Viral Marketing Və Online Qazanc

Viral Marketing – terminini ilk dəfə eşidənlər var aranızda bilirəm. Çünkü, bu günə qədər Azərbaycan saytları arasında online qazanc barədə yazılarda bu terminə rast gəlməmişik. Viral Marketing – saytlara böyük bir traffik gətirən və yüksəldən bir avtomatlaşdırılacaq sistemdir. Bu marketing qaydasından düzgün istifadə olunduğu zaman çox böyük effektlər verir. Bəs bu sistemin nəyə xeyiri var ?

Viral marketing nədir?
Viral marketing, ən sadə tərifiylə, sosial media və digər üzvi ünsiyyət kanallarını istifadə edərək, yayılması planlanan məzmunun, təyin olunan hədəf kütləyə ən təsirli və səmimi bir şəkildə çatmasını məqsəd qoyan bir taktikadır. Ya da qısacası insandan insana keçən fikirdir!

Başda video olmaq üzrə, şəkillər, səs faylları,təqdimatlar və hətta mətn əsaslı fayllar belə viral marketingin əsas faktorları sayılır.

Müvəffəqiyyətli bir viral marketinq kampaniyası hansı proseslərdə ələ alınmalıdır?

Viral bir kampaniya 4 mərhələdə ələ alınmalıdır.

Strategiya: məqsədlərin müəyyən edilməsi, hədəf kütlənin təyin olunması, markaya qatılacaq dəyərin təyin olunmas.

Yaradıcı Proses: yayılmağa uyğun fikirlər olması .. İnsanlara paylaşmaq üçün səbəb vermək ..

İstehsal: Fikrin, doğru şəkildə həyata keçirilməsi. Yaradacaq olduğunuz faylı doğru bir şəkildə düzəldin və xırda səhvlərə belə yol verməyin.

Yayılam və İzləmə: strategiyada təyin olunan hədəf kütləyə müəyyən yollar ilə çatmaq və təsiri izləyib hesabatlar aparmaq. Yəni, tutaq ki hazırladığınız bir video və ya təqdimat hansı saytlarda nümayiş olunub, neçə nəfər baxıb və.s

Viral kampaniyada istifadə videonun daşıması lazım olan xüsusiyyətlər nələrdir?
İstehsal mərhələsində nələrə diqqət edilməlidir?

Əslində viral marketingin ən məşhur nümunələrindən biri videolar olsa da, bu anlayışı videonun xaricinə çıxarmaq lazımdır. Hər hansı bir fotoşəkil, mp3, oyun hətta Powerpoint təqdimatı belə viral yollarla dağılaraq səs-küy qopara bilər.

Burada diqqət yetirilməsi lazım olan ən böyük şey fikriniz, viral yolla yayılacaq olan faylınızın (video,səs,mp3, və.s) sahib olub olması mütləq olan struktura malik olmaısıdır.

Məsələn “Bu fayla baxan insanlar fayl haqqında nə düşünür ?” “Düzdür mü görəsən ?” Yox,qəti kompüter hiyləsidir bu iş” kimi düçüncələri yaranır mı fayl haqqında ?. Daha aydın açıqlasaq, yaratdığınız fayl hər nədirsə və hər nəyin haqqındadırsa insanlarda maraq oyatmalıdır.

Viral kampaniyanın yayılam müddətində istifadə ediləcək vasitələr hansılardır?
Bu vasitələri istifadə edərkən diqqət yetirilməsi lazım olan ünsürlər nələrdir?

Bu vasitələr də kampaniya fikrinə bağlı olaraq təbii ki dəyişir. Məsələn yaymaq istədiyiniz iş bir videodursa ilk ünvan video paylaşma saytları olmalı. Bu ictimai şəbəkələr və bloglar başda olmaq üzrə bütün sosial mediada da yayıla bilər.

Əsl edilməsi lazım olen şey, faylı ilk doğru insanlar üzərindən və doğru zamanda paylaşmaqdır. Çox insan klikləsin deyə deyil, çox fikir yaransın deyə paylaşın fayllarınızı.

Viral kampaniyanın nəticələrini ölçmək üçün istifadə ediləcək yollar nələrdir?
Bu analizləri apararkən köməkçi vasiətlər nələrdir?

Kampaniya fikrinə görə dəyişir olsa da ən əhəmiyyətli məlumatlar, işin neçə dəfə izlənildiyi / qulaq asıldığı, sosial paylaşma vasitələri üzərindən neçə adamla paylaşıldığı, Favoritlərə əlavə olunub olunmadığı, aldığı səs göstəricisi, edilən şərhlər, yaratdığı müzakirələr, paylaşılan platformlar və eyni adam tərəfindən birdən çox baxılıb baxılmadığıdır.

Ölçmələr nöqtəsində da sosial media və video təqib sistemləri istifadə olunacaq ilk vasitələrdir. Çünkü, hal-hazırda ən çox istifadə olunan və ən çox traffik dövriyyəsinə sahib olan sistemlər,video paylaşım saytları ilə sosial şəbəkələrdir.

STRATEGİYA !

Yaradacağınız fayl video olacaqsa ,
1) YouTube başda olmaqla populyar video paylaşım saytlarında paylaşın.
2) Video məzmununa görə açar sözlər bəlirləyin.
Misal üçün., video internetdən pul qazanmaq haqqındadırsa, açar söz olaraq “online qazanc, internetdən pul qazanmaq” kimi sözləri istifadə edin.
3) Videoda özünüz də danışacaqsınızsa ortada “a,e,o,ııı” kimi uzatmalara yol verməyin. Aydın və açıq danışın, çünkü bu video izləyənləri yora bilər.
4) Əgər videoda danışıq olmayacqsa, insanları yormayan və enerji verəcək bir fon musiqisi əlavə edin videoya.
5) Bu videonu Sosial Şəbəkələrdə Paylaşın. Ən əsas da, video məzmunu ilə əlaqəli olan sosial səhifələrdə (facebook səhifələri) paylaşın. Çünkü, daha çox hədəf kütlə burada olur.

Yaradacağınız fayl powerpoint təqdimat olacaqsa,
1) Hazırlayan zaman məzmuna bağlı fon şəkillərindən istifadə edin.
2) Slidelar arasında zaman fəqrini çox qısa etməyin.
3) Hazırladığınız təqdimatları http://www.slideshare.net/ saytında paylaşın.
4) Sosial Şəbəkələrdə və Səhifələrdə mütləq paylaşın.

Bu yazım online qazanc dünyasına addım atan insanlar üçün giriş yazısı olaraq deyil, professional olaraq yazılmışdır.
Yəni, burada yazılan taktikalardan online qazanc ekspertləri istifadə edirlər.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma