Sənin də adın “Sivil Qullar” siyahısında var! – Çingiz Eyvazov

İnternetdən Pul Qazanmaq İstəyən insanlar, sizlərə bütün ürəklə bu məqaləni oxumağınızı tövsiyyə edirəm.
Niyə internetdən pul qazanmaq ? – Bu sualın cavabını bu məqalədə tapacaqsınız. Müasir dövrümüzün qaydaları ilə uyğunlaşdırılaraq online qazanc yollarının üstünlüklərinin qeyd olunduğu bu məqaləni oxumaqda böyük fayda var.
” Müasir dövrdə keçmişə nisbətdə hərtərəfli inkişaf var. Təbii ki, hər bir sahədə olduğu kimi QULDARLIQ və “ağa-qul” münasibətlərində də inkişaf özünü gözləməyə fürsət verməmişdir. Əgər keçmişdə quldar öz qulunu yemək hesabına və cüzi də olsa maddi köməklik sayəsində öz əlində saxlayırdısa, indiki dövrdə quldarlıq münasibətləri daha sivil forma almışdır.

Əslində mən də daxil olmaqla biz hamımız (qəbul etsəniz və ya etməsəniz belə) SİVİL QULlarıq.
Səbəb?
Səbəbi bəlkə də sizə məlumdur. Əksəriyyətimiz işləyirik və işimizin əvəzində müəyyən əmək haqqı alırıq. Bu proses sizlərə sivil forma almış quldar-qul münasibətlərini xatırlatmır?! Siz deyə bilərsiniz ki, o dövrdə qulların heç bir hüququ yox idi. Amma dərindən analiz aparanda özünüz üçün aşkar edərsiniz ki, elə indi də əmək münasibətlərində vəziyyət heç də yaxşı deyil. Siz nəyi isə etmək üçün işinizdəki rəhbərlikdən icazə almalısınız. Bunu etməsəniz sizləri cəzalandıracaqlar. Məsələn, siz özbaşına iş yerinizi iş vaxtı tərk edib gedə bilməzsiniz, məzuniyyətinizi əvvəlcədən rəhbərliklə razılaşdırmalısınız (bəzi hallarda hətta sizin fikrinizi bu barədə soruşmurlar. Sizin əvəzinizə nə vaxt istirahət edəcəyiniz barədə qərarlar avtomatik qəbul edilir.). Sizin yerinizə sizin iş saatlarınız ya artırıla bilər, ya da artırıla bilər (Cümlədə təkrara düşünülmüş qaydada yol verilib).Bir sözlə sizin iş saəsində təbii hüquqlarınız əslində mövcud deyil.

Əslində mən işləyib halal zəhmətlə aylıq maaş almağın əleyhdarı deyiləm və heç bir halda sizləri bundan çəkindirmək istəmirəm. Əsla!!!!! Hətta qeyd etməliyəm ki, gənc vaxtalrında xüsusən də TƏLƏBƏLİK dövründə zəruridir. Çünki işləməsək öz minimal tələbatlarımızı ödəyə bilmərik, çünki işləməsək əlimizdə ilkin kapital olmaz. İlkin kapital (500 – 5.000$ həcmində) sizin ilk biznes addımlarınızın təməli və əsaıdır. Bu barədə geniş məqalələr silsiləsi sizlərə təqdim olunacaqdır.

Qərbdə yenicə rüşeymi yaranan nəzəriyyəyə görə insanlar işə düzələrkən uğur qazanıb-qazanmamasının yeganə səbəbi – özünü qarşı tərəfə “SATMAQ BACARIĞI”ndan asılıdır. Yəni hər birimiz işə düzələndə çalışırıq yalnız müsbət tərəflərimizi göstərək. Mənfi cəhətlrimizi isə ört-basdır edirik. Nəticədə bu proses nə qədər uğurlu alınırsa, gələcək iş perspektivlərimiz də situasiyaya uyğun qurulur. Amma bu məsələnin mənfi tərəfi ondan ibarətdir ki, işə düzələrkən siz sərbəst fəaliyyət və hətta bəzi hallarda öz seçim hüququnuzu da qarşı tərəfə satmış olursunuz. Bu ərəfədə sizlərə Aleksey Lukoninin rus telekanalında verdiyi müsahibəsini dinləməyinizi tövsiyyə edirəm. Linki sizin nəzərinizə çatdırıram (müsahibə həmin şəxs RUS olduğundan rus dilindədir): Bura tıklayın. İnanıram ki, bu müsahibə sizlərin dünya görüşünüzü çox dəyişəcəkdir!

Ümumilikdə, istənilən müasir cəmiyyətdə insanlara təqdim edilən maliyyə xidmətləri məsələn kredit və onun çoxşahəli növləri, lombard və.s. bizləri “borc dərəsinə” salır. Nəticədə hər birimiz bu borcları ödəyə-ödəyə bir də başımızı qaldırıb görürük ki, ömrümüzün bir hissəsini borcları ödəməklə məhv etmişik. Vaxt isə ALLAH tərəfindən bizə verilmiş ən gözəl bəxşişlərdən birisidir! Belə olan halda gəlin bir şeyi unutmayaq – istənilən xırda bir dəyişiklik sizin gələcəyinizdə böyük nəticələrə səbəb olacaqdır. İstər səhv, istərsə də düzgün addımlar. İstənilən sizin fəaliyyətiniz sizin ətrafınızdakı mühiti dəyişir. Həyatınızda nəyə isə nail olmaq isyəyirsinizsə, qarşınıza real hədəflər qoyun, həmin hədəfləri detallı olaraq özünüz üçün izah edin və HƏRƏKƏTƏ keçin! Bu 3 nyüans birləşəndə siz artıq həyatınızı özünüz hiss etmədən belə dəyişəcəksiniz. Necə deyərlər: “Niyyətiniz hara, mənziliniz də ora”.

Növbəti məqalələrimdə hədəflər, onların düzgün təyin ediməsi üsulları və digər bu məsələlərlə əlaqəli olan incəliklər barədə aydınlıq gətirəcəm. Unutmayın, uğurunuzun açarı yalnız və yalnız öz əllərinizdədir!!!!!

Məqalənin müəllifi: Çingiz Eyvazov.

Advertisements

2 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma