyə ? Çünkü aradakı tək fərq dilin təsirli istifadə olunmasıdır. Daha təsirli, daha inandırıcı yazan satışı edən insandır!”

İrəlidəki dərslərdə təqdimat yazısı yazmağın incəliklərinə toxunacam. Amma bundan sonra nitqinizi təkmilləşdirməyi öyrənməlisiniz. Bu mütləqdir.
Necə ?
Daha çox oxuyaraq əlbəttə ki. Kitab oxumaq buna ən gözəl nümunələrdən biridir. Belə kitab oxumağı sevmirsinizsə, eyni kitabların online versiyalarını tapıb oxuya bilərsiniz.

4) İzləmə Və Dəyərləndirmə
Yalnızca çalışmaqla olmaz bu işlər. Çalışaraq ortaya çıxartdıqlarınızı izləməli və dəyərləndirməlisiniz. Bəzi anlarda zəhmət çəkdiyimiz və digərlərinə nisbətən daha çox əmək vediyimiz işlər, bizə ziyan gətirir. Eyni halda, daha az əmək verdiyimiz işlərin sonu daha yaxşı bitir, yəni gözlədiyimizdən də yaxşı olur. Buna görə də, az çalışıb, çox qazandıran işlərimizə daha çox əmək verməliyik. Bunun üçün isə, ilk növbədə biz o işləri təsbit etməliyik ! Təsbit etmək üçün biz hər zaman, hər işin sonunda “Nə elədim? Necə Elədim? Daha yaxşısını etmək üçün nə etməliyəm?” kimi sualları özümüzə verməyi vərdiş etməliyik.

5) İnanmaq
Gördüyünüz işə inanmalısınız. Razıyam, elə anlar olur ki heç inanmadığımız işlər bizə çox xeyir gətirir, lakin hər nə olursa olsun ilk növbədə işimizə inanmalıyıq. Yoxsa “işimizin bərəkəti qaçar”. İşlərinizi elə həyəcanlı görməlisiniz ki, hər gün blog statistikalarınızı yoxlamalı, neçə nəfər daxil olub, neçəsi yenidir, neçə şərh yazılıb, hansı mövzular daha populyardır, neçə satış olunub kimi sualların hamısına cavab tapmalısınız.

6) İşini Sev
Uşaqlıqda hamımızın gələcəyə aid fərqli-fərqli arzuları olub. Hələ də yadımdadır “Böyüyəndə nə olmaq istəyirsən” sualının cavabını heçvaxt tapa bilməmişəm =). Uşaqlıqdan, “bəstəkar olacam” məqsədini qarşısına qoymuş bir insanı məcburən polis olmağa yönləndirmək olar mı ? Yox. Bu olsa belə, bu polis ölkəmizə yararsız polislərdən biri olacaq və müəyyən müddət sonra buna dözməyərək, işdən uzaqlaşacaq. Çünkü işini sevmir, ciddi yanaşmır, qəbul etmir. Lakin,bu insan bəstəkar olacaqsa, yazacağı hər mahnısını ürəklə yazacaq, sevərək yazacaq, vaxtını buna həsr edəcək, və nəticədə ortaya çox gözəl bir musiqi çıxardacaq. Sən də, işində uğur qazanmaq istəyirsənsə işini mütləq sev. Sevmədiyin, həyəcanlanmadığın bir iş onsuzda sənə ziyandan başqa bir şey gətirməz.

7) İşini Qəbul Et
İşini sevməyin necə vacib olduğunu öyrəndin. İşini qəbul etməyinin də sevməyin qədər önəmli olduğunu bilməlisən.
İşini qəbul et deyən zaman nəyi nəzərdə tuturam ?
İnternet ilə işləyərək online qazanc əldə edirsən. Səndən soruşsalar ki “Filankəs, nə işlə məşqulsan ?” bu zaman ürəklə “İnternet Biznes” ilə məşqul oluram deyə bilməni nəzərdə tuturam. Çox insan bunu bacarmır.
Səbəb ?
Azərbaycanda bu tipli qazanclara inanan insanlar azdır. Eyni suala, eyni cavabı verməyə utanan isanlar, digərlərinin onların bu cavablarına güləcəklərini və ya loru dillə desək “lağa qoyacaqlarını” düşünürlər. Buna görə də, o cavabı verəcək qədər hazır deyillər, daha doğrusu bu cavabı verəcək qədər öz işlərini qəbul etməyiblər hələ də. Etmən lazım olanı bilirsən yəqin, bu işə başlayacaqsansa bu işi də qəbul etmən lazım olduğunu da bildin artıq.

8) Bir Mözvu Üzərinə Ağırlaş
Blog yazaraq online qazanc əldə etməyi öyrənəcəyin bu kursda öyrənməli olduğun ən vacib şey “Bir Mövzu Üzərinə Ağırlaş”man lazım olduğunu bilməkdir. Yəni, açacağın blog bir kategoriyada olsun. Blogunda, satacağın (Affiliate Marketing İlə) məhsullar eyni kategoriyada olmalıdır. Misal üçün, eyni blogda həm “Online Oyun Kodları” həm də “Arıqlama Məhsulları” satman çox məntiqsiz və çox mənasızdır. Bundan da əlavə, bu tipli blogdan qazanc qazanma ehtimalın da çox amma çox aşağıdır. Buna görə də, bu kursu bitirdikdən sonra açacağın blog mütləq və mütlq bir kategoriyada olmalıdır. Bu kategoriya isə 6-cı maddədə qeyd etdiyim kimi,secdiyin bir kategoriya olmalıdır. Bir oyun həvəskarısansa, oyun kategoriyasına uyğun satılan məhsullara yönəlməlisən. Daha bir misal çəkim: Bir mövzuya ağırlaşmasanız, bir gün forex haqqında bir blog açar, blogun üzərində əziyyət çəkərsən, sabahsı gün oyun kategoriyasında blog açar yazar-yazar-yazar və yenə başqa bir kategoriyaya keçərsiniz. Buna görə də, bilməlisən ki, mütləq və mütləq bir kategoriya üzərinə ağırlaşmalısan. Bu sənə Affiliate Marketing- də qazanc qapılarını açan ən vacib faktordur.

İlk dərsin sonuna gəldik. Şərhlər vasitəsi ilə bir problem və ya sualınızı yaza bilərsiniz.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma