Online Qazanc Sektorunun Dirəyləri – SEO (Hissə Bir)

Online qazanc sektorunun dirəyləri olan SEO nədir ? Nə işə yarayır. Funksiyası və algorirtmi necədir ? Bütün bu sualların cavabı sözsüz ki internetdən pul qazanmaq istəyən insanlar üçün vacibdir. Nəyə görə ? Çünkü, SEO ümumi Online Marketing sahəsinin dirəyidir. Yazının ardında SEO – nun Marketerlar üçün əhəmiyyətindən danışacam. Google axtarışları ilə SEO arasında nə kimi əlaqə var izah etməyə çalışacam. Yazı çox maraqlı yazıdır.

SEO Nədir ?
SEO – İngilis sözündən götürülmüşdür və mənası Search Engine Optimization sözlərinin baş hərflərinin birləşməsindən yaranan Axtarış Motoru Quruluşu deməkdir.
Niyə Axtarış Motoru ? Çünkü SEO saytlar üzərində qurulur. Müəyyən bir saytın Google – sistemində axtarılan açar sözə görə ilk sırada olması üçün edilən əməliyyatlara SEO deyilir. Misal üçün, sənin saytında iş elanları yerləşdirilir və saytında iş axtaran insanların CV-ləri qeyd olunur. Google – da iş axtaran bir insan sözsüz ki “iş axtarıram” deyə bir axtarış edəcək. Bu axtarışı edən insan qarşısına ilk səhifədə və hətta ilk beşlikdə çıxan saytlara girərək oradakı elanlarla maraqlanacaq. Əlbətdəki o insanın sənin saytına daxil olmasını və sənin saytındakı elanları izləməsini istəyirsən. Bunun üçündə saytına SEO qurmalısan. Yəni, “iş axtarıram, boş iş yerləri, işçi axtarılır” və başqa bu kimi sözlər Google – da axtarılan zaman, sənin saytının ilk səhifədə olmasını təmin etmək üçün etdiyin əməliyyatlar SEO sayılır. Axtarılan sözlər isə açar sözlər adlanır. Deməli belə bir nəticəyə gələrək sadə dillə deyək, əgər uyğun açar sözlərə görə saytının Google – da ilk səhifədə olmasını istəyirsənsə saytın üzərində SEO taktikaları qurmalısan.

Açar Söz Nədir ? SEO Üçün Əhəmiyyəti ?
Google – da axtarılan bütün sözlər, bütün kəlimələr açar söz adlanır. Açar sözlər saytımızın dirəkləridir deyə bilərik çünkü sayta daxil olan istifadəçi sayısını artırmaq üçün saytımız hansı mövzudadırsa o açar sözləri artırmaq lazımdır. Misal gətirək. Sənin saytında televizorlar barədə məlumatlar olur, faydalı yazılar yazılır, hansı televizorlar ucuzdur, hansı televizorlar keyfiyyətlidir, hansıları məsləhətlidir kimi məlumatlar yerləşir. Bir sözlə saytın televizor dünyasına aiddir. Sənin fikrincə hansı sözləri açar söz seçməlisən ki, insanlar o sözləri Google – da axtaran zaman sənin saytın qarşılarına çıxsın ? Əlbətdəki, “futbol hesabları, futbol dünyası, hava proqnozu, telefon qiymətləri” kimi sözləri seçməyəcəksən. Çünkü bu sözlər vasitəsi ilə sənin saytına gələn istifadəçi onsuzda saytında qalmadan çıxacaq. Çünkü, hava proqnozu axtaran bir şəxs televizor dünyası bir sayta daxil olan zaman maraqlanacağı heçnbir məlumat olmadan çıxacaq saytdan. Bəli, sənin saytın üçün lazım olan açar sözlər “televizor qiymətləri, ucuz televizorlar,məsləhətli televizor markaları” kimi sözlərdir. Çünkü, bu sözləri axtarış edib axtaran insanlar sənin saytına daxil olduqları andan birbaşa istifadəçilərin sayılır. Səbəbi odur ki, televizor dünyası barədə olan bu saytına telvizorlar barədə məlumat axtaran bir şəxs daxil olarsa istədiyini tapmış sayılır və saytda qalır. Bu isə SEO üçün çox əhəmiyyətlidir, sayta çox istifadəçi gəlir və saytda çox qalır. Açar sözün SEO üçün əhəmiyyəti çox böyükdür. Ən başlıca diqqət edəcəyin məqam, saytın məzmunu nədirsa, açar sözlər də məzmuna uyğun olsun. Əgər bunu düzgün bacarmısansa deməli SEO üçün ən birinci addımı uğurlu atmısan. Bunun da necə uğurlu olduğunu misalda göstərdim. Sənində saytın nə mözvudadırsa, açar sözlərini də mütləq və mütləq ona görə seç. Ən böyük məsləhətim isə, saytının mövzusunu seçdikdən sonra mütləq saytın üçün açar sözlərin siyahısını hazırla. Ümid varam, açar söz terminin SEO – ilə əlaqəsini anladın və etməmən lazım olan səhvi başa düşdün. Edəcəyini isə sənə izah etdim.
Bu mözvuda Qızıl Qanun – Saytın məzmunu nədirsə,açar sözlər mütləq ona uyğun seçilsin !

SEO Neçə Çür Olur ?
İki cür SEO vardır. Sayt Daxili SEO və Sayt Xarici SEO.
Bir sayt yığmağı bacarırsansa və ya saytın varsa bu mözvunu asanlıqla anlayacaqsan. Əgər bir sayt yığmağı bacarmırsansa və saytın yoxdursa Websayt Qurma Rəhbəri kitabını oxuduqdan sonra bu kitabı da anlayacaqsan, lakin bu kitabı bitirmədən digər kitaba keçmək yoxdur. Hər nəqədər də anlaşılmaz olsa da bu hissələr, dayanmadan oxumalısan. Bütün kitabları oxuduqan sonra hərşeyi güzgü kimi anlayacağından əmin ol. Sayt Daxili SEO – Saytın müəyyən açar sözlərə görə Google da ilk sıralara çıxması üçün saytın daxilində aparılan əməliyyatlardır. Saytın nə qədər güclü olarsa olsun, sayt daxili seo əməliyyatları və qurulumları edilmədən Google tərəfindən tanınmam bir az zəif olur. Bəs, sayt daxili seonu düzgün qurmaq üçün saytın daxilində hansı əməliyyatları etmək lazımdır. İlk öncə bilməmiz lazımdır ki, Google saytı hansı parametrlərə görə sıralayır. Bunun üçün də Google kimi düşünməyə çalışaq.

Google Necə Düşünür ?
Google hər bir saytı dəyərləndirərkən nələrə fikir verir, hansı kodlamalar üstünlük təşkil edir Google-un gözündə, hansı scriptli saytlar daha üst sıralara çıxa bilir kimi sualların cavabını tapaq.
Saytı dəyərləndirərkən fikir verilən kodlamalar (META ADLIANIR) :
1) Title kodlaması (Title Metası)
2) Description kodlaması (Description Metası)
3) Meta Keywords kodlaması (Keywords Metası)
…..

İlk hissənin sonuna gəldik. Təkcə internetdən pul qazanmaq istəyən insanlar deyil, həm də saytını Google axtarışlarında yüksəklərə qaldırmaq istəyən insanlar üçün də bu yazının ikinci hissəsi çox amma çox maraqlı olacaq. Qaçırmamağınızı məsləhət görərdim.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma