Google Caffeine və Online Qazanc

SEO haqqında saytımda yazı yazmışdım. SEO – nun nə olduğunu bilmədən bu yazımdan başa düşəcəyiniz bir hissə olmayacaq. Buna görə də, ilk olaraq SEO Nədir ? (kliklə oxu) bilmək lazımdır. SEO – nun nə olduğunu bildikdən sonra, bu yazını daha aydın bir şəkildə oxumağa başlaya bilərsiniz. Google – un yeniləmələri və bunun onlnie qazanc qazanmaq istəyən insanlara təsiri nədir ?

Google Caffeine Nədir ?
Google təxminən 2 il əvvəl Google Caffeine tənzimləməsinə keçdi. Artıq, əvvəlki tipdə olan SEO, yerini daha aktual mövzulara və daha keyfiyyətli paylaşımlara buraxdı. Caffeindən öncə sabit HTML sayt yaradan insanlar, saytlarına güclü “backlink” alaraq saytlarını Google – da asanlıqla yuxarı sıralara qaldıra bilirdilər. Yəni, müəyyən sözə görə Google axtarışlarında ilk səhifəyə çıxarırdılar saytlarını. Bu da daha çox TRAFİK demək idi. Reklam sahəsi ilə məşqul olan saytlar isə, daha sabit HTML səhifələr ilə, backlink əldə edir və daha çox TRAFİK alırdılar.
Bəs Sonra ?
Google Cafeine – artıq işə başladı. Google Caffeine işə başladıqdan sonra, bütün sabit HTML səhifələr bir anda düşməyə başladı, və bununla daha aktual mövzular olan və hər gün yenilənən saytlar qalxmağa başladı.
Bəs bu nə deməkdir ?
Yəni, artıq Blog Yazarları üçün vəziyyət yaxşılaşdı. Blog – açaraq bloglarına keyfiyyətli yazılar yazan saytlar, bir az da “backlink” alaraq daha yuxarılara qalxmağa başladı. Sabit HTML səhifələr isə, düşdü, və hal-hazırda sabit səhifələr müəyyən açar sözlərə görə bloglara nisbərən çox aşağıdadırlar.
Google Caffeine daimi olaraq yenilənir və ən düzgün, ən aktual olan saytları yuxarı sıralarda yerləşdirir. Bu səbəbdən də, yəqin hamı fikir verir ki, artıq bir çox şirkətlərin saytları blog olmasa da daima yenilənir və daima yeni mövzular əlavə edilir, bununla paralel olaraq şirkətlər artıq öz kadrları arasına “Sosial Media Mütəxxəsisləri” qatır.Əks halda şirkətlərin saytları Google – un dərinliklərində batıb gedərlər.

Caffeine Və Online Qazac
Bildiyimiz kimi, internetdən Affiliate Marketing (bilmirsənsə oxu nədir) ilə pul qazanan insanların çoxu blog yazaraq pul qazanır. Yəni, satış linklərini öz bloglarında yazaraq o blog üzərindən satış edirlər. Daha çox satış olunması üçün daha çox ziyarətçi lazımdır, və daha çox ziyarətçinin sirri isə sözsüz ki, daha çox TRAFİKDİR. Bunu istər pullu yollarla, istərsə də pulsuz yollarla əldə edən sayt sahibləri (online qazan insanlar) var. Çoxluq, pulsuz yollarla bunu əldə edir və buna görə də, Google mütləq bir şərtdir. Öz bloglarına məhsul haqqında aktual bir mövzular yazaraq və faydalı paylaşımlar edərək 3-5 ay ərzində bloglarını açar sözlərə uyğun Google – da yüksək sıralara qaldırırlar. Nəticədə isə, daha çox TRAFİK əldə olunur. Artıq daha çox TRAFİK əldə etmiş saytın ziyarətçisi də çoxalmışdır. Statistikaya görə, günlük 100-120 arası ziyarətçi sayı ilə düzgün yaradılmış bir blogdan ay ərzində 400$ – 500$ online qazanc əldə etmək mümkündür.

Abbaszadə Nurlan

Advertisements

2 comments

  1. Salam Nurlan. Yazıva görə təşəkkür. Mən Çexiyada tələbəyəm və mənə Azərbaycanda SEO ilə məşqul olan adam axtarmağımı istəyiblər. Sualim belədir. Bir Çex firmasının saytı üçün SEO edə bilərsənmi və etsən neçəyə başa gələ bilər?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma