Google Adsense ilə online pul qazanmaq – İlk Hissə

Online pul qazanmaq sahəsində saytları olan insanlar Google Adsense ilə qazanc əldə edə bilərlər. Saytın mövzusu bu olmasa da, online pul qazanmaq üzrə insanlar bundan istifadə edirlər. İlk öncə bunu deyim ölkəmizdə Adsense ilə o qədər də çox qazanmaq mümkün deyildir. Lakin, məlumatlandırıcı yazı olaraq faydalıdır oxuyuclara.

Google Adsense Nədir ?
Bir misal gətirərək sadə dillə izah edim :
Misal üçün Nurlan Google Adwordsda reklam verir və bu reklamının əlaqəli saytlarda yayımlanmasını istəyir.
Sizin saytınız Nurlanın verdiyi reklamla eyni məzmunda olarsa, sizin həmin Adsense kodlarını öz saytınıza yerləşdirirsiniz.
Nurlan Google-a hər klik üçün 10 qəpik ödəyir, Google isə sizin saytınızdan Nurlanın reklamına kliklətdirməniz nəticəsində sizə 4 qəpik verir.
Beləliklə, Nurlanın reklamları yayımlanar, siz o reklamları saytınızda yayımladığınız üçün online pul qazanarsınız, Google isə arada qalan pulu özünə götürər. (10 qəpik hər klik üçün Nurlan verir Google -a , Google isə sizə saytınızda yayımladığınız üçün 4 qəpik verir. Sizin qazanc 4 qəpik, Google-un qazancı isə 6 qəpik olur. Nurlanın qazancı isə reklamları yayımlanmış olar.)


Gördüynüz kimi bu tipli reklamlar Adsense reklamlarıdır, və sizin saytınız üzərindən bu reklamlara klikləndiyində online pul qazanırsınız (hər klik üçün Google tərəfindən nəzərdə tutulmuş məbləğ). Google adsense sadəcə klikləmə başına deyil də, göstərim sayısına görə də qazanc verir. Bu mövzunun ardı olacaq. Bu yazım Google Adsense ilə online pul qazanmaq mövzusunda ilk giriş hissəsidir.

Aşağıdakı linkdən giriş mövzuları barədə daha ətraflı məlumat ala bilərsiniz. Google – un özündə bu giriş mövzuları daha geniş yazılmışdır.

Google Adsense-ə qeydiyyat olmaq üçün, ilk öncə sizə sayt lazımdır. Bunun üçün pulsuz olaraq özünüzə bir blog açmanız gərəkdir. Açacağınız bloga 10-25 arası məqalə yerləşdirdikən sonra Google Adsense – də qeydiyyatdan keçə bilərsiniz. Blog- sadəcə bir mövzuda olmalıdır və blogdakı yazılar digər saytlardan götürülməməlidir, yəni kopyalama yazılar olarsa Google Adsense sizi qəbul etməyəcəkdir. Qeydiyyatınızdan sonra saytınızn Google tərəfindən təsdiqlənmə vaxtı başlayır. Bu vaxt ölkələrdən asılı olaraq dəyişir. İngilis dilində olan saytlar daha tez qəbul olunur, buna görə də əgər ingilis dilində yaxşı bilirsinizsə ingilis dilində bir blog açmağınız məsləhətlidir.
Lakin, Azərbaycan dilində olan saytları gec qəbul edir. Buna görə də Adsense mövzusunu məsləhət görmürəm. Lakin, yenə də Adsense ilə online pul qazanmaq istəyən insalar üçün bu yazımın ardı olacaq.

Abbaszadə Nurlan

Qeyd :

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma