Google Adsense ilə online pul qazanmaq – İkinci Hissə

Əvvəlki yazımda Google Adsense haqqında məlumat paylaşmışdım və ilk hissəni oxumadan ikinci hissəni oxyanlara tövsiyyəm Google Adsense ilə online pul qazanmaq – İlk Hissə adlı yazımı oxuyub sonra bu yazımı oxumağa başlasınlar. Bu yazıda Google Adsense ilə pul qazanmaq istəyən insanlara məsləhətlərim olacaq. Digər insanların etdiyi səhvləri etmədən, Adsensedə daha uğurlu bir başlanğıc necə eləmək olar onu yazacam.

Adsense ilə pul qazanmaq üçün bir bloga ehtiyyacınız olduğunu bilirsiniz. Bir blog pulsuz olaraq necə açılır bunu çox insan bilir amma yenə də link verim.
1) Blogger.com
2) WordPress.com
Yuxarıdakı saytlara daxil olaraq, özünüzə 5 dəqiqə ərzində bir blog aça bilərsiniz.

İnsanların etdiyi ən böyük səhvlərdən biri blog açan zamandır. Yəni, mözvu bəlirləmə. Yadınızdadırsa ilk hissədə qeyd etmişdim ki, blog açan zaman blogunuzun bir kategoriyada olmasına diqqət edin. Yəni, avtomobil,elektronika,online qazanc, musiqi, səhiyyə, sağlamlıq və.s kategoriyalarının hamısı barədə bloga yazı yazmayın. Bir kategoirya seçin və yalnızca o kategoriyaya aid yazılar yazmağa başlayın.
Səbəb ?
Düşünün, bütün bu kategoriyalara aid bir blog açdınız və saytda bütün kategoriyalara aid yazılar var. Bəs o zaman, ana səhifəyə qoyacağınız Adsense reklamları hansı kategoriyaya aid olacaq ?
Düzdür, ana səhifədəki reklam sahəsi boş qalmayacaq, lakin bu sizə verilən klikləmə başına qazancı aşağı salacaq.

Misal üçün : Sizin blogunuz deyək bir kategoriyaya aid deyil, qarışıq kategoriyalar vardır. Avtomobilə aid olan Adsense reklamı normal halda, klikləmə başına 50 cent verirsə, qarışıq yazılar olan blogda bu klikləmə başına olan qazanc dəfələrlə az 5 centə düşür. Lakin, sizin blogunuz yalnız və yalnız avtomobil kategoriyasındadırsa və bloga başqa katergoriyadan yazılar yoxdursa, bu zaman elə klikləmə başına qazanc 50 cent olaraq qalacaq.
Bu xətanı etməyin. Yenə qeyd edirəm, Adsese ilə pul qazanmaq üçün blog yaradarkən diqqət edəcəyiniz ən böyük nöqtə, blogunuzun yalnızca bir kategoriyaya aid olmasıdır.

İkinci ən böyük diqqət edəcəyiniz məqam isə, dil faktorudur. Adsense ilə pul qazanmaq üçün, dediyim kimi Azərbaycan dilli saytlar o qədər də yaxşı çalışmır. Amerika və Avropada internet istifadəsi daha çox olduğundan online reklamçılığa çox diqqət edilir. Burada rəqabətin daha yüksək olması qazancın da daha yüksək olması şansını yaradır. Misal üçün, Azərbaycanda Forex reklamına klikləyən 100 nəfərdən sadəcə biri Forex-də hesab açırsa özünə, Amerika və Avropada bu 30 nəfərdən biri olur. Buna görə də, Adwords-ə reklam verənlər daha çox xarici dilli saytlara reklam verirlər ki, bu saytlardan nəticə daha yaxşı olur. Buna görə də, Azərbaycan dili saytlar rəqabətə girə bilmirlər.

Üçüncü məqam isə, heç bir halda kopyalamaq faktoruna toxunmamağınızdır. Yəni, başqa xarici dilli və yaxud Azərbaycan dili saytlardan yazını kopyalayaraq öz saytınıza qoymayın. Çünkü, Google bunun o dəqiqə, kopya yazı olduğunu anlayır və sizi Adsense sisteminə qəbul etmir. Sizdən, öncə digər bir saytda yayınlandığı üçün sizin ondan kopyaladığınız açıq-aydın görünür. Bu faktora da fikir verin. Çalışın ki, blog yaratdıqdan sonra 10-25 məqalənizin hamısını özünüz yazasınız.

Dördüncü faktor isə çox cavibdir digərləri kimi, yaratdığınız blogda 10-25 arası yazı olmadan Google Adsense-ə qeydiyyat üçün müraciət etməyin. Çalışmalısınız ki, blogunuzda yaxşı yazılar olsun və yazı sayı çox olsun. 25 yazı olduqdan sonra qeydiyyat üçün müraciət edə bilərsiniz.

Nəticə : Əgər Google Adsense ilə pul qazanmaq istəyirsinizsə :

1) Mütləq və mütləq bir kategoriyada blog açmalı
2) İngilis dilində yaxşı bilirsinizsə ingilis dilində yazılar yazmalısınız. Yəni, saytın dili ingilis dilində olmalıdır.
3) Kopyalamamalı, yəni bütün yazıları özünüz yazmalısınız.
4) Blogunuzda 10-25 arası yazı olmadan Adsense-ə qeydiyyat üçün müraciət etməməlisiniz.

Faydalı yazı olacağına inanıram. Ardı olacaq.

Abbaszadə Nurlan

Advertisements

13 comments

  1. Məhsul satışından söhbət gedir deyərkən, belə deyim. Kimsə öz məhsulunu reklam edir və google – a reklam verir. Sən o reklamları öz saytında yayımlayaraq hər klik üçün müəyyən qədər pul qazanırsan. Bu barədə Google Adsense ilə Qazanc yazısının birinci hissəsində daha ətraflı söhbət eləmişəm. Oradan da oxuya bilərsən

  2. Salam, məqaləyə görə təşəkkür. Mən saytımı qeydiyyat keçirmək istəyirəm amma hər dəfə
    Issues:
    – Unsupported Language
    imtina məktubu alıram. Hesabı yaradarkən saytın dili seçimində Azərbaycan dili yoxdu. Hansı dil seçilməlidi.

  3. Salam Nurlan. Evvela minnetdaram sene bize bilgiler verdiyin ucun.
    Men sen dediyin metodla adsenseden pul qazandim. cek de geldi. Indi ise o pulu nagdlasdira bilmirem. Bank Standart vermir. Deyir o xidmet baglanib. Hansi bank vasitesile nagdlasdira bilerem. cekde 515 dollar qeyd olunub

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma