Online pul qazanmaq – Tələsən təndirə düşər

Bu yazımda sizə internetdən pul qazanmaq vasitələrindən hansılardan qaçmaq lazım olduğunu başa salacam. Baxın, axtarış zamanı qarşınıza minlərlə iş çıxır. Yəni bunların hamısı düz ola bilməz. Əsasən dolandırıcı və hiyləgər saytlardan qaçmaq gərəkdir. Bunun üçün sizə buraya klikləyərək “İnternetdən pul qazanmaq – Aldanmaq Olmaz !”adlı məqaləmi oxumağı tövsiyyə edərdim. Mövzu təkcə yalançı saytlardan qaçmaq deyil. Düzdür, internetdən pul qazanmaq sahəsində bu tipli qazandıran işlər də vardır. Amma ki, qəpik-quruş qazanıb vaxt xərcləməkdənsə eləməsəniz daha yaxşıdır. Məsləhətim aşağıdaki mövzulardan qaçmaqdır.

– Mail oxu qazan
– Fayl yüklə qazan
– Reklamlar izlə qazan
– Toolbar yüklə qazan
– Anket oxu qazan
– Bux saytlarından qazan

Bu kimi işləri gördüyünüzdə uzaqlaşın. Çünki bunlar sizə yalnız vaxt itgisi verir. Misal üçün başlayaq Fayl Yüklə Qazan sistemindən. Bu sistemdə hər 1000 yükləmə üçün sizə 2 dollar verir. Buna dəyər sizcə ? Dəyməz. Yada Bux saytları, gündəlik sizə 5 qəpik gətirir. Hər klik 1 qəpikdən və gün ərzində 5 reklam ( maksimum 6 da ola bilər ) verirlir sizə. Düzdür, referral sistemi var. Amma inanın ki, dəyməz. Vaxt itgisidir. Bux sistemləri ilə bağlı bir çox aldadıcı taktikalar vardır. Misal üçün sizə yalandan, deyirlər ki 2 dollar ödə 1000 referral veririk. Bu tip yazılara inanmayın. Qarşınıza çıxan kimi rədd edin. Yaxud da, qarşınıza Toolbar Yüklə Qazan sistemi çıxa bilər. Siz Toolbarı yükləyirsiniz və hər internetə girdiyinizdə Toolbarda reklamlar çıxır və o reklamlara kliklədikcə qazanırsınız. Bəli QAZANIRSINIZ. Amma qazancınızı görəndə isə bu işə sərf etdiyiniz vaxta yanırsınız. Belə işlərdən qaçın. Başqa sistem olan Mail Oxu Qazan. Mailinizə reklamlar göndərilir və kliklədikcə reklamlardan guya qazanırsınız (hər reklama 10,100,150,200 dollar verirlər dediklərinə görə), lakin bu yalan işdir. Kim reklama 100 dollar verər klikə. Bu sistemlərin hamısını özüm yoxlamışam, elə sistemlər də vardır ki, guya 10.000 dollar yığdıqda pulunuzu göndərirlər. Məqsəd odur ki, 1000 ədəd reklamı sizə seyr etdirmək və sonra 10.000 olduqda isə hesabınıza BAN QOYMAQ və ya bir yolla pulu ödəməmək! Bəli ! Bu sistemlər belədir. Bunlardan bacardıqca qaçın. İnternetdən real pul qazanmaq fürsətlərlə bütün oxuyuclarımı tanış edəcəm və pul itirmədən oxuyucularımın online pul qazanmaq dünyasında daha da irəlləməsinə şərait yaradacam.

Abbaszadə Nurlan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma