TEZLİKLƏ PULSUZ OLARAQ DƏRSLƏR

İnternetdən pul qazanmaq istəyən insanların sayı gün keçdikcə artır və bu sürətli artım artıq Azərbaycanda da başlayıb. Bəzilərinin inamsızlığı, bəzilərinin məqsədlərinin güclü olması, bəzilərinin qorxaqlığı bu sektora olan marağı daha da artırır. Daha çox onlne mövzular olduqca Azərbaycan internet məkanında sürətli bir canlılıq özünü göstərməyə başladı. Bunu bəziləri hiss etməsə də, bu sahənin içində olan insanlar bunu yaxşı bilirlər. Buna görə də, bu sektorun içində olan biri olaraq istifadəçilərə PULSUZ OLARAQ ONLİNE KURS təqdim etməyi qərara aldım. Daha ətraflı danışım bu barədə.

Hər zaman olduğu kimi sual-cavab üsulu ilə kursun mahiyyətini izah etməyə çalışacam. Başlayaq.

Online Kursda Nə Öyrədiləcək ?
Bu kursda istifadəçilərə Affiliate Marketing ilə internetdən necə pul qazanıldığından bəhs edəcəm. Sıfırdan başlayaraq sonuna kimi istifadəçiləri bu sahədə yetişdirməyə çalışacağam. Həm video dərslər, həm də yazılı dərslər olacaq. Təkcə internetdən pul qazanmaq istəyən insanlar deyil, həm də webmaster və dizaynerlər üçündə çox əhəmiyyətli bir kurs olacaq.

Kursun Mövzuları Hansılar Olacaq ?
Mövzular hələlik aşağıdakı kimi olacaq. Lakin,gələcəkdə artırılacaq.

1) Təməl Mövzular
– İnternetdən Qazancın İlk Addımları
– Qazanc Strategiyası Və Xəritəsi
– İşinizi Psixoloji Qəbul Etmək
– Ovçu Strategiyaları
– Əkinçi Strategiyaları

2) Texniki Mövzular
– Domain Nədir ?
– Hosting Nədir ?
– Domain Necə Alınır ?
– Hosting Necə Alınır ?
– Hosting Tanıtımı
– Domain Və Hosting Bağlanılması
– FTP Nədir ?
– MySql Baza Nədir ?
– Domain Uzantılı Mail

3) Blogging Mövzuları
– Pulsuz Olaraq Blog Aç
– Blogun Panelini Tanımaq
– Bloga Yazı Yazmaq
– Blogun Dizaynını Dəyişmək
– Səhifələr
– Kategoriyalar

4) Blogging və SEO
– Blog Yazaraq Qazanc
– Düzgün Domain Seçimi
– Şablon Seçimi
– Məqalə Başlıqları
– Məqalənin Tanıtımı
– Seo Nədir ?
– Google Caffeine
– SEO Xətaları 1
– SEO Xətaları 2
– Açar Söz Nədir ?
– Açar Söz Bəlirləmə
– Sayt Daxili SEO
– Sayt Xarici SEO
– Ümumi SEO Kitabı

5) Sosial Media
– Sosial Media Nədir ?
– Viral Marketing Nədir ?
– Məqalə Yazmaq
– Video Paylaşım Saytlarından Bəhrələnmə
– Forumlardan Faydalanma
– Blogging Və Sosial Media
– SlideShowların Effekti

Hələlik bu qədər. Lakin gələcəkdə kursun mövzuları daha da artırılacaq.

Kursu Necə Alacam ?
Bütün bu mövzuları günbəgün inşallah saytımda yayımlayacağam. Saytda ONLİNE KURS bölməsində dərslər ardıcıl olaraq yerləşdiriləcək. Bundan əlavə e-mailinizə də dərslər göndərilə bilər. Bunun üçün sadəcə dərslərə abunə olmanız kifayət edəcək.

Kurs Pullu Olacaq Mı ?
Nə indi, nə də gələcəkdə “Abbaszadə Nurlan Online Qazanc Kursu” pullu olmayacaq. İsitfadəçilərə tam pulsuz olaraq veriləcək.

P.S – Bəzi xarici ölkələrdə həmçinin Türkiyədə bu tipli kursların üzvlük qiymətləri 35AZN -50 AZN arası təşkil edir

Kursun Xeyiri Olacaq ?
Öyrənməyin ziaynı olmadığını hamımız bilirik. Bu suala maddi cəhhətdən yanaşarsaq cavabım nə hə, nə yoxdur. Çünkü dediyim kimi kursda öyrəndiklərinizi düzgün edərsəniz cüzi də olsa qazancınız olacaq. Lakin, bu kursa daha çox maddi baxımdan baxmaq yalnışdır. Çünkü, burada öyrənəcəkləriniz sizə gələcəkdə daha çox öyrənməyiniz üçün bir başlanğıc olacaq. Tam ürəklə deyə bilərəm ki, sıfırdan başlayan bir insan üçün də öyrənmək asan olacaq.

KURS haqqında hələlik bu qədər məlumat bəsdir. Kursun start tarixini hələki yazmıram. Hazırlıqlara tezliklə başlanılacaq və bütün yeniliklərdən saytda xəbərdar olacaqsınız.

Abbaszadə Nurlan

Advertisements

6 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma