Online Əkinçi olaraq pul qazanmaq – Affiliate Marketing (Hissə 3)

İnternetdən pul qazanmaq üçün insanlar müxtəlif yollardan istifadə edirlər. Bu yollar həddindən artıq çoxdur, və online qazanc üçün kimə hansı uyğundursa o yolu izləyərək pul qazanır. Bu yazımda internetdən pul qazanmaq yollarından biri olan Affiliate Marketing haqqında danışacam yenə. Affiliate Marketing – in nə olduğunu bilməyən insanlar adlı yazımı oxusunlar. Affiliate Marketing-in nə olduğunu bildik. Bəs təməl olaraq Affiliate Marketing ilə online qazanc neçə cür olur. Bu yazımda bunu açıqlayacağam.

Affiliate Marketing ilə online qazanc 2 cür olur.
1) Əkinçi Strategiyaları (Bu strategiyalara Əkiçni adı verilmişdir)
2) Ovçu Strategiyaları (Bu strategiyalara Ovçu adı verilmişdir)

Bu yazımda Affiliate Marketing ilə Əkinçi olaraq pul qazanmaqdan bəhs edəcəm. Nəyə görə Əkinçi strategiyaları deyilir. Bu sualın cavabını bilmək üçün real həyatda əkinçilər nə ilə məşquldurlar ona baxaq.

Real həyatda əkiçnilər :

Əvvəl tarlalarını əkinə ayına hazırlayarlar.
Əkinə tarla hazır olunca əkərlər.
Arada bir tarlalarını nəzarət etməyə gedərlər.
Biçim mövsümü gələnə qədər heçbirşey etməzlər.
Biçim zamanı da pullarını qazanarlar.

İnernetdə Online Əkinçi olaraq pul qazanan insanlar da eyni addımları izləyərlər :

Qazandıracaq bir proyekt taparlar.
Öz tarlalarını hazırlayar və internetdə uyğun əkin sahələri də taparlar.
Doğru üsulları tətbiq edərək qazanc toxumlarını əkərlər.
Sonra normal əkinçilər kimi heçnə eləməzlər.
O toxumlar fidan olar, ağac olar meyvə verər (pul qazandırar).
Aradabir qazanclarına nəzarət edərlər.

ƏKİNÇİ OLMANIN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

1) Cibinizdən 1 Manat belə çıxmadan qazana bilərsiniz. Yəni, sərmayəyə ehtiyyac yoxdur.

2) Bir neçə aya sisteminizi qurarsınız və bundan sonra kompüterinizi 1 ay belə açmasanız pulunuz bank hesabınıza yatar.

3) Pul itirmə riski yoxdur, çünki investisiya etməzsiniz. Reklama və başqa şeylərə pul xərcləmirsiniz.

ƏKİNÇİ OLMANIN ƏKSİKLƏRİ NƏLƏRDİR?

Online Əkinçi olaraq pul qazanmaq əmək istəyir. Sıfırdan başlasanız ilk aylarda qazancınız az olar və hətta heç olmaz. Bu az pul qazanmaq müddətini səbirlə keçsəniz bundan sonra qazanmağa başlarsınız.

ƏKİNÇİ OLARAQ QAZANMAQ KİMLƏR ÜÇÜN UYĞUNDUR?
Riskə atacaq sərmayəsi olmayanlar.
Əmək verməkdən çəkinməyəcək olan insanlar.
İnternetə gündə 1 saat ayırabilecekler (bir neçə ay üçün).

Bu yazılarımın ardı olacaq. Çünkü, bu sahədə çoxlu suallar alıram, ona görə də ardı olacaq.

Abbaszadə Nurlan.

Advertisements

2 comments

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma