Affiliate Marketing – Günlük pul qazanmaq Hissə 1

İnternetdən günlük pul qazanmaq istəyən insanlar mütləq və mütlq dəyərləndirməlidirlər bunu. Affiliate Marketing sahəsi dünyada ən çox qazandıran sahələrdən biridir. Çünkü birbaşa satışlardan ibarət olub, həm məhsul sahibinə, həm məhsulu yayımlayan sayta, həm də onu reklam edən insanlara (yəni bizlərə) xeyir verən bir sistemdir.

Hər mövzumda olduğu kimi, bu mövzumda da çalışacam ki, Azərbaycan üçün uyğun olan və ölkəmizdə günlük pul qazanmaq şansı olan yollardan danışım. Affiliate Marketing həm bu yollara aiddir, həm də yox.
Çünkü bu bu marketing sahəsi ilə ölkəmizdə həm qazanmaq olar, həm də qazanmaq olmaz. Yazının ardında açıqlayacağam.

Nədir bu Affiliate Marketing ?
Digər xarici saytlarda olduğu kimi uzun – uzadı danışmayacağam sadə bir misalla izah edəcəm.
Hər hansı bir məhsul sahibi öz məhsulunu online olaraq satmaq istəyir və bunu satması üçün Affiliate Network-a verir, və Affiliate Network-da qeydiyyatda olan istifadəçilər online olaraq bu məhsulu reklam edirlər və müştərilər də bu reklamları görərək bu məhsulu alırlar. Bu zaman, istifadəçilər məhsul sahibinin onlara bu məhsulu satacaqları təqdirdə verəcəyi məbləği alırlar. Yəni, məhsul sahibi öz məhsulunu Affiliate Network-a verən zaman, istifadəçilərin bu məhsulu satacaqları zaman, onlara bu məhsulun məbləğindən müəyyən faiz ödəyir. Misal üçün:
Məhsul 40 manat qiymətindədir, Affiliate Network-da sən onu satacağın zaman, sənə 30% faiz komisyon ödəniləcəyi bildirilir. Yəni, bu məhsulu hər satış üçün, sənə 12 manat veriləcək.

Bəs məhsulu necə satacaqsan ?
Affiliate Network-da məhsullar kategoriyalara bölünmüşdür və hər məhsulun qarşısında onu sənin satmağın üçün, xüsusi link vardır. Bu link üzərindən edilən hər bir satış sənə pul qazadıracaq. Bu link sənin istifadəçi adınla bağlı olub, məhsulun satış səhifəsinə yönləndirilir. Bu linkə, affiliate link deyilir.

Bir az daha sadələşdirsək:
Məhsul sahibi – əlində hazır məhsulu olan və bu məhsulu online olaraq satmaq istəyən insan.
Affiliate Network – Məhsul sahiblərinin məhsullarını yayımlayan web saytdır. Bu saytda sənin qazancların, ortaq olduğun məhsullar, satacağın məhsullar, yeni məhsullar hamısı göstərilir. Qazanclarına nəzarət edir və satmaq istədiyin məhsulları bu saytdan seçirsən. Qısaca, bu sayta sadəcə olaraq sayt yox , Affiliate Network deyilir.
İstifadəçi – İstifadəçilər internetdən pul qazanmaq istəyən insanlardır. Affiliate Network-da qeydiyyat olaraq, istədiyin məhsula ortaq olur və sənə verilən xüsusi link vasitəsi ilə satışlar edərək pul qazanırsan.
Müştəri – Müştəri isə sənin linkini hardasa (sənin reklam etdiyin yerlərdə, bir sözlə sənin bu linki yazdığın hər yerdə) görərək ona klikləyən və sənin linkin üzərindən həmin məhsulu alan insandır.

Deməli,
Bizim işimiz sadəcə olaraq bundan ibarət olur Affiliate Marketing-də
1) Etibarlı, bir Affiliate Network-a qeydiyyat olmaq.
2) Satmaq üçün siyahıdan bir məhsul seçərək, affiliate linki götürmək
3) Affiliate Linkimizi internetdə əlaqəli yerlərdə reklam edərək, müştərilərin bizim linkimiz üzərindən həmin məhsulu almaqlarını təmin etməkdir.

Təməl məntiq aydın oldu ümid edirəm.
AFfiliate Marketing – Müştəri ilə Məhsul sahibi bir araya gətirərək ortada baş verən online ticarətdən əldə olunan gəlirdir. Sənə müştəri və məhsul sahibi görüşdürdüyün üçün verilən pul isə gündəlik qazancındır.
Bayaq dediyim misalı yadımıza salaq. Qiyməti 40 manat olan və hər satış üçün 30% komisyon verən bir məhsulu affiliate link ilə reklam edərək gündə bir satış edərsək, aylıq 360 AZN gəlirimiz olar internetdən.

Bu yazım bu qədər. Gələn yazımda isə, yəni hissə 2 – də Affiliate Networklar barədə danışacaq və bu sistemlərə qeydiyyat olunmağı izah edəcəm. Şərhlərinizi və fikirlərinizi gözləyirəm.

P.S – Bu sistem üçün Azərbaycan saytları ilə işləməyəcəyik, çünkü Azərbaycanda bu sistem yoxdur.

Abbaszadə Nurlan

Advertisements

One comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma