Maddi müstəqilliyin yolu İnternetden keçir – Çingiz Eyvazov

Yaxın bir dostmunun yazdığı məqaləni oxuyucularımla paylaşmaq istəyirəm. Online qazanc barəsində yazılmış çox gözəl bir məqalədir. Bütün oxuyuculardan sonuna qədər oxumalarını tövsiyyə edirəm. Online qazanc dünyasına inanmayan insanların oxuması mənim üçün vacibdir. Çünkü, bu məqaləni oxuduqca bəzi xüsisouuətlərin özünüzdə də olduğunu görəcəksiniz.

Məqalənin müəllifi: Çingiz Eyvazov.
Mənbə : http://ideaforus.wordpress.com/2012/05/18/the-way-to-wealth/

Maddi müstəqilliyin yolu İnternetdən keçir. İlk öncə bu mövzuya tunanda maddi müstəqillik anlayışını dərk etmək kimi vacib və önəmli nyüans ortaya çıxır. Maddi müstəqillik odur ki, siz əlinizdə olan pullardan asılı deyilsiniz, əksinə pullarınızla istənilən ehtiyacınızı ödəyə bilirsiniz. Yəqin edirəm ki, hər birinizbu formula ilə razılaşırsınız. Sizin maddi cəhətdən müstəqil olub-olmamanızı özünüz təyin edə bilərsiniz. Əgər siz dükana, restorana və ya digər yerlərə gedib ərəb stilində yazılmışları oxuyursunuzsa (ərəblər yazını sağdan sola oxuyurlar), yəni birinci məhsulun və ya xidmətin qiymətinə fikir verirsiniz, sonra isə onun keyfiyyətli olub-olmamasina, deməli, siz maddiyyatın əsirisiniz! Təəssüflər olsun ki, yer üzündə yaşayan insanların 90%-i “ərəbcə oxumaq” məcburiyyətindədir.

Maddi müstəqillik (Pul) azadlıq kimi insan üçün çox önəmlidir. Çünki, pul alətdir, maliyyə alətidir. Pul sizləri mən içində olmaqla arzularınıza, hədəflərinizə çatdırır. Pul əl çirki deyil! Pul şər qüvvə də deyil. Əksinə, pul insanların daxilində gizlənmiş EQO-larını, onların iç “MƏN”-lərini qabarıq şəkildə üzə çıxarır. Niyə qabarıq?! Bunu sadə misalla aydınlaşdıraq. Sizin neçə illər tanıdığınız insan birdən varlanır. Sizinlə rastlaşanda hiss edirsiniz ki, qarşınızdakı şəxs mənən dəyişib. Bir az söhbət etdikdən sonra hərə öz yoluna davam edir. Həmin adamı tanıyan digər insanla üz-üzə gələndə əvvəl gördüyünüz ümumi tanışınız haqqında belə söyləyirsiniz: “Filankəsə rast gəldim, yaman dəyişibdir. Pul insanı necə də qudurdarmış!” Yəqin ki, çoxumuza bu ifadələr tanış gəlir Əslində pulun olması və ümumiyyətlə pul faktoru burada böyük rol oynayır. Amma hansı rolu oynayır? Pul sadəcə LAKMUS rolunu oynayır. Neçə illər sizin, bizim, onların gizli qalan tərəflərini qabardır, üzə çıxarır. Əgər müşahidə etməyə imkanınız olubsa, mənim fikrimlə razılaşarsınız ki, zəngin insanlar təbiətcə (əksər hallarda, təbii ki, tam əksi olan hallar da var) sadə, lakin özünə inamlı olurlar. Sadə çünki, onlar artıq lazım olan dairələrdə tanınırlar, özünəinamlı çünki, hədəflərə çatmaqda mahirdirlər, planlı insanlardır. Əksər hallarda həyatım həm acı, həm şirin tərəflərini görüblər. El arasında demişkən: “Bərkə boşa düşüblər”.

İndi isə keçək əsas mövzuya – maddi müstəqilliyin internet üzərindən təmin olunması məsələsinə. İnternet həqiqətən də ucu-bucağı olmayan virtual məkandır. Bu virtual məkan qismən də olsa, dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq (terrorizmlə mübarizə, kibernetik cinayətlər, vergi tənzimləmələri və.s.) yalnız xüsusi tənzimləmədən savayı internet məkanını tam nəzarət altında saxlaya bilmir, buna heç bir dövlətin resursları çata bilməz (söhbət təbii ki, dünya dövlətlərindən gedir). Beləliklə, insanlar çox vaxt öz təbii azadlıqlarını internetdə tapırlar. Əgər diqqət yetirsəniz görəcəksiniz ki, hər bir ölkədə harda virtual məkan yüksək səviyyədə inkişaf edib, çox insanlar işləmədən və ya daha dəqiq desəm, özləri üçün (diqqət edin – özləri və yalnız özləri üçün işləyərək) çox böyük pullar qazanırlar. Təbii ki, bir sıra tanınmış insanların adlarını çəkmək olar. Misal üçün, Amerikada Mark Tsukerberq, Rusiyada Aleksey Lukonin, Vladimir Dovqan və.s. İndi sizə adlarını sadaladığım insanlar ənənəvi internet biznesləri vasitəsilə zənginləşiblər və nəticədə maddi müstəqillik əldə ediblər. Bunu elə-belə qeyd etmədin Məsələ burasındadır ki, internet biznes məkanını (ixtisarla bundan sonar İBM kimi yazacam) iki hissəyə ayırd etmək olar:

1. Ənənəvi İBM (Facebook, Odnoklassniki, AVON, Coca-Cola və.s.);
2. Qeyri-ənənəvi İBM (Şəbəkə Marketinqi və HYİP-lar(qısamüddətli, orta müddətli və uzunmüddətli)).

1. Ənənəvi İBM-ə sosial şəbəkələrin yaradılması, saytların yaradılması, internet (onlayn) maqazinlərin yaradılması və.s.
Ənənəvi İBM-lər adətən leqal olur (əksər hallarda) və cəmiyyət tərəfindən normal qarşılanır. Bunun da səbəbləri var. Bu mövzuya başqa məqaləmdə toxunacam. Çünki, olduqca geniş mövzudur və ayrıca mövzu kimi oxucuların diqqətinə çatdırılmağa layiqdir.
2. Qeyri-ənənəvi İBM çox insanlar tərəfindən ya tanınmır, ya da ki, güvən yaratmadığı üçün müsbət qarşılanmır. Daim tənqid obyektinə çevrilir. Bu sahəyə adətən şəbəkə marketinqi və HYİP-lar aid edilir. HYİP ayrıca bir mövzu olduğundan bu barədə ayrıca yazılacaq. Bu sahənin yaradıcıları nə yəhudilər, nə də ki, amerikalılardı. Bu sahə məktəbli uşaq tərəfindən Pay İt Forvard sistemi kimi yaradılmışdır. Sadəcə insanların bir-birinə kömək etməklə hamının rifahının yaxşılaşmasını özündə ehtiva edir bu sistem. Sadəcə sonradan sistem daha da təkmilləşdirilərək şəbəkə marketinqi formasını almışdır. Bu sahə dünya dövlətləri tərəfindən aqressiya ilə əksər hallarda qarşılanır. Buna səbəb bu sahənin yeni və innovativ olmasıdır. Bu həm dövlətləri, həm də insanları çox qorxudur. Amma, maddi müstəqilliyi təmin edə biləcək və hər bir insana bərabər şəkildə bu imkanı yaradan sahədir- ŞƏBƏKƏ MARKETİNQİ. Dünyada sizin təsəvvürünüzə gətirə bilməyəcəyiniz sayda insanlar var ki, bu işin sayəsində milyoner və ya milyarder həyatı sürürlər. Şəbəkə marketinqi dedikdə, 98% insanlar fikirləşirlər ki, bu işə mütləq qaydada özləri qoşulandan sonra kimlərisə dəvət eməlidir. Bu həm belədir, həm də yox. Niyə?! Çünki, internet şəbəkə marketinqi proyektləri içində elələri də mövcuddur ki, siz tək özünüz kifayət qədər yaxşı pullar qazana bilərsiniz və nəticədə maddi müstəqilliyinizi əldə edə bilərsiniz. Amma hər bir biznes sahəsində olduğu kimi bu işə də maddi yatırımlar edilməlidir. Belə proyektlər tam qanunidir və qeydiyyatda olduğu ölkənin qanunvericiliyi ilə tənzimlənir. Sadəcə siz gördüyünüz işi Azərbaycanda leqallaşdırmaq üçün VÖEN açdırıb, mənfəət vergisi ödəməlisiniz. Qeyd etdiyim biznes sizlərə ayda 1.000, 5.000, 10.000 və ya daha çox qazanc gətirə bilər. Sadəcə bu cür qazancları əldə etmək təbii ki, müəyyən zaman tələb edir. Heç kim, 1-2 aya bu qeder qazanc əldə edə bilməz. Bu cür qazanclar üçün kifayət qədər düzgün düşünülmüş biznes plan və ya biznes strategiyanız olmalıdır. Məhz şəbəkə marketinqi sizləri rezidual gəlirlərə çatdıra bilər. Rezidual gəlir başqa sözlə desək passiv gəlir maddi müstəqilliyin elmi-iqtisadi termin ekvivalentidir.
İnsanlar adət ediblər ki, gündəlik işləri olsun, buna baxmayaraq kimi dindirsən aydın olur ki, məcburən işləyirlər və hamısı varlanmaq istəyirlər. Çox az sayda insanlar da var ki, onlar hazırki işlərini bəyənirlər və stabilliyi məhz öz işində görürlər. Maraqlı təzad da məhz ondan ibarətdir ki, insanlar məcburi işləyirlər ki, minimal və ya ortabab yaşayış tərzlərini təmin edə bilsinlər amma bununla belə varlanmaq üçün heç bir addım atmırlar. Və yaxud da ümumiyyətlə bu situasiya ilə barışıblar. Axı, hamı onun kimi işləyir. O, niyə digərlərindən fərqlənməlidir?! Niyə özünü naməlum və baş açmadığı sahəyə atmalıdır?! Əgər siz özünüz-özünüzə bu cür “Niyə” sualları tez-tez verirsinizsə, o zaman sizə təəssüflə demək məcburiyyətindəyəm ki, bu cür yanaşma sizi heç də yaxşı və parlaq gələcəyə aparmır. “Mən ağ qarğa deyiləm, mən hamı kimi QARA QARĞAYAM!” – bu o deməkdir ki, siz digər insanların sürdüyü həyat tərzi ilə artıq razılaşmısınız. Sizin daxilinizdə qorxu hissi mövcuddur ki, birdən nəyi isə düz eləmərəm bəs onda mənə nə deyərlər. Başqaları mənim haqqımda nə düşünər. Amma unutmayın ki, siz həyatınızı başqaları üçün yaşamırsınız. Həyat sizə bir dəfə hədiyyə kimi verilir, çalışın ki, qocalanda pensiyaya möhtac olmayasınız. Gələciyinizi indidə düşünün. Hələ ki, gec DEYİL!!!!!
Nədənsə, bütün insanlar şəbəkə marketinqinə dəvət edildikdə, standart yanaşma tərzini önə çəkirlər. Sanki bununla da özlərini müdafiə edirlər. Amma adətən müdafiə təhlükə hiss olunanda aktivləşir. İnsanlar təhlükəni nədə görürlər. Gəlin sizlərlə aşağıdakı yanaşma tərzlərinə diqqət yetirək.

İşə yanaşma tərzi N1: “Güvənli işdir?” – Güvənli iş yoxdur! Bu həqiqəti dərk edin. Hətta sizin stabil (sabit) hesab etdiyiniz indiki işiniz belə nə vaxtsa qapılarını sizin üzünüzə bağlayacaqdır. Düşünməyiniz üçün xırda bir sual: Məgər siz misal üçün kiçik bir dükan açanda əvvəlcədən əmin olursunuz ki, güvənlidir bunu etmək ya yox? Bu işdə risk var ya yox? Siz öncədən gözəl dərk edirsiniz ki, hər bir biznes yüksək risk mənbəyidir. Buna görədir ki, biznes aleator kateqoriyaya daxil edilir.

İşə yanaşma tərzi N2: “Yox, Bu iş mənlik deyil!” – bu iş həqiqətən bu cür sözləri işlədən insanlara aid deyil. Bu işə qatılmaq üçün qərarlı və israrlı olmaq lazımdır. Yarana biləcək çətinliklərə sinə gərmək lazımdır.

İşə yanaşma tərzi N3: “Bu cür işlər başdan-ayağa fırıldaqçılıqdır!” – sadəcə bu işi sizə təklif edən şəxsi siz dolayısı yolla ya fırıldaqçı, ya sadəlövh, ya da ki, ağılsız adlandırdınız. Sonradan təəccüblənməyin əgər bu sözü işlətdiyiniz insanın münasibəti sizə qarşı soyuqlaşıbsa.

İşə yanaşma tərzi N4: “Mən filankəsi tanıyıram, o heç nə qazana bilməyib. Əlində olanını da itiribdir” – Məsələ burasındadır ki, dərindən araşdıranda məlum olur ki, filankəs tamamilə başqa bir işlə məşğul idi və dostunun indi ona təklif etdiyi işlə heç bir əlaqəsi yoxdur. Və ən əsası siz filankəs deyilsiniz. İnsanlar standart yaradılmayıbdır. Sizin əqliniz və bacarıqlarınız tamamilə digər insanların adıçəkilən xüsusiyyətlərindən fərqlənir. Birinin uğur qazanmadığı sahədə siz böyük uğurlar əldə edə bilərsiniz!!!!!
İşə yanaşma tərzi N5: “Mənim pulum yoxdur. Pulum olan kimi qoşulacağam” – ən populyar situasiya! Yaxşı olardı ki, bunu işlədən insan birbaşa İSTƏMİRƏM və ya YOX soyləyərdi. Pul yoxdur anlayışı yoxdur! Əgər sizə təcili hansısa iş üçün pul lazım olsa, əmin edirəm sizləri – tapacaqsınız.
Sonda toxunduğum mövzunu yekunlaşdıraraq söyləmək istərdim ki, biz insanlar unikal varlıqlarıq. ALLAH bizi sirli və möcüzəli yaradıb. Daxili potensialınızı üzə çıxardın!!!!! Sizin maddi müstəqilliyiniz yalnız və yalnız rezidual, passiv gəlirdən ibarət ola bilər. İnternetdə qeyri-ənənəvi və ya ənənəvi bizneslər bunun üçün ən gözəl alətdir. ALLAH insanlara digər insanların vasitəsilə kömək əlini uzadır. Bunu unutmayın! Bu arada “Həm ziyarət, həm ticarət” filmindən bir fraqment yadıma düşdü. Filmin baş qəhrəmanı güzgü qarşısında durub öz-özünə lətifə danışır. Həmin lətifə belədir: “Bir Şəkili hər gecə ALLAHA dua edir. Dua edəndə hər dəfə deyir ki, ay ALLAH sən özün mənə çoxlu pul yetir ki, bu kasıbçılıqdan canım qurtarsın. Kişi hər gecə yatmamışdan öncə bunu təkrarlayır. Bu cür gecələrdən birisində kişi yenə dua edəndə ALLAH ona deyir: “Ay kişi sən heç olmazsa bir loterea al ki, MƏN də sənə kömək edə bilim”. Çalışın, hərəkət edin ki, ALLAH da sizə bərəkət və var-dövlət yetirsin. Türklər demişkən “İşte bu kadar”.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma