“HƏDƏF KÜTLƏ” və Qazanc – Affiliate Marketing (Hissə 5)

İnternetdən pul qazanmaq üçün, strategiyadan asılı olaraq ya bir sayt açılır, ya da sayt açılmadan affiliate link ilə reklam edilərək satış olunur. Kimi sərmayəsi olmadan qazanmaq istəyir (Əkinçi üsulları ilə), kimi isə sərmayə qoyaraq (Ovçu üsulları ilə). Fərq eləməz, hər iki yolla da pul qazanmaq üçün reklam mütləqdir. İstər pullu, istər pulsuz reklam, reklam şərtdir. Bəs HƏDƏF KÜTLƏ anlayışı nədir və buna nə dəxli var ?

Onilne pul qazanmaq üçün Affiliate Marketing (bilmirsənsə nədir kliklə) ilə ovçu və ya əkinçi strategiyasını seçməyinizdən asılı olmayaraq, reklam veririsiniz. Bunlar arasındakı fərq, reklamların ovçu strategiyasında pullu, əkinçi strategiyasında isə pulsuz olmasıdır. Reklam verən zaman isə bilinməsi gərəkən ən vacib xüsusiyyət isə “HƏDƏF KÜTLƏ” dir.

Nədir bu HƏDƏF KÜTLƏ ?

Bunun üçün aşağıdakı suallara baxaq :

– Reklam edilən məhsul nədir ?
– Məhsulun kategoriyası hansıdır ?
– Reklam verən bir şəxs bu reklamı kimə edir ?
– Reklam olunacaq nsanların cinsiyyət növü ? (Var/Hamı Üçün)
– Məhsulun reklamı hansı saytlarda yayımlanır ?

Bu sualların cavablarını bir misal ilə izah edim. Misal olaraq;

– Reklam etdiyimiz məhsul – Arıqlama Dərmanıdır (Online olaraq satılır).
– Məhsulun kategoriyası – Sağlamlıq və Fitnes

İlk 2 sualın cavabını dəqiqləşdirdik sonrakı 3 sualın cavabı isə – HƏDƏF KÜTLƏDİR, yəni;

– Reklam verən bir şəxs bu reklamı kimə edir – Arıqlama dərmanı kimlər üçün reklam edilər ? İstənilən bir məhsul HƏDƏF KÜTLƏ üçündür. Bizim məhsul isə sözsüz ki, arıqlamaq istəyən insanlar üçün. Artıq çəkidən əziyyət çəkən insanlara reklam olunacaq bu reklam.
Deməli, HƏDƏF KÜTLƏMİZ – arıqlamaq istəyən insanlardır.

– Reklam olunacaq nsanların cinsiyyət növü (Var/Hamı Üçün) – Mənim gətirdiyim misalda satılan məhsul, yəni arıqlama dərmanı fərz edək ki sırf olaraq xanımlar üçün nəzərdə tutulmuşdur. Elə məhsullar var ki, cins kategoriyası yoxdur. yəni hər kəs üçün nəzərdə tutulur.
Deməli, HƏDƏF KÜTLƏMİZ – arıqlamaq istəyən xanımlardır.

– Məhsulun reklamı hansı saytlarda yayımlanır – Məhsulumuz arıqlama məhsuludur və bu məhsul arıqlamaq istəyən xanımlar üçündür. Kategoriyamiz isə – Sağlamlıq və Fitnes, deməli bizim üçün reklam olunacaq sayt belə olmalıdır:

– Saytın mözsusu – Sağlamlıq və Fitnes kategoriyasında olmalıdır.
– İstifadəçilərinin çoxluğunu xanımlar təşkil etməlidir.
İlk addımda bu saytlara reklam verərək (pulsuz/pullu), statistikaları gözdən keçirmək lazımdır, və görəcəyik ki reklam klikləri və satışları çoxluq təşkil edir.

Bundan başqa Sağlamlıq və Fitness kategoriyasında olan forumlara, bloglara reklam verə bilərik. ÇÜnkü, bu saytlarda olan istifadəçilər sırf bu kategoriya ilə maraqlanan insanlardır. Deməli, bizim kriteriyalarımıza uyğun reklam platformlarıdır.

Qısaca olaraq demək lazım olarsa;
HƏDƏF KÜTLƏ – məhsulun satılacağı olan və məhsulun birbaşa alıcıları olan insanlardır.

Daha bir misal çəkərək yazını sonlandırım.
– Gözləri uzaq məsafəni yaxşı görməyən bir insana, yaxın üçün olan eynək satıldığını görmüsünüz ?
və ya
– Eşitməyi bacarmayan birinə, musiqi player satıldığını ?

Nəticədə,
Yaxın məsafə görüntüsütün yaxşılaşdırmaq üçün olan eynəyin satılacağı HƏDƏF KÜTLƏ – Yaxını yaxşı görməyən insanlar,
Musiqi Playerin satılacağı HƏDƏF KÜTLƏ isə – Eşitməyi bacaran insanlardır.

Bacardığım qədər açıq şəkildə oxuyuculara HƏDƏF KÜTLƏ terminini izah etməyə çalışdım. Bir sonrakı yazımda isə, HƏDƏF KÜTLƏ və Online Qazanc haqqındalı əlaqəni danışacam.

Abbaszadə Nurlan

Advertisements

One comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma