Online Qazancı seçən sənsən ? Yoxsa…(Hissə 1)

Online Qazanc dünyasını seçən sənsən ? Yoxsa ?
Son zamanlar bu barədə çoxlu maillər alıram və çox maildə internetdən pul qazanmaq üçün nələrin lazım olduğunu və bu işin onlar üçün uyğun olub olmadığını soruşulur. Doğrusu, online qazanc üçün tələb olunan zəruri faktlar yoxdur və ən sadə deyimlə bir internet bağlantısı və bir kompüter bəs edər. Amma artıq, insanların bu sektorda çox az məlumata sahib olduqlarını görəndən sonra fikirlərim dəyişməyə başladı. Continue reading “Online Qazancı seçən sənsən ? Yoxsa…(Hissə 1)”

Sənin də adın “Sivil Qullar” siyahısında var! – Çingiz Eyvazov

İnternetdən Pul Qazanmaq İstəyən insanlar, sizlərə bütün ürəklə bu məqaləni oxumağınızı tövsiyyə edirəm.
Niyə internetdən pul qazanmaq ? – Bu sualın cavabını bu məqalədə tapacaqsınız. Müasir dövrümüzün qaydaları ilə uyğunlaşdırılaraq online qazanc yollarının üstünlüklərinin qeyd olunduğu bu məqaləni oxumaqda böyük fayda var.
” Müasir dövrdə keçmişə nisbətdə hərtərəfli inkişaf var. Təbii ki, hər bir sahədə olduğu kimi QULDARLIQ və “ağa-qul” münasibətlərində də inkişaf özünü gözləməyə fürsət verməmişdir. Əgər keçmişdə quldar öz qulunu yemək hesabına və cüzi də olsa maddi köməklik sayəsində öz əlində saxlayırdısa, indiki dövrdə quldarlıq münasibətləri daha sivil forma almışdır. Continue reading “Sənin də adın “Sivil Qullar” siyahısında var! – Çingiz Eyvazov”

Online Qazanc – SUPER BONUS !

İnternetdən pul qazanmaq və online qazanc istəyən insanlara çox gözəl bir surprizim var. Bu saytı açarkən, çox insan mənə lağ edərək saytın işə yaramayacağını və hətta “paxılıqdan” bu saytı bağlamamı da demişdilər. Guya, mənim qazancım bu saytdandır və digər insanlardan istifadə edərək saytımda məhsul satmağa çalışıram. Bu yazımı sonuna kimi oxuyan insanlar və əvvəl paxıllıq edən insanlar yazı sonunda səhvlərini başa düşəcəklər. Continue reading “Online Qazanc – SUPER BONUS !”

“HƏDƏF KÜTLƏ” və Qazanc – Affiliate Marketing (Hissə 5)

İnternetdən pul qazanmaq üçün, strategiyadan asılı olaraq ya bir sayt açılır, ya da sayt açılmadan affiliate link ilə reklam edilərək satış olunur. Kimi sərmayəsi olmadan qazanmaq istəyir (Əkinçi üsulları ilə), kimi isə sərmayə qoyaraq (Ovçu üsulları ilə). Fərq eləməz, hər iki yolla da pul qazanmaq üçün reklam mütləqdir. İstər pullu, istər pulsuz reklam, reklam şərtdir. Bəs HƏDƏF KÜTLƏ anlayışı nədir və buna nə dəxli var ? Continue reading ““HƏDƏF KÜTLƏ” və Qazanc – Affiliate Marketing (Hissə 5)”

Ovçu Strategiyaları ilə Online Qazanc – Affiliate Marketing (Hissə 4)

Affiliate Marketing ilə online qazanc əldə etmək üçün bu sistemin təməllərini bilmək lazımdır. Sistemin isə 2 əsas təməlini, saytımda dərc eləmişəm. Sistemin birinci təməli Əkinçi olaraq online pul qazanmaq, ikinci təməli isə Ovçu olaraq online pul qazanmaq. Əkinçi olaraq online qazanc əldə etməyin nə olduğunu bilmək üçün Əkinçi olaraq pul qazanmaq – Affiliate Marketing (Hissə 3) adlı yazımı oxuyun. Əkinçi strategiyalarını oxuduq və bildik. Bəs Ovçu olaraq online qazanc nə deməkdir ? Continue reading “Ovçu Strategiyaları ilə Online Qazanc – Affiliate Marketing (Hissə 4)”

Maddi müstəqilliyin yolu İnternetden keçir – Çingiz Eyvazov

Yaxın bir dostmunun yazdığı məqaləni oxuyucularımla paylaşmaq istəyirəm. Online qazanc barəsində yazılmış çox gözəl bir məqalədir. Bütün oxuyuculardan sonuna qədər oxumalarını tövsiyyə edirəm. Online qazanc dünyasına inanmayan insanların oxuması mənim üçün vacibdir. Çünkü, bu məqaləni oxuduqca bəzi xüsisouuətlərin özünüzdə də olduğunu görəcəksiniz. Continue reading “Maddi müstəqilliyin yolu İnternetden keçir – Çingiz Eyvazov”

Online Əkinçi olaraq pul qazanmaq – Affiliate Marketing (Hissə 3)

İnternetdən pul qazanmaq üçün insanlar müxtəlif yollardan istifadə edirlər. Bu yollar həddindən artıq çoxdur, və online qazanc üçün kimə hansı uyğundursa o yolu izləyərək pul qazanır. Bu yazımda internetdən pul qazanmaq yollarından biri olan Affiliate Marketing haqqında danışacam yenə. Affiliate Marketing – in nə olduğunu bilməyən insanlar adlı yazımı oxusunlar. Affiliate Marketing-in nə olduğunu bildik. Bəs təməl olaraq Affiliate Marketing ilə online qazanc neçə cür olur. Bu yazımda bunu açıqlayacağam. Continue reading “Online Əkinçi olaraq pul qazanmaq – Affiliate Marketing (Hissə 3)”

Viral Marketing Və Online Qazanc

Viral Marketing – terminini ilk dəfə eşidənlər var aranızda bilirəm. Çünkü, bu günə qədər Azərbaycan saytları arasında online qazanc barədə yazılarda bu terminə rast gəlməmişik. Viral Marketing – saytlara böyük bir traffik gətirən və yüksəldən bir avtomatlaşdırılacaq sistemdir. Bu marketing qaydasından düzgün istifadə olunduğu zaman çox böyük effektlər verir. Bəs bu sistemin nəyə xeyiri var ? Continue reading “Viral Marketing Və Online Qazanc”

Online Qazanc Sektorunun Dirəyləri – SEO (Hissə Bir)

Online qazanc sektorunun dirəyləri olan SEO nədir ? Nə işə yarayır. Funksiyası və algorirtmi necədir ? Bütün bu sualların cavabı sözsüz ki internetdən pul qazanmaq istəyən insanlar üçün vacibdir. Nəyə görə ? Çünkü, SEO ümumi Online Marketing sahəsinin dirəyidir. Yazının ardında SEO – nun Marketerlar üçün əhəmiyyətindən danışacam. Google axtarışları ilə SEO arasında nə kimi əlaqə var izah etməyə çalışacam. Yazı çox maraqlı yazıdır. Continue reading “Online Qazanc Sektorunun Dirəyləri – SEO (Hissə Bir)”