Online Qazancı seçən sənsən ? Yoxsa…(Hissə 1)

Online Qazanc dünyasını seçən sənsən ? Yoxsa ?
Son zamanlar bu barədə çoxlu maillər alıram və çox maildə internetdən pul qazanmaq üçün nələrin lazım olduğunu və bu işin onlar üçün uyğun olub olmadığını soruşulur. Doğrusu, online qazanc üçün tələb olunan zəruri faktlar yoxdur və ən sadə deyimlə bir internet bağlantısı və bir kompüter bəs edər. Amma artıq, insanların bu sektorda çox az məlumata sahib olduqlarını görəndən sonra fikirlərim dəyişməyə başladı.

Nəyə Görə ?
– Çünkü, artıq yazılan maillərdə o qədər xırda suallar olur ki, bu qədər məlumat qıtlığı artlq məni də sıxır və istər-istəməz bu insanlarla işləmək cansıxıcı olur. Misal üçün aldığım bir maildə, 25 yaşlı cavan bir oğlanın verdiyi suala baxaq.

– Sual : Nurlan bank kartını necə açacam ? Bunun üçün nə lazımdır ? 25 yaşım var mənə açacaqlar ?

Sözsüz ki,bilməmək ayıb deyil,lakin bunun yerinə,
“Hansı bankı məsləhət görürsən ?”
“Özün hansı bankla işləyirsən ?”
kimi suallar verilsə idi məni o qədər də yandırmazdı. 25 yaşlı Azərbaycanlı bir gənc “Bankda hesab açılma” qaydasını bilmirsə, buna verəcək bir ad tapıram, o da “Məlumatsızlıq və Tənbəllik”.
Düzdür, bacardığım qədər kömək etməyə çalışsam da sonda bu insanlardan bundan daha ağır cümlələr eşidirəm və artıq o insanı özünə buraxıram. Online Qazanc dünyasında bu cür insanların 90% – ı qazanc əldə edə bilmir və öz bacarıqsızlıqları və tənbəllikləri ucbatından, ətrafda bütün sektora ləkə gətirəcək ifadələr işlədirlər. Asan-asan heçkim “Mən bacarmadım” deyə bilməz hər halda, lakin “intenetdən pul qazanan” insanları da yox sayaraq yalan ifadələr işlətmək düzgün deyil. Bu insanları sadəcə boş buraxmaq ən yaxşı yoldur.

Bəs Online Qazanc Dünyasında uğur qazanmaq üçün nələrə sahib olmam gərəkdir, ilk başda ?

A) İnternetdən pul qazanmaq kimlər üçün uyğundur?
Təəssüf ki, internetdən hər kəs pul qazana bilməz. Əgər daha fayl endirməyi belə bilmir, facebook’da hesab açmağı bacarmır, kompüterə bir kosmos vasitəsi kimi baxır, sadə şeyləri asanca qavraya bilmirsinizsə bu işə başlamamalısınız.

B) Ali Təhsil ilə əlaqəsi var mı ?
İnternetdən pul qazanmaq üçün universitet bitirməyə ehtiyyac yoxdur. Orta təhsilli bir insan belə bu işləri görə bilər. Üniversitet bitirməyiniz sizə müsbət tərəflər və üstünlüklər gətirəcək lakin, olmazsa da olmaz deyildir. Qısaca, ali təhsil ilə əlaqəsi yoxdur.

C) İnternetdən doğurdanda pul qazanmaq mümkündür ?
Daha çox bu sualı sektorda olan yeni insanlar verirlər, lakin bir az başqa tərzdə, özlərinə yönləndirilmiş bir tərzdə.
“İnternetdən 100% pul qazanacağam mı ?”
Bu sualın cavabını mən belə verərdim. Çox gözəl bir misal var “Quran oxudun deyə cənnətə düşülmür, oxuduqlarına düzgün əməl etməlisən” Oxuduqlarına əməl etməsən cənnəta düşərsən mi? Xeyir !
Online qazanc sektoru da belədir, nə qədər çox bilirsən bil, nə qədər çox oxuyursan oxu, düzgün əməl etmədikcə qazanmayacaqsan.
Nəticədə yuxarıdakı sualın tam cavabl budur: İnternetdən 100% pul qazanmaq mümkündür, amma sən qazamacaqsam mı ? Bu artıq sənin oxuduqların, bildiklərin və öyrəndiklərini nə dərəcədə düzgün yerinə yetirdiyindən asılıdır. Qısaca, hər şey öz performansından asılıdır.

D) İnternetdən nə qədər pul qazana bilərəm ?
Online qazanclarınıza bir məhdudiyyət qoyulmur, lakin bu hər zaman eyni olmur. Bunlar sizin
– İşinizə ciddi yanaşıb yanaşmamağınızda
– Nə dərəcədə vaxt ayırdığınızdan
– Hədəflərinizin olub olmamasından
– Seçdiyiniz qazanc metodundan
– İşlədiyiniz proqramlardan və davamiyyət müddətindən
– Qurduğunuz strategiyadan
– Əgər məhsul satışı ilə məşqulsunuzsa,düzgüm məhsulu seçib seçmədiyinizdən
– Satdığınız məhsulun satış göstəricilərindən
– Reklam xərcləri edib etməməyinizdən
– Digər xərclərinzin olub olmamasından

və.s kimi faktorlardan asılıdır. Mən bu gün bilirəm ki, hədəfləri olan bir insan bu işdə müəyyən müddət işlədikdən sonra gözəl qazanclar əldə edə bilər. Buna görə də, bu sualın da cavabı sizdən asılıdır.

E) İnternet istifadəçiləri bu baxımdan neçə qrupa bölünürlər ? Araşdırmalarım zamanı özünü doğrultmuş belə bir nəticəyə gəldim ki,istifadəçilər bu baxımdan 3 qrupa bölünürlər.
– 1 İnternetdən pul qazananlar – Bu insanlar internetdən qazanc işini özlərinin ilk başda duran işi kimi görür və ciddi yanaşırlar. Daha dəqiq desəm, bu işi ənənəvi bir iş kimi görürər. Ciddi yanaşdıqları üçün, ciddi də gəlirlər qazanırlar

– 2 İnternetə pul qazandıranlar – Facebook kimi sosial şəbəkələrdə saatlarla vaxt sərf edən insanlar, gününün yarısını internet qarşısında mənasız işlərlə məşqul olanları və qarşısına çıxan bütün linklərə klikləyərək gün boyunca online surf edən insanları misal gətirmək olar. Özləri fərqində belə olmadan, minlərlə insana pul qazandırırlar, yəni onlar üzərindən pul qazanılır.

– 3 İnternetdən pul qazandığını sayanlar – BUX və bənzəri sistemlərdə, və ya SCAM sistemlərdə balanslarında olan 10$-15$ pulu görüb sevinərək pul qazandığını sayan insanlar bu kategoriyaya aiddir.

Hələlik bu yazım sona çatır. İkinci hissədə isə inşallah bu faktları və araşdırmaları artıraraq daha uzun və informativ yazı yazmağa çalışacağam. Köməkcil yazı olması diləyi ilə bu yazımı burada bitirirəm.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma